Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Banklar Assosiasiyası ötənilki fəaliyyətini açıqlayıb

Azərbaycan Banklar Assosiasiyası ötənilki fəaliyyətini açıqlayıb

Bakı, 30 mart, AZƏRTAC

2020-ci il dünya səviyyəsində pandemiya və onunla mübarizə ilə yadda qaldı və ötən il ərzində davamlı şəkildə, ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq çoxsaylı qabaqlayıcı və dəstək tədbirləri həyata keçirildi. Bu tədbirlər həm əhalimizin dəstəklənməsi, həm də sahibkarların dəstəklənməsi üzrə işləri əhatə edib. Tədbirlərin icrası çərçivəsində, eləcə də bankların öz təşəbbüsləri ilə əhalinin və sahibkarların mövcud şəraitdə dəstəklənməsi istiqamətində bir çox işlər görülüb. AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulovun ABA-nın və bank sektorunun 2020-ci ildə gördüyü işlər haqqında müsahibəsini təqdim edir.

- Yunus müəllim, 2020-ci il istər qlobal müstəvidə, istərsə də regional və ölkə səviyyəsində əhəmiyyətli çağırışlarla müşahidə edildi. Bu çağırışlar ölkənin bank sisteminə necə sirayət etdi və banklar bu təsirlərə necə cavab verdi? Bunu xronoloji olaraq, necə təsvir etmək olar?

- Görülmüş işlərin və həyata keçirilmiş tədbirlərin əhatə dairəsinin genişliyini nəzərə alaraq, bu suala cavabı bir neçə başlıq altında verməyi daha məqsədə uyğun hesab edirəm.

İlk olaraq, ölkəmizə bəlkə də pandemiyadan daha tez gəlib çıxan digər bir qısamüddətli çağırış haqqında fikir bildirmək istəyirəm. Bildiyimiz kimi, mart ayının əvvəlindən etibarən neft qiymətlərində volatilliyin artması ölkənin valyuta bazarında müəyyən gərginliyə səbəb oldu. Məlum idi ki, neft qiyməti trendindəki bu dəyişikliyin səbəbi iqtisadi deyildi, indi olduğu kimi o zaman da ölkə iqtisadiyyatı kifayət qədər dayanıqlı idi. Baş verən proseslər digər mənbələrdən qaynaqlanırdı, eləcə də qısamüddətli xarakter daşıması ehtimalı daha yüksək qiymətləndirilirdi. Həmin dövrdə banklar müştərilərin tələblərinin ödənilməsi istiqamətində davamlı fəaliyyət göstərdi, pandemiya şəraitinin gətirdiyi məhdudiyyətlərə baxmayaraq, maksimum müştəri məmnuniyyətinin təmin edilməsi, idxalla məşğul olan şirkətlərin, xüsusən də həmin dövrdə həyati əhəmiyyətli idxal məhsullarının, ərzaq məhsulları, dərman və tibbi ləvazimatları ölkəyə gətirən şirkətlər prioritet olmaqla, tələblərinin tam olaraq ödənilməsi üçün çalışdılar. Requlyatorun da daimi dəstəyi ilə icra edilən bütün bu işlərin və tədbirlərin də təsiri nəticəsində növbəti aylardan neft qiymətlərinin tam bərpa olunmamasına baxmayaraq, o zaman bazarda mövcud olan müvəqqəti xarakterli gərginliyin aradan qalxmasına birlikdə nail olundu. Başqa sözlə, birgə səylər nəticəsində 2020-ci ilin ilk çağırışının öhdəsindən uğurla gəlindi.

Ötən ilin ilk aylarından etibarən Çində özünü göstərən yeni növü koronavirus (COVID-19) və onun pandemiyaya çevrilmə potensialı haqqında xəbərlər dünya gündəmini əhatə etməyə başladı. Vaxt keçdikcə, bu virusun sürətlə yayıldığının, iqtisadi gücündən, iqlim şəraitindən və coğrafi yerləşməsindən asılı olmayaraq, artıq bütün ölkələrin onunla mübarizə aparmalı olduğunun şahidi olduq. Bu son dövrlər üçün analoji olmayan yeni bir hadisə idi və qeyri-ənənəvi həll yolları tələb edirdi.

Digər ölkələrin təcrübələri onu göstərirdi ki, bu zaman tətbiq edilən ən effektiv priventiv tədbir “lockdown” - “bağlanma”lardır. Bu məhdudiyyətlər isə ilk olaraq biznesə, xüsusilə xidmət sektoruna, həmçinin əhaliyə və nəticədə isə bank-maliyyə sektoruna təsir edirdi. Başqa sözlə, dövlət tərəfindən epidemioloji şəraitə nəzarət ilə yanaşı, həm də bu təsirlərin tənzimlənməsini təmin edəcək kompleks tədbirlər görülməsi lazım idi.

Bütün bu məsələlər isə dövlət səviyyəsində tam əhatəli və operativ şəkildə təşkil edildi. Azərbaycan Prezidentinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Sərəncamı ilə bu proseslərə start verildi. Bu Sərəncam əsasında, Nazirlər Kabineti tərəfindən hazırlanmış müvafiq tədbirlər paketinin mərkəzində isə pandemiyadan təsirlənmiş sahələrdə çalışan və həssas əhali qrupu dayanırdı. İlk olaraq, 2020-ci ilin aprel-may aylarında 2 dəfə (sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə və ümumilikdə 6 dəfəyə qədər) işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-rəsmi olaraq, çalışan şəxslərdən ibarət aztəminatlı 600 min şəxsə, ümumi məbləği 450 milyon manat həcmində olan birdəfəlik ödəmələr (190 manat) həyata keçirildi. Bu ödənişlər isə əsasən banklar üzərindən edilirdi ki, olduqca böyük bir kütləni əhatə edən prosesin texniki cəhətləri və prosedurları ABA üzv təşkilatları və əlaqədar dövlət qurumları ilə birgə koordinasiya çərçivəsində tez bir zamanda müəyyən edildi. Banklar bu şəxsləri öz aralarında miqyas və rayonlar üzrə bölüşdürdülər və pandemiya şəraitinə, bank əməkdaşları üçün yaranan risklərə baxmayaraq ödənişlər tam həcmdə, banklar vasitəsilə reallaşdırıldı.

Qeyd edək ki, ölkə rəhbərliyinin bu ödənişlərin ödəniş kartları vasitəsilə əhaliyə ödənilməsi, bununla da, əlavə tədbir olaraq, belə əhali qrupunun nağdsız ödənişlərə üstünlük verməsi, bank-maliyyə xidmətlərindən istifadəsinin təşviqini ehtiva edən tapşırığına banklar anında reaksiya verərək, requlyatorun davamlı dəstəyi ilə 600 min şəxs üçün bankların öz vəsaiti hesabına olmaqla, ödəniş kartlarının hazırlanması prosesinə başlandı. Pandemiyanın gətirdiyi məhdudiyyətlərə baxmayaraq ABA üzvləri mütəşəkkil şəkildə kartların hazırlanması, xaricdən sifarişi, eləcə də əhalimizə paylanılmasının maksimum müştəri məmnuniyyəti təmin edilməklə təşkili üzrə genişmiqyaslı işləri həyata keçirdi. Həmçinin banklar məhdudiyyətlərin ilkin tətbiq edildiyi dövrlərdə həssas əhali qrupuna məxsus sosial ödənişlərin verildiyi ödəniş kartları üzrə istifadə edilən ATM-in hansı banka məxsus olmasından asılı olmayaraq, nağdlaşdırma komissiyasını tutmadılar.

Digər bir istiqamət isə pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsi, fərdi sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsi idi. Müvafiq tədbirlər paketi çərçivəsində pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əməkhaqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara, həmçinin əlavə olaraq 300 min fərdi (mikro) sahibkara dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsinə qərar verildi. Bu vəsaitlərin də sahibkarlara ödənilməsi banklar vasitəsilə həyata keçirilib. Beləliklə, 2020-ci il ərzində sahibkarlara 358 milyon manatdan çox maliyyə dəstəyi göstərilib.

Bununla yanaşı, “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli Fərmanı və onun icrası üzrə sahibkarların subsidiya və dövlət zəmanəti ilə təmin edilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydaları da xüsusilə qeyd etmək lazımdır. Qeyd edilən qaydalar üzrə İqtisadiyyat Nazirliyinin tədbirləri çərçivəsində pandemiyadan təsirlənən sahibkarların 1 milyard manatadək olan mövcud kreditləri 12 ay ərzində 10 faizə qədər subsidiyalaşdırılır, həmçinin müvafiq sahələrdəki bizneslər 500 milyon manat həcmində yeni güzəştli kreditlərlə (60 faizə qədər dövlət zəmanəti və kredit faizinin yarısına qədər subsidiyanın verilməsi şərti ilə) təmin edilir. Vurğulamaq lazımdır ki, bu qaydaların əlaqədar dövlət qurumları ilə müzakirəsi prosesində ABA-nın rəhbərliyi, onun Rəyasət Heyəti və müvafiq Ekspert Qrupları yaxından iştirak ediblər. Fərmanın icrası nəticəsində sahibkarlara 2020-ci il ərzində banklar vasitəsilə 169 milyon manat həcmində dövlət zəmanətli kreditlər ayrılıb, mövcud kreditlər üzrə 33 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib.

Eyni zamanda, ötən dövr ərzində Dövlət Vergi Xidməti tərəfindən qanunvericiliyə dəyişiklik edilməsi təşəbbüsü irəli sürülüb və nəticədə sahibkarlıq subyektlərinə, kiçik və orta sahibkarlara 115 milyon manat dəyərində geniş vergi güzəştləri və tətillər verilib.

- Requlyatorun pandemiyanın təsirlərinin tənzimlənməsində rolunu necə şərh etmək olar?

- Ümumiyyətlə, Azərbaycan Mərkəzi Bankı (AMB) dövlət-özəl forumuna ən açıq və bu istiqamətdə uzunmüddətli təcrübəyə malik dövlət qurumlarından biridir. Bu cəhətdən AMB sektoru tənzimləyən, ona birbaşa və ya dolayı təsiri olan digər təşəbbüslərin banklarla fikir mübadiləsi aparmaqla həyata keçirməsini hər zaman dəstəkləyib.

Bu səbəbdən Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində ABA üzv təşkilatları ilə fikir mübadiləsi aparılıb və banklardan müvafiq istiqamətdə təkliflər paketi alınıb. Sonrakı prosesdə AMB-nin İdarə Heyətinin qərarı ilə koronavirus pandemiyası şəraitində əhaliyə, biznesə və digər tərəfdən maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər paketi təsdiq edilib və “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası” qəbul olunub. Nəticədə kreditlərin təsnifləşdirilməsi üzrə requlyativ tələblər yumşaldılıb, kreditlərin təsnifləşdirilməsi üzrə güzəştlər faizləri subsidiyalaşdırılan sahibkarlıq kreditlərinə və dövlət fondlarının vəsaiti hesabına verilmiş kreditlərin restrukturizasiyasına şamil edilib. Bununla yanaşı, kredit təşkilatlarına əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, həmçinin borcalanlar üzrə neqativ kredit tarixçəsi barədə məlumatların kredit bürosuna xüsusi qeydlə təqdim olunması tövsiyə edilib. Pandemiya şəraitinin davam etməsi səbəbindən qəbul edilən bu və bu kimi güzəştlər 2021-ci ilin birinci rübünün sonuna qədər uzadılıb.

Bununla yanaşı, bankların filial və şöbələrində, eləcə də bankomatların qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyaları, sosial müavinət, təqaüd və kompensasiya ödənişləri, eləcə də ünvanlı dövlət sosial yardımları üzrə istifadə müddəti başa çatan aktiv müştərilərin ödəniş kartlarının istifadə müddətinin uzadılmasına qərar verilib və effektiv nəticələrə nail olunub.

Həmçinin pandemiya dövründə əhalinin təmassız ödəniş imkanlarını artırmaq üçün dünyanın bir çox ölkələrində PİN-kod daxil edilmədən təmassız kartlarla aparılan nağdsız əməliyyatların limitlərinin yüksəldilməsi təcrübəsi requlyator tərəfindən ölkəmizdə də tətbiq edilib və bu əməliyyatlar üçün nəzərdə tutulan limit 50 (əlli) manat səviyyəsindən 100 (yüz) manata yüksəldilib.

Ötən il sentyabrın 16-da pandemiya şəraitində sahibkarların üzləşdiyi çətinliklər və bu vəziyyətdən çıxışla bağlı bank sektoru ilə əməkdaşlıq istiqamətlərinin müzakirəsinə həsr olunan Mərkəzi Bankın İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclası da keçirilib. İclasda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası təmsil olunmaqla yanaşı, sahibkarlar və bank nümayəndələri də iştirak ediblər. Ümumilikdə, sahibkarlara dəstək və onların problemlərinin öyrənilməsi məqsədilə məhdudiyyətlərin başladığı dövrdə ABA-nın törəmə qurumu olan Azərbaycan Bank Tədris Mərkəzinin dəstəyi ilə bankların biznes müştəriləri arasında pandemiyanın təsirlərinin müəyyən edilməsi və maliyyə ehtiyacları ilə bağlı sorğu keçirilib və bu məlumatlar requlyatorla bölüşülüb, fikir mübadiləsi aparılıb. Bu görüşdə isə sorğunun ilk aparıldığı dövrdən bəri baş verən dəyişikliklər və yerdə qalan çağırışların həlli istiqamətində təkliflər səsləndirilib.

Yekun olaraq, pandemiya dövründə requlyator tərəfindən həm maliyyə sektorunun stabilliyinin qorunması, həm əhali və biznesin dəstəklənməsi, həm də ümumilikdə makroiqtisadi sabitliyin təmin edilməsində təqdirəlayiq addımlar atılıb və proseslər peşəkarlıqla idarə edilib. ABA olaraq, dövlət-özəl forumu çərçivəsində bütün bu proseslərə qoşulmuş və mümkün dəstək kanalları ilə töhfə verməyə çalışmışıq və bunu daim davam etdirəcəyik.

- Pandemiya şəraitində ABA və banklar öz təşəbbüsləri çərçivəsində hansı addımları atdı?

- Yuxarıda qeyd etdiyim məsələlər dövlət qurumları və requlyator tərəfindən tədbir, qayda və mexanizmlərin formalaşdırılmasına və sonradan onların tətbiqi prosesinə bankların verdiyi töhfə üzərində qurulub.

Lakin banklar bu proseslərin əvvəlindən etibarən beynəlxalq təcrübəyə əsaslanan və yerli bazarın xüsusiyyətlərinə uyğunlaşdırılmış müxtəlif tədbirlər görməyə başlamışdırlar. Bunların ilki sahibkarlara 1-3 ay müddətinə kredit ödənişləri üzrə möhlətin verilməsi, başqa sözlə, restrukturizasiyanın tətbiqi idi. Bu tədbir banklar üçün müəyyən əlavə xərclərə səbəb olsa da (restrukturizasiya zamanı kreditin keyfiyyəti nisbətən pisləşir və ehtiyat yaradılmalı olur) yaranmış şəraitdə sahibkarların dəstəklənməsi əsas götürülərək banklar tərəfindən icra edildi. Bununla paralel olaraq, qeyd olunan prosesin məsafədən bankçılıq xidmətlərinin təqdim etdiyi imkanlar hesabına həyata keçirilməsi istiqamətində mümkün tədbirlər görülüb. Bundan əlavə, həyata keçirilməsi yalnız bank filiallarında mümkün olan əməliyyatlardakı təhlükəsizliyi təmin etmək, karantin rejiminin tələblərinə effektiv əməl edilməsi üçün də bankdaxili prosedurlar hazırlanıb və tətbiq edilib.

Həmçinin banklar tərəfindən pandemiya dövründə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə 7 milyon manatdan çox ianə edilib.

- Qeyd etdiyiniz kimi, pandemiya dövründə əsas məqsədlərdən biri məhz məşğulluğun qorunub saxlanmasına dəstək verilməsi olub. Bəs banklar bu prosesə necə dəstək olub?

- İlk olaraq, hər kəs razılaşar ki, banklar real sektorun maliyyələşdirilməsinə dəstək verməklə, yeni iş yerlərinin açılmasına imkan yaradır və ölkədə məşğulluğun inkişafına töhfə verir. Lakin bu yeganə amil deyil. Həmçinin banklar özləri işəgötürəndirlər və 19 min nəfərə yaxın şəxs bu sektorda çalışmaqda və onların sayı artmaqdadır. Belə ki, pandemiya dövründə bank sektoru əvvəlki suallarda qeyd etdiyim tədbirlərin təsiri ilə aktiv fəaliyyətini davam etdirib. Nəticədə ötən ilin iyun-dekabr ayları ərzində işçilərin cəlb ediləcəyi 16 yeni filial istifadəyə verilib, 300-dən çox yeni əməkdaş işə qəbul olunub.

Digər tərəfdən Azərbaycan Prezidentinin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən dəstək göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə qoşulmaq məqsədilə 2020-ci il martın 11-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

Memorandum əsasında tərəflər özünüməşğulluq proqramı çərçivəsində ölkənin sosial-iqtisadi inkişafında əhalinin daha fəal iştirakını təmin etmək, əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, məcburi köçkünlərin, habelə işsiz və işaxtaran şəxslərin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, mikro, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq və sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək göstərmək məqsədilə həyata keçirilən həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair razılığa gəlib.

Bu proqram çərçivəsində ölkədə fəaliyyət göstərən banklar könüllülük, humanizm prinsipləri əsasında bu memorandum üzrə tədbirləri, əsasən də proqramda iştirak edən şəxslərin (orta hesabla bir nəfərə 5 min manatlıq) aktivlərlə təmin edilməsini əvəzsiz olaraq maliyyələşdirir, eyni zamanda, onların müxtəlif maliyyə-bank alətlərinə çıxışını dəstəkləyir.

Memorandum imzalandığı gündən indiyə qədər 1000 nəfərə yaxın vətəndaşa banklar tərəfindən müvafiq istiqamətlərə uyğun aktivlər təqdim edilib, onların bank-maliyyə alətlərinə çıxışı dəstəklənib.

- 2020-ci ildə həmçinin işğal altında olan torpaqlarımız azad edildi və ərazi bütövlüyümüz bərpa olundu. Bu dövrdə hər bir kəs öz imkanları daxilində bu proseslərə dəstək göstərməyə çalışırdı. Bəs, bankların buradakı töhfəsi nədən ibarət olub?

- Bu ölçüyəgəlməz nailiyyət ölkə başçısının nümayiş etdirdiyi möhkəm iradə, şanlı Ordumuzun və əsgərlərimizin mərdliyi və şücaəti, döyüş meydanında olduğu kimi siyasi arenada da əldə edilən uğurlar, əhalinin ruh yüksəkliyi və birliyi hesabına əldə edilib.

Banklar bu prosesə bir neçə istiqamətdə dəstək verməyə çalışdılar. İlk olaraq, Silahlı Qüvvələrə Yardım Fonduna banklar tərəfindən köçürmələrin həyata keçirilməsi, hərbçilərimizin, eləcə də cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan əhalimizə dəstək olmaq məqsədilə banklar tərəfindən çoxsaylı işlər görülüb və tədbirlər həyata keçirilib.

Davamında isə ABA üzv təşkilatları Azərbaycan Prezidentinin tapşırıqları və Mərkəzi Bankın tövsiyəsi ilə hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə birgə bəyanatla çıxış ediblər. Bəyanata əsasən, torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin və bu dövrdə düşmən təxribatı nəticəsində həyatlarını itirmiş mülki şəxslərin banklara olan kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinib. Yaralanmış hərbçilərin kreditləri üzrə faizlərin hesablanması dayandırılıb. Hərbi əməliyyatlarda iştirak edən, şəhid olmuş və ya yaralanmış bank əməkdaşlarına və ya onların ailələrinə birbaşa maddi yardım göstərilib.

Bu bəyanatla yanaşı banklar da fərdi yanaşma əsasında şəhid ailələrinin, yaralı hərbçilərin və mülki şəxslərin öhdəliklərinin silinməsini təmin ediblər.

Nəticədə 830 şəhidə aid 1503 kredit üzrə həm əsas borc, həm də faizlər silinib, eyni zamanda, şəhidlərimizin ailə üzvlərinə aid olan 286, xəsarət almış hərbçilər üzrə 1323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin banklar hesabına tamamilə bağlanması həyata keçirilib.

Bundan sonra isə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğurunda yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna - “YAŞAT” Fonduna və Qarabağ Dirçəliş Fonduna da banklar tərəfindən ianələr həyata keçirilib, onlarla əməkdaşlığın qurulması və inkişafı üzrə ABA tərəfindən təkliflər hazırlanıb. Xüsusilə, “YAŞAT” Fondu ilə ABA arasında anlaşma memorandumu imzalanıb ki, bu da bundan sonra dəstək tədbirlərinin davamlı və daha sistemli həyata keçirilməsinə töhfə verəcək.

- Məlumdur ki, ABA-nın əsas məqsədlərindən biri də məhz sektorun inkişafı istiqamətində işlər görmək, öz üzvlərini dövlət, beynəlxalq qurumlar və digər ictimai təşkilatlar qarşısında təmsil etməkdir. Bütün bu proseslər fonunda 2020-ci il ərzində ABA-nın bu məqsədə xidmət edəcək başqa hansı təşəbbüsləri olub?

- Ötən il ərzində əvvəldə qeyd edilən proseslər daha önə çıxsa da, ABA tərəfindən digər istiqamətlərdə də aktiv işlər görülüb - qanunlara (Mülki Məcəlləyə, Mülki Prosessual Məcəlləyə, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “İpoteka haqqında”, “İcra haqqında”, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “Dövlət - özəl tərəfdaşlığı haqqında” qanunlara və sair) və sektoru tənzimləyən qaydalara (“Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması”, “Banklarda hesabların açılması, aparılması və bağlanması”, “Məhkəmə qərarlarının icrası prosesi”, “Maliyyə Bazarlarının Nəzarət Subyektlərində İnformasiya Təhlükəsizliyinə Dair Qaydalar”, “Kassa Qaydaları”, “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması”, “Banklarda likvidlik risklərinin idarə edilməsi”, “Bank kapitalının və onun adekvatlığının hesablanması” qaydaları və digərləri) müvafiq dəyişikliklərin edilməsi istiqamətində təşəbbüslər göstərilib.

Bunlarla yanaşı, bank sisteminin maliyyə vasitəçiliyinin artırılmasına, maliyyə-bank sektorunun dayanıqlığının artırılmasına, açıq hökumətin təşviqinə, maliyyə və qeyri-maliyyə xidmətləri üzrə bölgünün hazırlanmasına, zəmanət və subsidiya verilməsi üçün qayda və meyarlara, ikiqatvergitutma və digər istiqamətlərə dair təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Eyni zamanda, ABA Azərbaycanın Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası daxilində “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunda təmsil edilir və ölkənin beynəlxalq müstəvidə reytinqinin yüksəlməsi istiqamətində öz dəstəyini verməyə çalışır.

Hesabat dövrü ərzində ABA-nın Rəyasət Heyətinin 37 iclası, dövlət qurumları, yerli və beynəlxalq təşkilatlarla 40-dək görüşü keçirilib, bank işçilərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə 20-dən çox seminar və təqdimat olmaqla 100-dək tədbir və görüş təşkil olunub.

Həmçinin ABA daxilində fəaliyyət göstərən müxtəlif istiqamətlərdə formalaşdırılan və 200-ə yaxın bank ekspertini (yuxarı və orta menecment) əhatə edən 12 Ekspert Qrupumuz da mövcuddur:

1. Hüquqi məsələlər üzrə Ekspert Qrupu (https://aba.az/ekspert-qruplari/huquqi-m%c9%99s%c9%99l%c9%99l%c9%99r-uzr%c9%99/qrupun-uzvl%c9%99ri/ )

2. IT və IT təhlükəsizlik üzrə Ekspert Qrupu (https://aba.az/ekspert-qruplari/it-uzr%c9%99/qrupun-uzvl%c9%99ri/)

3. Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu (https://aba.az/ekspert-qruplari/od%c9%99nis-sisteml%c9%99ri-v%c9%99-alternativ-xidm%c9%99t-kanallari-uzr%c9%99/qrupun-uzvl%c9%99ri/)

4. Kredit işi üzrə Ekspert Qrupu (https://aba.az/ekspert-qruplari/kredit-isi-v%c9%99-risl-uzr%c9%99/qrupun-uzvl%c9%99ri/ )

5. İnsan resurslarının idarə olunması üzrə Ekspert Qrupu (https://aba.az/ekspert-qruplari/t%c9%99dris-strategiyalari-maliyy%c9%99-savadligi-v%c9%99-ir-uzr%c9%99/qrupun-uzvl%c9%99ri/)

6. Komplayns üzrə Ekspert Qrupu (https://aba.az/ekspert-qruplari/cpy-qarsi-mubariz%c9%99-v%c9%99-komplayns-uzr%c9%99/qrupun-uzvl%c9%99ri/)

7. Mühasibat uçotu, vergi və hesabatlılıq üzrə Ekspert Qrupu (https://aba.az/ekspert-qruplari/muhasibat-ucotu-vergi-v%c9%99-hesabatliliq-uzr%c9%99/qrupun-uzvl%c9%99ri/)

8. Marketinq və PR üzrə Ekspert Qrupu (https://aba.az/ekspert-qruplari/marketinq-v%c9%99-pr-uzr%c9%99/qrupun-uzvl%c9%99ri/)

9. Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Ekspert Qrupu (https://aba.az/ekspert-qruplari/ticar%c9%99tin-v%c9%99-layih%c9%99l%c9%99rin-maliyy%c9%99l%c9%99sdirilm%c9%99si-uzr%c9%99/qrupun-uzvl%c9%99ri/)

10. Xəzinədarlıq və fondların idarə olunması üzrə Ekspert Qrupu (https://aba.az/ekspert-qruplari/x%c9%99zin%c9%99darliq-v%c9%99-fondlarin-idar%c9%99-olunmasi-uzr%c9%99/qrupun-uzvl%c9%99ri/ )

11. Daxili audit üzrə Ekspert Qrupu (https://aba.az/ekspert-qruplari/daxili-audit/qrupun-uzvl%c9%99ri/)

12. Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu (https://aba.az/ekspert-qruplari/riskl%c9%99rin-idar%c9%99-edilm%c9%99si/qrupun-uzvl%c9%99ri/ )

Ötən il ərzində Qruplar çərçivəsində 90-a yaxın görüş keçirilib, müxtəlif təşkilatlara 200-ə yaxın müraciət göndərilib və qayda, qanun, prosedur və sair dəyişikliklər üzrə 50-dən çox təklif paketi hazırlanıb.

- Gələcək planlar haqqında məlumat verə bilərsinizmi?

- ABA-nın ötən 2016-2020-ci il üçün müəyyən etdiyi strateji dövrü arxada buraxdığını və həmin dövrdə qarşısına qoyduğu hədəflərə uğurla çatdığını qeyd edə bilərik. 2020-ci ildən etibarən isə növbəti 5 illik dövr üçün yeni strateji planın formalaşdırılması prosesinə başlanılıb, müvafiq təhlillər və sorğular həyata keçirilib, yekun sənəd hazırlanıb. ABA-nın Ümumi Yığıncağında isə bu strateji plan artıq təsdiqlənib və icrasına start verilib. Buradakı hədəflərimiz nələrdən ibarətdir:

• Qarabağın işğaldan azad olunmuş ərazilərində müasir bank infrastrukturunun yaradılmasına dəstək göstərilməsi;

• ABA-nın institusional potensialının gücləndirilməsi;

• Qanunverici, icraedici və məhkəmə orqanları ilə əməkdaşlığın optimallaşdırılması;

• Bank sektorunda milli peşə standartlarının tətbiqinə dəstək göstərilməsi;

• İctimaiyyətlə əlaqələrin səmərəliyinin artırılması;

• Yerli biznes assosiasiyaları və ictimai birliklərlə əməkdaşlığın genişləndirilməsi;

• Beynəlxalq əlaqələrin möhkəmləndirilməsi;

• ABA-nın xidmətlərinin çeşidinin artırılması;

• Banklarda strateji təhlil və informasiya təminatına dəstək;

• Sosial fəaliyyət layihələrinin daha da genişləndirilməsi və davamlığının təmin edilməsi;

• Sektordaxili tənzimləmənin dərinləşdirilməsi;

• Bankçılıq ekosisteminin inkişafını təşviq etmək və onun təmsilçisinə çevrilmək.

Qarşımıza qoyduğumuz bu hədəflərin hər birinə uğurla çatacağımızı və sektoru daha da inkişaf etdirməklə, real sektora və iqtisadi artıma bir o qədər daha böyük töhfə verməyi arzulayır və bunu birliyimiz hesabına əldə edəcəyimizə inanırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir YENİLƏNƏCƏK

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir