SİYASƏT
AZƏRBAYCAN DÖVLƏT TELEQRAF AGENTLİYİ - AZƏRTAC İLƏ ANADOLU AGENTLİYİ ARASINDA ƏMƏKDAŞLIĞA DAİR MÜQAVİLƏ İMZALANMIŞDIR
Aprelin 15-də İstanbulun tarixi Çırağan sarayında Azərbaycan Dövlət Teleqraf Agentliyi – AZƏRTAC ilə Anadolu agentliyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.
Müqaviləni Azərbaycan tərəfindən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, Türkiyə tərəfindən Anadolu agentliyinin baş direktoru Hilmi Bengi imzalamışlar. Sənəddə tərəflərin bir-birinin informasiyalarından ödənişsiz istifadə etməsi, qarşılıqlı təcrübə mübadiləsi nəzərdə tutulmuşdur.
Müqavilə və imzalanma mərasimi Türkiyə mətbuatı və bu ölkədə olan xarici jurnalistlər tərəfindən şərh edilmişdir.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul