AVTOMOBİLİN GİZLİ SAXLANC YERİNDƏN NARKOTİK VASİTƏ TAPILMIŞDIR
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, İrandan respublikamıza gələn Azərbaycan vətəndaşı Adil Gülbala oğlu Ağayevin etibarnamə ilə idarə etdiyi "KamAZ" markalı Az-07 BB-038 (qoşqu N 7221-AY) nömrə nişanlı yük maşını Astara gömrükxanasının əməkdaşları tərəfindən saxlanılmışdır. "GTQ 10-1,5 tipli" texniki endoskopla avtomobilə baxış keçirilərkən onun qoşqusunun gizli saxlanc yerində 6 qram narkotik maddə - həşiş aşkar edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 1 oktyabr
- 01.10.2026 [11:13]