AVSTRİYADA İNSAN HÜQUQLARİ İLƏ BAĞLI GÖRÜŞ KEÇİRİLƏCƏKDİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, aprelin 1-də Avstriyanın İnsbruk şəhərində Avropa Ombudsmanlar İnstitutunun (AOİ) növbədənkənar ümumi iclası keçiriləcəkdir. İclasın iştirakçıları insan hüquqları sahəsində tanınmış mütəxəssis, isveçrəli professor V.Hallerin ombudsman təsisatlarının strukturu barədə məruzəsini dinləyəcəklər.
E.Süleymanova beynəlxalq tədbirdə məruzə edəcək, təcavüzkar Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi terror aktları və soyqırımları ilə bağlı bəyanatlarını, Heydər Əliyev Fondunun nəşr etdiyi “Qarabağ həqiqətləri” toplusunu Avropa Ombudsmanlar İnstitutunun idarə heyətinə təqdim edəcəkdir.
Müvəkkil səfər çərçivəsində Avstriyadakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşəcək, azərbaycanlıların soyqırımı günü və Kəlbəcərin işğalı günü ilə əlaqədar respublikamızın bu ölkədəki səfirliyində onun təşəbbüsü ilə keçiriləcək anma mərasimində iştirak edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:45]
Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq
- 10.10.2026 [12:22]
Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur
- 10.10.2026 [11:18]
Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib
- 10.10.2026 [01:21]