Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Ali Məhkəməsinin təşəbbüsü ilə Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransı təsis edilib

Şuşa, 20 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Oktyabrın 19-da Şuşa şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ədalət mühakiməsi və informasiya texnologiyaları: müasir çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, türkdilli dövlətlərin Ali məhkəmələrinin sədrlərinin iştirakı ilə keçirilən konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov qonaqları “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhərində salamlamaqdan məmnunluğunu ifadə edib. Sədr bildirib ki, Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlər göstərmiş dahi şəxsiyyət Heydər Əliyev Yeni Azərbaycanın memarıdır. Ulu Öndərin fəaliyyəti Azərbaycanla məhdudlaşmır, beynəlxalq aləmdə böyük nüfuza malik dahi şəxsiyyət Türk dünyasında, eləcə də qlobal proseslərdə də müdrik siyasəti ilə böyük iz qoyub. Fəaliyyəti dövründə hər zaman türk dövlətləri ilə əlaqələrinin inkişafına xidmət edən layihələrin təşəbbüskarı, təşkilatçısı olub. Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Türk dünyası böyük bir ailədir” deyən Prezident İlham Əliyev türk dövlətləri ilə əlaqələrə xüsusi önəm verir.

Hazırda dünyada gedən mürəkkəb proseslər fonunda dövlətlər və onların məhkəmə sistemləri qarşısında yeni çağırışlar meydana gəldiyini deyən İnam Kərimov bildirib ki, bu çağırışlara cavab vermək üçün məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması və innovativ texnologiyaların tətbiqi, məhkəmə-hüquq sistemləri arasında əlaqələrin genişləndirilməsi zamanın tələbidir. Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin məhkəmə orqanları arasında əlaqələrin genişləndirilməsi, ümumi maraq doğuran məsələlər üzrə fikir və təcrübə mübadiləsinin aparılması məqsədilə Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının təsis edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonra Türkiyə Respublikası Ali Məhkəməsinin (Yargıtay) sədri Mehmet Akarca çıxış edərək bildirib ki, Azərbaycanda siyasi birliyi təsis edən dünyaşöhrətli Heydər Əliyev Türk dünyasının birliyi üçün də mühüm xidmətlər göstərib. Qeyd edilib ki, məhkəmə sistemini müasir dövrün yenilikləri ilə uyğunlaşdırmaq çox vacibdir. Burada hüquq təhsilindən məhkəmədə şəffaflığın təmin edilməsinə qədər geniş bir prosesi dəyərləndirmək lazımdır. Bu baxımdan türkdilli dövlətlərin qarşılıqlı şəkildə öyrənəcəyi bir çox məsələlər var. Mehmet Akarca Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının yaradılmasının əhəmiyyətinə toxunaraq, məhkəmə-hüquq sahəsində əməkdaşlığın gücləndirilməsinin bütün Türk dünyası üçün faydalı olacağına əminliyini vurğulayıb.

Qazaxıstan Respublikasının Ali Məhkəməsinin sədri Aslambek Merqaliyev isə çıxışında Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının yaradılması barədə təşəbbüsü məmnuniyyətlə qarşıladıqlarını bildirib. Qeyd edilib ki, bu konfrans məhkəmə işinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin və məhkəmə inzibatçılığının səmərəliliyinin təmin edilməsi və təcrübə mübadiləsi üçün mühüm platformaya çevrilməlidir. Konfrans əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək və dövlətlər arasında qarşılıqlı fəaliyyətin mühüm tərkib hissəsinə çevriləcəkdir.

Sonra Türkiyə Ali İnzibati Məhkəməsinin (Danıştay) sədri Zeki Yiğit çıxış edərək, müasir dövrdə məhkəmə işlərinə operativ baxılması və süni intellektin tətbiqinin qaçılmaz olduğunu vurğulayıb. Qeyd edilib ki, Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının yaradılması təşkilata üzv ölkələrin məhkəmə sistemini daha yaxından tanımağa imkan verəcək, inteqrasiya və əməkdaşlığı gücləndirəcək.

Özbəkistan Respublikasının Ali Məhkəməsi sədrinin birinci müavini xanım Robaxon Maxmudova çıxış edərək deyib ki, son illər Özbəkistan-Azərbaycan münasibətləri dostluq və strateji tərəfdaşlıq ruhunda uğurla inkişaf edir, bunun mühüm əsasını ölkələrimizin rəhbərləri arasında müntəzəm təmas təşkil edir. Bu kontekstdə məhkəmə orqanlarımız arasında əməkdaşlığı genişləndirmək və dərinləşdirmək məqsədilə Özbəkistan Respublikasının Ali Məhkəməsi Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının yaradılması təşəbbüsünü böyük məmnunluqla qəbul edib. Bildirilib ki, Şuşa Bəyannaməsinin imzalanması və bugünkü konfransın keçirilməsi məhkəmə-hüquq sisteminin inkişafı ilə bağlı fikir və qabaqcıl təcrübə mübadiləsinə xidmət edəcək.

Sonra Qırğızıstan Respublikasının Ali Məhkəməsinin sədri Zamirbek Bazarbekov çıxışında təmsil etdiyi ölkənin məhkəmə sistemi barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. O qeyd edib ki, Qırğızıstanda məhkəmə sisteminin rəqəmsallaşdırılması üzrə işlərin təşkilində türk dövlətlərinin təcrübəsinin öyrənilməsi çox faydalı olacaq.

Şimali Kipr Türk Respublikası Ali Məhkəməsinin sədri xanım Narin Ferdi Şefik rəhbəri olduğu məhkəmənin fəaliyyəti barədə danışıb. O da həmkarlarının fikirlərinə qatılaraq, Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının yaradılmasının zəruriliyini və üzv ölkələrin məhkəmə sisteminə verəcəyi faydalardan danışıb.

Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Sədi Cəfərov isə çıxışında təmsil etdiyi təşkilatın türk dövlətləri arasında siyasətdən tutmuş iqtisadiyyata, enerjiyə, nəqliyyata, turizmə, təhsilə, gənclərə, idmana qədər fərqli sahələrdə əməkdaşlığı genişləndirmək və gücləndirmək üçün səylərini davam etdirdiyini qeyd edib. Bildirilib ki, bu gün təsis edilən yeni əməkdaşlıq formatı türk ölkələri arasında müvafiq sahədə qabaqcıl təcrübə mübadiləsini təmin edəcək, müxtəlif müştərək layihələrin həyata keçirilməsinə, eləcə də birgə təlim proqramlarının həyata keçirilməsinə zəmin yaradacaqdır.

İnam Kərimov yekun nitq söyləyərək, konfrans iştirakçılarına təşəkkürünü bildirib.

Daha sonra Türk Dövlətləri Ali Məhkəmələri Konfransının təsis edilməsi ilə bağlı Şuşa Bəyannaməsinin imzalanma mərasimi baş tutub.

Sonda xatirə fotosu çəkilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək