Azərbaycan damaçıları Avropa birinciliyində iştirak etmişlər
Bakı, 7 may (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Yaroslavlda oğlan və qızlar arasında rus daması üzrə şəxsi-komanda Avropa birinciliyi başa çatmışdır.
Azərbaycanlı damaçılardan kadetlər (1995-1997-ci il təvəllüdlü oğlanlar) arasında Zeynal Rəşidli ən yaxşı nəticə göstərərək beşinci yeri tutmuşdur. 1992-1994-cü il təvəllüdlü yuniorlar və 1995-1997-ci il təvəllüdlü kadetlər arasında Pərvanə Qasımova, 1992-1994-cü il təvəllüdlü yuniorlar arasında Ramil Salahov altıncı yerləri tutmuşlar.
Sürətli dama oyununda Ramil Salahov dördüncü, Pərvanə Qasımova altıncı, Famil Kamilli doqquzuncu, Vüqar Babayev on ikinci nəticə göstərmişdir. Sürətli oyunda Famil Kamilli doqquzuncu, Ramil Salahov on birinci, Vüqar Babayev on ikinci, Məhərrəm Fətəliyev on dördüncü, Zeynal Rəşidli on dördüncü yeri tutmuşdur.
Ümumi komanda hesabında Azərbaycan yığma komandası 8 ölkə arasında 6-cı yeri tutmuşdur. Oğlanlar arasında komanda hesabında ölkəmiz 32 xalla üçüncü yeri, qızlarımız isə 7-ci yeri tutmuşlar.
Adları çəkilən idmançılar avqust ayında Estoniyada keçiriləcək 64 xanalı dama üzrə dünya birinciliyində ölkəmizi təmsil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]