Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti birinci rübdə AÇG yataqlar bloku üzrə xərclərini açıqlamışdır
Bakı, 17 may (AZƏRTAC). Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku layihəsi üzrə 2011-ci ilin birinci rübünün əməliyyat və əsaslı xərclərini açıqlamışdır.
Konsorsiumun operatoru olan “bp-Azərbaycan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, hesabat dövründə ABƏŞ Xəzər dənizinin Azərbaycan sektorundakı AÇG layihəsinə 140,6 milyon dollar məbləğində əməliyyat, 419 milyon dollar məbləğində əsaslı vəsait sərf etmişdir.
ABƏŞ 2011-ci ildə AÇG layihəsi ilə əlaqədar əməliyyat xərclərini 628 milyon dollar, əsaslı xərcləri isə 1 milyard 998 milyon dollar məbləğində nəzərdə tutmuşdur.
Xatırladaq ki, AÇG layihəsində “bp” şirkəti 37,4 faiz, “Şevron” 11,3 faiz, İNPEKS 11 faiz, ARDNŞ 10 faiz, “Statoyl” 8,6 faiz, “EksonMobil” 8 faiz, TPAO 6,7 faiz, İTOÇU 4,3 faiz və Hess şirkəti 2,7 faiz iştirak payına malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]