Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN DİPLOMATİYASI LİSSABON ZİRVƏ GÖRÜŞÜNDƏ BÖYÜK UĞUR QAZANDI

Azərbaycan Prezidenti Heydər Əliyevin ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündə iştirak etmək üçün Lissabona səfəri müdrik dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində dünya birliyində layiqli yer tutan müstəqil respublikamızın diplomatik tarixində silinməz iz qoydu.

ATƏT dünyada və xüssusən Avropada gedən proseslərin tənzimlənməsinə dərindən nüfuz edən beynəlxalq təşkilatdır. Ona görə də dünyanın 64 ölkəsinin dövlət və hökumət başçılarının, bir çox beynəlxalq təşkilatların rəhbərlərinin Avropada təhlükəsizliyin möhkəmləndirilməsi, sülhün və əmin-amanlığın bərqərar edilməsi məsələlərini ətraflı müzakirə etmək üçün Lissabon Zirvə görüşünə toplaşması tamamilə qanunauyğundur. Doğrudur, bu qlobal problemin həlli ATƏT-in də, digər nüfuzlu beynəlxalq təşkilatların da diqqət mərkəzindədir. Digər tərəfdən, Helsinki Yekun Aktı və Paris Xartiyası kimi çox əhəmiyyətli sənədlər mövcuddur. Lakin dünyanın, o cümlədən Avropanın bir çox bölgələrində münaqişə ocaqları səngimək bilmir, qan tökülür, torpaqlar zor gücünə zəbt olunur, sərhədlər pozulur, insan hüquqları tapdalanır.

Azərbaycan da 1988-ci ildən belə bir təcavüzlə üzləşmişdir. Respublikamızın torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, ölkəmizin ərazi bütövlüyünə qəsd edilmiş, bir milyondan çox vətəndaşımız doğma yerlərindən zorla qovularaq qaçqına çevrilmişdir.

ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçıları münaqişə ocaqlarının tezliklə söndürülməsi, XXI əsrin sülh və əmin-amanlıq əsrinə çevrilməsi üçün qəti tədbirlər görülməsi məqsədi ilə Lissabona toplaşdılar.

Azərbaycan Prezidenti Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyətimiz Zirvə görüşündə iştirak etmək üçn Lissabona gəldiyi ilk saatlardan gərgin işə başladı. Zəmanəmizin görkəmli dövlət xadimi, respublika Prezidenti Heydər Əliyev Lissabon zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində irəliyə doğru daha bir mühüm addım atılması, Azərbaycanın ədalətli mövqeyinin bütün dövlətlər tərəfindən müdafiə olunması və ATƏT-in toplantısının sənədlərində bu məsələnin öz geniş əksini tapması üçün bir çox görüşlər keçirdi, ətraflı danışıqlar apardı.

ABŞ dövlət katibinin müavini Linn Devis, Rusiyanın xarici işlər naziri Yevgeni Primakov, Ukrayna Prezidenti Leonid Kuçma, İsrailin Baş naziri Benyamin Netanyahu, İsveçrənin xarici işlər naziri, ATƏT-in indiki sədri Flavio Kotti, Finlandiya Prezidenti Marti Ahtisaari, Rusiyanın Baş naziri Viktor Çernomırdin ilə, digər ölkələrin dövlət və hökumət başçıları ilə keçirilən görüşlər çox əhəmiyyətli, faydalı oldu.

Prezident Heydər Əliyevin Lissabon Zirvə görüşündə ölkəmiz üçün tarixi əhəmiyyət daşıyan nitqi dövlət və hökumət başçılarının diqqətini dərindən cəlb etdi. Respublikamızın rəhbəri yeni müstəqillik qazanmış, demokratiya və bazar münasibətləri yolunu seçmiş ölkəmizdə hüquqi dövlət quruculuğu, islahatların həyata keçirilməsi, dünya birliyi ilə əlaqələrin daha da möhkəmləndirilməsi sahəsində görülən işlərdən ətraflı söhbət açdı.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in və onun Minsk qrupunun fəaliyyətindən, bir sıra dövlətlərin vasitəçiliyi ilə aparılan ikitərəfli danışıqlardan, atəşkəs rejiminə respublikamızın ciddi riayət etməsindən bəhs edən Prezident Heydər Əliyev dedi ki, biz müharibə yox, sülh istəyirik. Biz istəyirik ki, Azərbaycanın işğal olunmuş torpaqları azad edilsin, respublikamızın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin olunsun, yerlərindən-yurdlarından zorla qovulmuş bir milyondan çox vətəndaşımız öz doğma torpaqlarına qayıtsın. Biz Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin etməyə, Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verməyə hazırıq.

Dövlətimizin başçısının söylədiyi fikirlər, irəli sürdüyü təkliflər, Ermənistan istisna olmaqla, Zirvə görüşünün iştirakçısı olan dövlətlərin rəhbərlərinin hamısı tərəfindən rəğbətlə qarşılandı və dəstəkləndi.

Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınması, Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin olunması barədə üç əsas prinsip Prezident Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin gərgin işi nəticəsində Lissabon Zirvə görüşü bəyannaməsi layihəsinin 20-ci maddəsində öz əksini tapdı.

Lakin ATƏT-də bütün sənədlər konsensus əsasında qəbul edilir. Öz məkrli hərəkətlərindən əl çəkməyən Ermənistan tərəfi bu fürsətdən istifadə edərək, bəyannamə layihəsinin 20-ci maddəsinin qəbul olunmasına etiraz etdi.

Azərbaycan Prezidenti Heydər Əliyevin müdrik dühası bu məsələnin də müsbət həllinə öz təsirini göstərdi. Respublikamızın rəhbəri keçirdiyi görüşlərdə dövlətimizin mövqeyini açıq şəkildə bəyan etdi: Ermənistan öz etirazını geri götürməsə, Azərbaycan Lissabon bəyannaməsinin bütünlüklə qəbul olunmasına razılıq verməyəcəkdir. Qeyd etmək lazımdır ki, bütün dövlətlər Azərbaycanın mövqeyini dəstəklədilər. Ermənistanın bu hərəkətini qətiyyətlə pislədilər.

Zirvə görüşünün yekun iclasında sədr Lissabon bəyannaməsinin qəbul edilməsi ilə əlaqəqdar yaranmış vəziyyət barədə dövlət və hökumət başçılarına məlumat verdi.

Prezident Heydər Əliyev yekun iclasında çıxış edərək, dövlətimizin bu barədə mövqeyini bir daha bəyan etdi, Ermənistan-Azərbaycan münaqişəsinin həllindən bəhs edən maddənin bəyannamənin mətnində saxlanılmasının vacibliyini vurğuladı.

Ermənistan Prezidenti Levon Ter-Petrosyan isə Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat verilməsinə Ermənistanın “inanmadığını” bəhanə gətirərək, 20-ci maddənin qəbul olunmasına yenidən etiraz etdi.

Amerika Birləşmiş Ştatlarının nümayəndəsi yaranmış gərgin vəziyyəti aradan qaldırmaq üçün ATƏT-in sədri Flavio Kottinin Lissabon Zirvə görüşü bəyannaməsi layihəsinin 20-ci maddəsinin öz ifadəsini tapdığı bəyanatın Lissabon toplantısının, yəni ATƏT-in rəsmi sənədi kimi qəbul olunmasını təklif etdi. Ermənistandan başqa bütün dövlətlərin başçıları buna razılıq verdilər. Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair sənəd bir dövlət, yəni Ermənistan qoşulmadan qəbul edildi. Levon Ter-Petrosyanın bu hərəkəti isə Ermənistanın təcavüzkar ölkə olduğunu bir daha sübut etdi və Lissabon görüşünün bütün iştirakçıları tərəfindən pislənildi.

ATƏT-in indiki sədri Flavio Kottinin bəyanatında deyilir:

“Hamınızın bildiyi kimi, son iki ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsində irəliləyiş əldə olunmayıb. Mən təəssüf edirəm ki, münaqişənin həlli prinsipləri barəsində tərəflərin fikirlərinin yaxınlaşdırılması istiqamətində Minsk konfransı həmsədrlərinin səyləri nəticəsiz qaldı.

Minsk qrupu həmsədrlərinin tövsiyə etdikləri üç prinsip Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasının bir hissəsini ifadə etməlidir. Bu prinsiplər Minsk qrupunun üzvü olan bütün dövlətlər tərəfindən dəstəklənir. Həmin prinsiplər aşağıdakılardır:

- Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;

- Dağlıq Qarabağın sazişdə müəyyən edilmiş hüquqi statusu - bu status Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində özünüidarəetmənin ən yüksək səviyyəsini verir;

- tənzimləmə müddəalarına bütün tərəflərin əməl etməsini təmin etmək barədə qarşılıqlı öhdəliklər də daxil olmaqla, Dağlıq Qarabağın və onun bütün əhalisinin təhlükəsizliyinə təminat verilməsi.

Mən təəssüf edirəm ki, Ermənistan bunu qəbul edə bilməmişdir. Mən inanıram ki, digər iştirakçı dövlətlərin hamısı bu prinsipləri dəstəkləyirlər.

Bu bəyanat Lissabon Zirvə görüşünün sənədlərinə daxil ediləcəkdir.”

Avropa Birliyinin sədri, İrlandiya nümayəndəsi, habelə Rusiya Federasiyasının Baş naziri Viktor Çernomırdin, Finlandiya Prezidenti Mart Ahtisaari və başqaları xüsusi bəyantlarla çıxış edərək, bu prinsipləri dəstəklədiklərini bildirdilər. Beləliklə, ATƏT Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyünü əsas prinsip kimi qəbul etdiyini rəsmi sənədlə təsdiqlədi.

Lissabon Zirvə görüşü öz işini başa çatdırdı. Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası Lissabon toplantısında böyük uğur qazandı. Bu uğurun ən əhəmiyyətli cəhətlərindən biri də ondan ibarətdir ki, Azərbaycanın haqq işi indi dünyanın bütün ölkələri tərəfindən müdafiə edilir və dəstəklənir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb