Azərbaycan cüdoçusu Elxan Məmmədov Qran-pri yarışlarının yarımfinalına vəsiqə qazanmışdır
Bakı, 8 may (AZƏRTAC). Mayın 8-də Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş cüdo üzrə Qran-pri yarışları davam etmişdir.
AZƏRTAC xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən yarışın sonuncu günü qadınlar arasında 78 və 78 kiloqramdan yuxarı, kişilər arasında isə 90, 100 və 100 kiloqramdan yuxarı çəki dərəcələrində qaliblər müəyyənləşəcəkdir.
Reqlamentə görə, bu gün 9 Azərbaycan cüdoçusu tatami uzərinə çıxsa da, yeganə idmançımız yarımfinala vəsiqə qazanmışdır. 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov ilk görüşünü Tacikistan cüdoçusu Rərviz Sobirova qarşı keçirmiş və rəqibindən üstün olmuşdur. Səkkizdəbir final mərhələsində Kşiştaf Veqlerjanı (Polşa), dörddəbir finalda isə slovakiyalı idmançı Milan Randlı məğlub edən E.Məmmədov yarımfinala yüksəlmişdir. Bu mərhələdə cüdoçumuzun rəqibi Rusiya idmançısı Kiril Voprosov olacaqdır.
Xatırladaq ki, yarışın ilk günü Azərbaycan cüdoçusu Kifayət Qasımova (57 kq) qızıl, növbəti gün isə Elxan Rəcəbli (81 kq) gümüş medal qazanmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]