Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN DÖVLƏT NEFT ŞİRKƏTİNİN BİRİNCİ VİTSE-PREZİDENTİ XOŞBƏXT YUSİFZADƏNİN ÇIXIŞI

- Hörmətli Prezident, bir şeyi demək istərdim ki, Azərbaycan Dövlət Neft Şirkətinin özünü özü ilə müqayisə etsək, 10-20 il bundan qabaq, yaxud ondan da əvvəl, doğrudan da, çox dəyişikliklər olubdur. Axır vaxtlar görülən işlərin sırasında deyə bilərəm ki, indi “Azəri-Çıraq” yatağında quyulardan çıxan suyu təzədən laylara vurmaq qərara alınmışdır. Biz bununla, necə deyərlər, bir güllə ilə iki dovşan vururuq. Həm lay sularından azad oluruq, həm də lay təzyiqi saxlanılır. Orada lay suyunun dəniz suyu ilə fərqi ondadır ki, onun yuma imkanı daha çoxdur. Orada laylarda neftin artırılması daha çoxdur.

Biz bu yaxınlarda iki müştərək müəssisə düzəltmişik. Biri Binəqədidədir. Hörmətli Prezident, onu bilirsiniz, iki ildir Binəqədidə çox torpaqlar təmizləndi. İndi özümüz orada bir müəssisə yaratmışıq, 90 nəfər işləyir. Balaxanıda, başqa neft rayonlarında da çirklənmiş torpaqları təmizləyirlər. Bu ilin martında əsasən neftayırma zavodlarında suları təmizləməkdən ötrü yeni bir müştərək müəssisə yaratmışıq. Bu istiqamətdə işlər görülür.

Siz Bibiheybəti dediniz. Siz də getmişdiniz, “Azfen”in o sahəsini görəndən sonra, hesab edirəm ki, işləmək olar.

İLHAM ƏLİYEV: Əlbəttə, görmüşəm ki, oranı necə abadlaşdırıblar.

XOŞBƏXT YUSİFZADƏ: Biz həmişə fikirləşirdik ki, o yerləri necə abadlaşdırmaq olar. “Azfen” elə abadlaşdırıb ki, fontan armaturları da rənglənibdir. Amerikada gördüyüm kimi, asfaltın içində rəngli-rəngli quyular qalır.

Hörmətli Prezident, mən çox sevinirəm, Sizə çox sağ olun deyirəm ki, bu məsələyə doğrudan da çox ciddi yanaşırsınız. Siz Balaxanı barədə dediniz, mən bir dəfə oradan keçib Pirşağıya getdim. Oraları görəndə, necə deyərlər, çiyrəndim. Mədənlərin içində o qədər çirkab gördüm ki. Orada olan tikililər də müsibətdir, kim necə istəyir tikir, necə istəyir düzəldir. Bütün bunlar, doğrudan da, kompleks həll olunmalı işlərdir. Mədənlərin özünə də baxmaq, bəlkə bəzi hissələri saxlamaq lazımdır. Digər məsələlərə də ayrıca baxmaq lazımdır.

Diqqətinizə görə çox sağ olun.

X X X

İLHAM ƏLİYEV: Elə ona görə istədim, biz bunlara bu gün kompleks şəkildə baxaq ki, bütün düzgün qərarları qəbul edək. Bütün bu işlərə gərək, necə deyərlər, mütərəqqi nöqteyi-nəzərdən yanaşaq. Hansı məsələ həll olunmalıdır, bunun yolu nədir, hansı qərarlar verilməlidir.

İndi Neft Şirkətinin imkanları artır. Əlbəttə, bir neçə il bundan əvvəl, misal üçün, mən Neft Şirkətinə heç deməzdim ki, gəlin pul qoyun, bu yerləri təmizləyin. Amma siz o sahəni dediniz, mən orada olmuşam. Xarici şirkətlər tərəfindən 30 milyon dollar xərclənibdir. Düzdür, təkcə təmizlənməyə yox, orada böyük tikinti aparılır. Eynilə həmin Bibiheybətin ərazisinin içində. Deməli, bunu etmək hesab edirəm ki, mümkündür. Azərbaycan Dövlət Neft Şirkəti indi beynəlxalq şirkətlərin səviyyəsinə çıxmalıdır. Gələcəkdə ola bilsin ki, Azərbaycan Dövlət Neft Şirkəti başqa ölkələrdə işləyə, vəsait, sərmayə qoya bilər.

Bilirsiniz ki, beynəlxalq normalar da çox ciddidir. Ekoloji məsələlər birinci yerdə durur. Budur, müasir yanaşma. Biz də buna getməliyik. İndi işlər belə gedir ki, imkanlarımız var, Neft Şirkətinin öz imkanları artır, dövlətin imkanları artır, Neft Fondunun imkanları artır. Biz, diqqətimizi, ilk növbədə, gərək bu məsələlərə yönəldək.

Mədənlərdə olan bəzi xoşagəlməz vəziyyətə gəldikdə, mən də onları görmüşəm. Mədənin içində binalar, evlər tikilir. Axı, orada yaşayanlar öz sağlamlığını zərbə altında qoyurlar. Mədənin içində yaşayan, faktik olaraq, zəhərlənir. Hər gün ciddi təftiş aparılmalıdır, orada onlara ev tikməyə kim icazə verib? O evləri orada necə tikiblər?

Mən bu yaxınlarda Goradil qəsəbəsinə getmişdim. Orada Müdafiə Nazirliyinin istirahət zonasının açılışında iştirak edirdim. Bütün bölgədən, mədənlərdən keçdim. Dəhşətli bir mənzərədir. Yaxud da biz Zabrat yolunu gedəndə, mədənlər düz yolun üstündədir, o tərəfdə insanlar yaşayır, bu tərəfdə neft hasil edilir. Baxın, siz qeyd etdiniz. Mən başa düşdüm, nəyi nəzərdə tutursunuz. Baxın, bəlkə biz bəzi köhnə mədənləri artıq bağlayaq. Gəlin hesablayaq, onların səmərəliliyi nədir, gəliri nədir? Şəhərin ərazisində onları işlətməyə dəyərmi?

Biz indi gələcəyə gedirik. Yenə də deyirəm, ölkəmizin hər bir sahəsi yeniləşir, müasirləşir. Belə olan halda, təmizlik, abadlıq, quruculuq, ekologiya məsələlərinə böyük diqqət göstərməliyik.

Bəlkə daha kiminsə sözü, təklifi var.

NATİQ ƏLİYEV (sənaye və energetika naziri): Cənab Prezident, yəqin Xoşbəxt müəllimin də yadındadır, o vaxt, hələ sovet dövründə böyük bir plan qoyulmuşdu, rentabelliyi olmayan quyuların hamısı silinsin, ləğv olunsun. Silinmə prosesinin özü də çox mürəkkəb idi, yəni biz silinməyə bir neçə yüz quyu verirdik. Onun da mürəkkəb prosesi var. Bunu bir az yüngülləşdirmək lazımdır. Oradan çoxlu kommunikasiyalar keçir, bu gün onlar lazımsızdır. Vaxtilə oradan bir neçə məqsəd üçün bir-birinin üstündən boru xətləri, elektrik xətləri çəkilmişdir. Hesab edirəm, bunları da aradan götürmək lazımdır. Bu, ikinci məsələdir.

Xoşbəxt müəllim dedi, üçüncü məsələ ondan ibarətdir ki, neftlə çirklənmiş torpaqları təmizləmək işinə başlanılıb və müəssisə yaradılıbdır. Təklif edərdim ki, Bakı Şəhəri İcra Hakimiyyəti yanında xüsusi bir şirkət, yaxud fond yaradılsın və yığılan bütün cərimələr və ayrılacaq vəsait orada toplansın və bütün işlər mərkəzləşdirilmiş qaydada görülsün. Çünki pərakəndəlik olacaqsa, bu, heç bir səmərə verməyəcəkdir.

Mən hesab edirəm, böyük təbliğat işi aparmaq lazımdır. Biz Bakıətrafı qəsəbələrə baxırıq, çox gözəl evlər tikilir. Ancaq zibilləri oraya atırlar. Bir tərəfdən gözəl hasardır, amma gördüyünüz, bildiyiniz kimi, ətraf zibillikdir. Məsuliyyəti artırmaq lazımdır. Əgər Bakı şəhərində mağaza, ofis, restoran varsa, onlara bir sahə verməliyik. Qoy onlar məsuliyyət daşısınlar. Xaricdə Siz çox olmusunuz, hamı olub, görmüşük, səhər saat 6-da hər kəs durub öz mağazalarını təmizləməyə başlayır. Təkcə öz mağazalarının şüşələrini deyil, ətraf sahəni də təmizləyirlər. Ona görə ki, onları məcbur edirlər. Bəlkə bizdə də bu cür məsuliyyəti artırmaq lazımdır.

İstərdik bizə vaxt verəsiniz, bu fikirlərin hamısını cəmləşdirək və Sizə təqdim edək. Sağ olun.

X X X

Prezident İlham Əliyev müşavirəyə yekun vurdu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb