Azərbaycan Dövlət Pantomima Teatrının noyabr repertuarı maraqlı tamaşalarla zəngindir
Bakı, 30 oktyabr (AZƏRTAC). Azərbaycan Dövlət Pantomima Teatrının noyabr repertuarı maraqlı tamaşalarla zəngindir.
AZƏRTAC xəbər verir ki, noyabrın 2-də dahi Üzeyir Hacıbəylinin felyetonları əsasında “Dulusçu”, ayın 3-də B.Xanızadənin “No comment” tamaşaları nümayiş etdiriləcəkdir.
Teatrın kollektivi noyabrın 9-da A.Ryünoskenin “Kesa və Morito”, ayın 10-da Ç.Aytmatovun “Manqurt” tamaşalarını göstərəcəkdir.
Teatrsevərlər noyabrın 16-da N.Qəribovanın “Adsız”, ayın 17-də isə “Kitabi-Dədə Qorqud” əsasında hazırlanmış “Dəli Domrul” tamaşalarına baxa biləcəklər.
Noyabrın 23-də Z.Zeynalovun “Maska”, ayın 24-də Ç.Aytmatovun “Manqurt”, 30-da isə B.Xanızadənin “Zibillik pərvanələri” tamaşaları təqdim ediləcəkdir.
Pantomima Teatrının kollektivi noyabr repertuarında balaca tamaşaçıları da unutmamışdır. Ayın 10-da A.Şaiqin “Tıq-tıq”, 24-də A.Eqzüperinin “Balaca şahzadə” əsərləri nümayiş etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [11:23]
“Vətənimdir Azərbaycan!” layihəsi Şamaxıda
- 19.06.2026 [10:42]
Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani
- 19.06.2026 [09:00]
Bu gün Xalq artisti Ağababa Bünyadzadənin anadan olmasından 111 il ötür
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]