Azad edilmiş torpaqlarda payız mövsümündə 100 hektara qədər ərazidə əkin işləri aparılacaq
Bakı, 29 mart, AZƏRTAC
Azad edilmiş ərazilərdə 260 min hektar meşə fondu ərazisi var idi. Onun 226 mini meşə örtüyü ilə örtülü idi. İlkin tədqiqatlara görə, ərazinin təxminən 56 min hektarı məhv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsi üzərindən canlı yayımlanan “Ekspert saatı”nda deyib.
Şöbə müdirinin sözlərinə görə, azad edilmiş torpaqlarda əkin işləri apararkən həmin ərazilərin planlama işləri həyata keçiriləcək: “Həmin ərazilərdə müxtəlif yüksəkliklər, fərqli meşə cinsləri var. Ona görə əraziyə uyğun meşə bitkilərinin əkininə üstünlük veriləcək. Bu ilin payız dövründə 100 hektara qədər ərazidə əkin işləri aparılacaq. Təbii ki, burada aparılacaq əkin işlərində azad edilmiş ərazilərin florasına xas bitkilərə üstünlük veriləcək. Buraya vələs, palıd, xüsusən də Araz palıdı, uzunsaplaq palıd, daha quraq ərazilərdə Şərq vələsi, ardıc və digər bitkilər daxildir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]