Avstriyada COVID-19 diaqnozu ilə xəstəxanada müalicə alanların sayı azalmaqdadır
Vyana, 14 may, AZƏRTAC
Avstriyada COVID-19 xəstəliyi ilə əlaqədar xəstəxanada müalicə alan pasiyentlərin sayı getdikcə azalmaqdadır.
AZƏRTAC xəbər verir ki, Avstriyanın Federal Səhiyyə Nazirliyi hazırda xəstəxanada müalicə alan pasiyentlərin sayının 234 nəfərə düşdüyünü elan edib. Onlardan 54 nəfərinin vəziyyəti ağır qiymətləndirilir və intensiv tibb şöbələrində müalicə olunurlar.
Nazirliyin məlumatına əsasən, ölkədə indiyədək koronavirusa yoluxanların sayı 16 min nəfəri keçib və indiyədək 344600 nəfər üzərində test aparılıb. Ölənlərin sayı isə 600 nəfərə yaxındır. Qeyd edilib ki, Avstriya Epidemiologiya Qeydiyyatı Sistemi yalnız ölümün birbaşa səbəbi COVID-19 olan pasiyentlərlə bağlı məlumatları bu siyahıya daxil edir. COVID-19 xəstəliyinin müşayiətedici faktor olduğu xəstələr həmin statistikada göstərilmirlər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]