SİYASƏT
AZƏRBAYCAN-ABŞ ENERJİ ƏLAQƏLƏRİNİN İNKİŞAF PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Bakı, 2 iyun (AZƏRTAC). İyunun 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyindən bildirmişlər ki, görüşdə Azərbaycan-ABŞ enerji əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuş, həmçinin Xəzər regionunda həyata keçirilən enerji layihələri ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2024 [19:24]
Fransız Polineziyasının nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub
- 31.05.2024 [17:56]