Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasındakı əməkdaşlıq yüksək səviyyədədir

Bakı, 7 mart, AZƏRTAC

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) baş direktorunun müavini Laura Tomson Azərbaycanda səfərdədir.

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Laura Tomsonun başçılıq etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstəsi qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər qərənfillər düzüblər.

Martın 7-də BMqT baş direktorunun müavini Laura Tomson Dövlət Miqrasiya Xidmətində olub.

DMX-nin rəisi Firudin Nəbiyev qonaqlara Beynəlxalq Miqrasiya Təşkilatı ilə qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Xidmət rəisi ölkəmiz haqqında məlumat verərək diqqətə çatdırıb ki, hazırda Azərbaycan Cənubi Qafqazda ən güclü və strateji əhəmiyyətə malik dövlətdir. Azərbaycanda nəhəng enerji layihələrinin icrası ilə yanaşı, qeyri-neft sektoruna böyük sərmayələr yatırılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlərin, aparılan islahatların nəticəsidir ki, Davos Ümumdünya İqtisadi Forumunun dərc etdiyi sonuncu hesabatda iqtisadiyyatın qlobal rəqabət qabiliyyəti indeksində Azərbaycan 35-ci yerdə qərarlaşıb. Respublikamız bu göstərici üzrə MDB ölkələri arasında birincidir.

Xidmət rəisi qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və onun ağır nəticələrinə baxmayaraq, ölkəmiz bütün potensialını səfərbər edərək demokratik inkişaf yolunda böyük uğurlar əldə edir. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin daha da inkişafı istiqamətində mühüm və qətiyyətli addımlar atılır. Bu il müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi tamam olur. Prezident İlham Əliyev bu münasibətlə 2018-ci ilin böyük dövlətçilik ənənələrinə malik ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə Sərəncam imzalayıb.

Xidmət rəisi deyib ki, bu gün Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən birinə çevrilib. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayır. İndiyədək ölkəmizdə miqrantlara münasibətdə milli, etnik və dini zəmində heç bir hüquq pozuntusu qeydə alınmayıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ali diqqəti və təşkilatçılığı sayəsində genişmiqyaslı, möhtəşəm fəaliyyətin ortaya qoyulması ilə Azərbaycan mötəbər beynəlxalq tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi məkana çevrilib. 2018-ci ilin noyabrında Azərbaycan “Ekspo 2025”i təşkil edəcək ölkə seçilərsə, ən ideal ev sahibliyi nümunəsi göstərəcək.

Dünyada baş verən miqrasiya proseslərindən bəhs edən Xidmət rəisi diqqətə çatdırıb ki, son zamanlar münaqişələrin sayının və coğrafi məkanının genişlənməsi, qaçqın və məcburi köçkünlərin sayının sürətlə artması narahatedici amillərdəndir. Hadisələrin bu cür cərəyan etməsi və getdikcə beynəlxalq birliyin təsir dairəsindən kənara çıxması dünyada qarşısıalınmaz xaotik vəziyyətə və böyük faciələrə səbəb ola bilər. O, 2016-cı ilin sentyabrında BMqT-nin BMT ailəsinə rəsmən qoşulmasının və BMT Baş Məclisi çərçivəsində dünyada davam edən qaçqın və miqrant axınlarının idarə edilməsində beynəlxalq ictimaiyyətin səylərinin gücləndirilməsi məqsədilə qəbul olunan “Qaçqınlara və miqrantlara dair Nyu-York Bəyannaməsi”nin əhəmiyyətindən danışıb.

Bildirib ki, Azərbaycan Hökuməti doğma yerlərini tərk etmiş insanların bütün problemlərinin həll edilməsində səylərini əsirgəmir. Ölkəmizdə onların məşğulluq, təhsil, yaşayış, tibbi və sosial təminat ilə əlaqədar tədbirlər mərhələli qaydada uğurla həyata keçirilir. Məcburi köçkünlər üçün yüzə yaxın müasir qəsəbə salınıb, yüz minlərlə qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb və bu proses hazırda da davam etdirilir. Lakin əsas problem ərazilərin işğaldan azad edilməsi, münaqişənin həllidir ki, bu məsələ Ermənistanın destruktiv mövqeyi nəticəsində bu vaxtadək həllinin tapmayıb.

DMX-nin fəaliyyət istiqamətləri haqqında məlumat verən F.Nəbiyev deyib ki, Xidmət fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və yüksək humanizm prinsipləri əsasında quraraq, aidiyyəti dövlət qurumları ilə birlikdə fəaliyyət göstərir, miqrasiya sahəsində bu orqanların fəaliyyətini əlaqələndirir. Xidmət “bir pəncərə” prinsip üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyat keçirir.

DMX-nin aparatı, həmçinin 8 regional miqrasiya idarəsi, o cümlədən Bakı və Yevlaxda qanunsuz miqrantların saxlanılması mərkəzləri və strukturuna daxil olan digər qurumları vasitəsilə müraciət edən əcnəbilərə yüksəkkeyfiyyətli xidmət göstərir. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaş məmnunluğunun təmin olunmasının zəruriliyini nəzərə alaraq yaradılmış və Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərində də DMX tərəfindən bir neçə xidmət təqdim edilir.

Miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsindən danışan Xidmət rəisi məlumat verib ki, Azərbaycanda 2013-cü ildə qüvvəyə minmiş Miqrasiya Məcəlləsinin layihəsi hazırlanarkən Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq edilib. Eyni zamanda, qeyri-hökumət təşkilatları ilə keçirilmiş görüşlərdə miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində onlar tərəfindən verilən təkliflər nəzərə alınıb.

F.Nəbiyev hazırda ölkəmizin turizm sektorunda yüksəliş dövrünü yaşadığı, respublikaya gələn turistlərə üç saat ərzində viza verilməsi imkanlarının yaradıldığı və nəticədə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayının ildən-ilə əhəmiyyətli dərəcədə artdığını qeyd edib. Bildirib ki, Azərbaycana səfər edənlərin palitrası zəngindir. Belə ki, dünyanın bütün qitələrindən ölkəmizə gələnlər var.

Azərbaycana gələn əcnəbilərin sayının artmasının ölkəmizi son illər miqrasiya baxımından mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevirdiyini deyən F.Nəbiyev ölkəmizdə əcnəbilərin miqrasiya ilə bağlı qeydiyyat prosedurlarının sadələşdirildiyinə konkret faktlarla diqqət çəkib.

Görüşdə Vahid Miqrasiya Məlumat Sisteminin imkanları barədə məlumat qonaqlar tərəfindən maraqla qarşılanıb.

Xidmət rəisi DMX-də elektron sənəd dövriyyəsinin tətbiqinə və əldə edilən nəticələrə toxunub. Qanunsuz miqrasiyaya qarşı mübarizədən söhbət açılarkən bildirilib ki, 2015-ci ildən qeyri-leqal yollarla Avropaya miqrant kanalı təşkil etmək istəyən 10-a yaxın dəstə aşkarlanıb. Son dövrlər isə bununla bağlı daha ciddi işlər aparılır. Bu istiqamətdə aidiyyəti hüquq mühafizə və prokurorluq orqanları ilə birgə qanunsuz miqrasiya kanallarının qarşısının alınması üçün tədbirlər görülür.

Diqqətə çatdırılıb ki, miqrasiya sahəsində maarifləndirmə, o cümlədən Xidmətə edilən müraciətlərin operativ cavablandırılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Dövlət Miqrasiya Xidməti müvafiq işləri davam etdirir. Ölkəmiz miqrasiya proseslərinin daha effektiv tənzimlənməsi üçün mümkün beynəlxalq alətlərdən istifadə edir, miqrasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla və xarici ölkələrin aidiyyəti qurumları ilə ikitərəfli və çoxtərəfli əsaslarla əməkdaşlıq həyata keçirir.

BMqT ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu deyən Xidmət rəisi baş direktor U.L.Sinqin 2015-ci ilin sentyabrında Azərbaycana uğurlu səfərinin buna təkan verdiyini vurğulayıb. Qurumun Azərbaycan nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirən F.Nəbiyev deyib ki, hazırda DMX ilə BMqT-nin ölkəmizdəki nümayəndəliyi bir neçə birgə layihə həyata keçirir. Xidmət BMqT ilə uğurlu əməkdaşlığı bundan sonra da inkişaf etdirəcək.

Görüşdə Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ) və bir sıra ölkələrlə icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında sazişlərin icrası istiqamətində görülən işlərdən söhbət açılıb. Readmissiya sazişi çərçivəsində Aİ-nin üzvü olan dövlətlərlə icra protokollarının razılaşdırılması və imzalanması işinin sürətləndirilməsinin vacibliyi qeyd edilib.

Xanım Laura Tomson görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirib, ölkəmizə səfərindən məmnunluğunu ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov da görüşdə iştirak edib.

Sonra qonaqlar Heydər Əliyev Muzeyini ziyarət edib, Xidmətdə yaradılmış tədris otağı ilə tanış olublar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib