Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının həcmi 95 faizi ötüb
Bakı, 15 oktyabr, AZƏRTAC
Avropanın yeraltı qaz anbarlarında toplanmış mavi yanacaq ehtiyatlarının həcmi 95 faizi ötüb, lakin 2023-cü ilin rekord göstəricisindən geri qalır.
AZƏRTAC xəbər verir ki, “Gas Infrastructure Europe” Assosiasiyasının məlumatına görə, oktyabrın 13-də anbarlara qaz doldurulması 152 milyon kubmetr, qaz götürülməsi isə 54 milyon kubmetr təşkil edib. Hazırda Avropanın yeraltı anbarlarında 105,5 milyard kubmetr (95,07 faiz) qaz var ki, bu da son beş ilin analoji dövrünün orta göstəricisindən 3,22 faiz çoxdur.
Bu həftə Mərkəzi və Qərbi Avropada havanın öncəki yeddi günlə müqayisədə bir qədər sərin keçəcəyi proqnozlaşdırılır. Oktyabr ayında Avropanın elektrik enerjisi istehsalında külək generasiyasının payı 19 faizədək artıb.
Avqust ayında terminallardan Avropanın qazötürmə sisteminə maye qaz vurulması 2021-ci ilin oktyabrından bəri ən aşağı səviyyəyə ensə də, sentyabrda yenidən artmağa başlayıb. Hazırda bu göstərici maksimum gücün 36 faizini təşkil edir.
London ICE birjasında min kubmetr qazın qiyməti təxminən 440 dollardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]