Azərbaycan cüdoçusu Elxan Məmmədov Qran-pri yarışlarının bürünc medalını qazanmışdır
Bakı, 8 may (AZƏRTAC). Mayın 8-də Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş cüdo üzrə Qran-pri yarışlarında Azərbaycan idmançısı bürünc medal qazanmışdır.
AZƏRTAC xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən yarışın sonuncu günü qadınlar arasında 78 və 78 kiloqramdan yuxarı, kişilər arasında isə 90, 100 və 100 kiloqramdan yuxarı çəki dərəcələrində qaliblər müəyyənləşmişdir.
Reqlamentə uyğun olaraq, mayın 8-də tatami üzərinə Azərbaycanın 9 cüdoçusu çıxmışdır. Lakin onlardan yalnız biri yarımfinala vəsiqə qazanmışdır. 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov ilk görüşdə Tacikistan cüdoçusu Pərviz Sobirova qalib gəlmişdir. Səkkizdəbir final mərhələsində Kşiştaf Veqlerjanı (Polşa), dörddəbir finalda isə slovakiyalı idmançı Milan Randlı məğlub edən E.Məmmədov yarımfinala yüksəlmişdir. Pəhləvanımız bu mərhələdə Rusiya idmançısı Kiril Voprosova uduzaraq turnirin bürünc medalına sahib olmuşdur.
Xatırladaq ki, turnirdə Azərbaycan idmançıları cüdoçusu Kifayət Qasımova (57 kq) qızıl, Elxan Rəcəbli (81 kq) isə gümüş medal qazanmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]