Azərbaycan atletləri Qazaxıstanda keçiriləcək beynəlxalq turnirdə mübarizəyə başlayıblar
Bakı, 6 iyul, AZƏRTAC
İyulun 6-da Qazaxıstanın Almatı şəhərində Qusman Kosanovun xatirəsinə həsr olunan atletika üzrə beynəlxalq xatirə turnirinə start verilib. Turnirdə Azərbaycan atletləri də iştirak edirlər.
Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, beynəlxalq turnirdə tullanma növlərində Yekaterina Sarıyeva, Yelena Pextereva, Sabrina Zralova, Yadulla İbrahimov, qaçış növündə isə Cavid Məmmədov mübarizə aparırlar.
Atletlərimiz məşqçi Nazim İsrafilovun rəhbərliyi altında qüvvələrini sınayırlar.