Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan beynəlxalq aləmdə məsuliyyətli dövlət kimi nüfuz qazanıb ŞƏRH

Azərbaycan beynəlxalq aləmdə məsuliyyətli dövlət kimi nüfuz qazanıb  ŞƏRH

Bakı, 1 noyabr, AZƏRTAC

Ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a sayılı günlər qalır. Ötən il dekabrın 11-də COP28-in Dubayda keçirilən plenar iclasında COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edilib. Dekabrın 15-də isə dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı müşavirə keçirilib. Qərarın qəbulundan dərhal sonra hazırlıq işlərinə başlanılması ölkəmizin ev sahibliyi etdiyi hər bir tədbiri yüksək səviyyədə təşkil etmək istəyinə bir daha aydınlıq gətirir. COP29 dünyada ən mötəbər tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi baxımından BMT Baş Assambleyasından geri qalmır. Prezident İlham Əliyev sözügedən müşavirədə beynəlxalq tədbirə ölkəmizin ev sahibliyini şərtləndirən amilləri, görüləcək hazırlıq işlərini diqqətə çatdıraraq belə bir əminliyi də ifadə edib ki, COP29 xalqımızın növbəti böyük uğuru olacaq.

Təbii ki, bu əminlik üçün böyük əsaslar mövcuddur. Azərbaycan dünyaya təkmil inkişaf modelini təqdim edir. Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin son 21 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır, sözünü imzası qədər əhəmiyyətli edir. COP29-un paytaxt Bakıda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və Azərbaycanın beynəlxalq nüfuzunu göstərən mühüm amildir.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Malik Həsənov bildirib.

O qeyd edib ki, ümumiyyətlə, beynəlxalq əhəmiyyətli tədbirlər əhatə etdikləri mövzu ilə yanaşı, keçirildikləri məkan baxımından da xüsusi əhəmiyyət kəsb edir və diqqətdə olur. Azərbaycanın beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul edildiyi inkaredilməzdir. Əvvəllər həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılması üçün xarici ölkələrə səfərlər etməyə böyük zərurət duyulurdusa, bu gün Azərbaycanın mütəmadi olaraq beynəlxalq tədbirlərə ev sahibliyi təbliğat işinin daha da güclənməsində mühüm rol oynayır. Həm mövcud əlaqələrin daha da möhkəmlənməsi, həm yeni əməkdaşlıq formatlarının yaradılması, həm də ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün geniş imkanlar yaranır. Hazırkı dövrün reallıqları əsasında bu fikri böyük əminliklə qeyd edirik ki, Azərbaycanın dostlarının bütün qitələrdə sayı artır. Qarşılıqlı səfərlər əsasında münasibətlərdə yeni istiqamətlər müəyyənləşdirilir, beynəlxalq tədbirlərdə günün əsas çağırışları ilə bağlı qlobal miqyasda birlik, həmrəylik nümayiş etdirilir. Bu, Azərbaycanın daim qarşılıqlı etimad mühitinin qorunması əsasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi çağırışlarını yüksək səviyyədə həyata keçirməsinin təsdiqidir.

İrimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyinin həmin ölkələrin üzərinə böyük məsuliyyət qoyduğunu diqqətə çatdıran Malik Həsənov vurğulayıb: “Azərbaycan beynəlxalq aləmdə məsuliyyətli dövlət kimi nüfuz qazanıb. Bunu hazırkı dövrə qədər ölkəmizdə keçirilən tədbirlərin beynəlxalq səviyyədə təqdir edilməsi də təsdiqləyir. Bircə faktı qeyd etməklə ölkəmizə göstərilən böyük etimad barədə aydın təsəvvür yarada bilərik. Ötən il Azərbaycan Beynəlxalq Astronavtika Konqresinə böyük müvəffəqiyyətlə ev sahibliyi etdi. Bu mötəbər beynəlxalq tədbirin ikinci dəfə Bakı şəhərində keçirilməsi özündə mühüm məqamları ehtiva etdi. 1973-cü ildə Sovet Azərbaycanının paytaxtı olan Bakıda bu tədbir uğurla keçirilmişdi. Təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdi. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq”.

Deputatın sözlərinə görə, bütün sahələrdə mövcud imkanlarımızın, o cümlədən tarixi Zəfərin və suverenliyimizin yaratdığı reallıqların dünya ictimaiyyətinə çatdırılması üçün imkanlar yaranır. Qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycan dünyanın diqqətində olacaq. Prezident İlham Əliyev bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı qərarın əhəmiyyətindən bəhs edərkən belə bir reallığı xüsusi qeyd etdi ki, bu mühüm addım antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etdi.

“Tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, möhkəmlənən mövqeyi göz qabağındadır. Ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyi yeni dostlar, tərəfdaşlar qazanmasında əhəmiyyətli rol oynayır. Təəssüf hissi ilə qeyd edirik ki, bu gün də ölkəmizin uğurlarını həzm edə bilməyən qüvvələr var. Suverenliyimizin bərpasından sonra geniş miqyas alan əsassız ittihamlar diqqətdən kənarda qalmır. Azərbaycana qarşı belə cəhdlər daim olub və qarşısı böyük qətiyyətlə alınıb, bundan sonra da alınacaq. Azərbaycanın müstəqil siyasəti, prinsipial mövqeyi, beynəlxalq hüquqa bağlılığı uğurlarının davamlılığını şərtləndirən əsas amillərdir. Tarixi Zəfərimizin ardınca ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi bir daha dünyaya sübut etdi ki, sonda Zəfər çalan tarixi ədalətdir.

COP29 ərəfəsində ABŞ-ın bir qrup konqresmeninin Dövlət katibinə müraciətini, eyni zamanda, Avropa Parlamentinin qəbul etdiyi Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnamə ölkəmizə qarşı qərəzli kampaniyanın tərkib hissəsidir. Belə cəhdlər Azərbaycanın iradəsinə təsir etmək imkanında deyil. Günümüzün reallığı budur ki, Azərbaycan mötəbər beynəlxalq tədbiri - COP29-u yüksək səviyyədə keçirməyə, qonaqları qarşılamağa tam hazırdır. Hazırda nəinki paytaxt Bakı, bütün bölgələrimiz, işğaldan azad edilmiş ərazilərimiz bu konfransa hazırlığı ilə dünyanın diqqətindədir”, - deyə Malik Həsənov bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib