Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan dövlətinin ana dili dərsləri və Akademiyanın vəzifələri

Azərbaycan dövlətinin ana dili dərsləri və Akademiyanın vəzifələri

Bakı, 9 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2026-cı il tarixdə yerli televiziya kanallarına verdiyi müsahibə ölkəmizdə geniş əks-səda doğurub. Müsahibədə müstəqil dövlətimizin beynəlxalq və regional miqyasda tutduğu mövqenin, apardığı məqsədyönlü siyasətin, qazandığı nailiyyətlərin real və geniş mənzərəsi canlandırılıb. Dövlətimizin rəhbərinin müsahibəsi müstəqil və müasir Azərbaycanın dünya miqyasındakı yerinin və mövqeyinin, ölkə başçımızın siyasi iradəsinin və strategiyasının dolğun və məzmunlu panoramıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycan dövlətinin ana dili dərsləri və Akademiyanın vəzifələri” başlıqlı məqaləsində yer alıb.

Həmin məqaləni təqdim edirik:

“Müsahibədən görünür ki, Prezident İlham Əliyevin gündəliyində sülh və təhlükəsizlik məsələləri xüsusi yer tutub. Cənab Prezident haqlı olaraq “Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq qələbəyə Vaşinqtonda siyasi müstəvidə, dünyanın bir nömrəli ofisində siyasi möhür vurulmasını, sülh müqaviləsinin müddəalarının paraflanmasını” müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri, bəlkə də birincisi hesab edib. Eyni zamanda, Prezident İlham Əliyevin iştirakı ilə Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə strateji tərəfdaşlıq xartiyasının hazırlanması üçün işçi qrupunun yaradılması, Zəngəzur dəhlizinin açılmasına real təminat alınmasına dair razılaşmaların əldə olunması da 2025-ci ilin ölkəmiz üçün əhəmiyyətli bir mərhələ olduğunu göstərir.

“Biz güclü olmalıyıq” tezisi dövlətimizin başçısının yerli televiziya kanallarına verdiyi müsahibənin ana xətlərini müəyyən edir. Bu baxımdan Prezident İlham Əliyevin müsahibəsindəki Çin Xalq Respublikası ilə Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması, D-8 Təşkilatının, Mərkəzi Asiya Məşvərət Şurasının tamhüquqlu üzvü seçilməyimiz, Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsinə dair Azərbaycan-Qazaxıstan və Özbəkistan arasında müqavilə imzalanması, Xankəndidə ECO-nun və Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün təşkil edilməsi 2025-ci ilin siyasi gündəminin əsas səhifələrini təşkil edir.

Prezident İlham Əliyev 2025-ci ilə yekun vurarkən daim xüsusi olaraq vurğuladığı “kim güclüdür o da haqlıdır” gerçəkliyindən çıxış edərək, siyasi prosesləri təhlil edib dəyərləndirib. Bu məqamda müsahibədə səsləndirilən dünya ölkələri ilə iqtisadi əməkdaşlıq, Türk Dövlətləri Təşkilatı ölkələri ilə hərbi əməkdaşlığın genişləndirilməsi, kibertəhlükəsizlik sahəsindəki yeni imkanlarımız 2025-ci ildəki böyük nailiyyətlərdir.

Ölkəmizin daxilində gedən proseslərin Azərbaycan cəmiyyətinə çatdırılması da dövlətimizin başçısının müsahibəsində xüsusi yer tutur. Bakı şəhərinin əhatə etdiyi ərazidə 2 500 kilometrlik yol çəkilməsi, yaxın illərdə 10 metro stansiyasının tikiləcəyi, Qarabağda və Şərqi Zəngəzurda uğurla həyata keçirilmiş sosial-iqtisadi layihələr, Zəngəzur dəhlizi sahəsində atılmış addımlar, Naxçıvanın Baş planının icra edilməsinə başlanılması və sair 2026-cı ilin də yüksək səviyyədə ölkəmizin inkişafına mühüm töhfələr verəcəyini proqnozlaşdırmağa imkan yaradır.

Qalib ölkənin Qalib Lideri olan Prezident İlham Əliyev islahatçı dövlət rəhbəridir. İlk dəfə Qarabağ bölgəsində tətbiq edilən xüsusi nümayəndəlik və Naxçıvan Muxtar Respublikasında tətbiq edilən səlahiyyətli nümayəndəlik institutları Prezident İlham Əliyevin Azərbaycanda dövlət idarəçiliyinə gətirdiyi yeniliklərdir. Azərbaycanın televiziya kanallarına verilmiş müsahibədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində irəli sürülən müddəalar yaxın gələcəkdə struktur islahatlarına dair yeni yanaşmaların baş verəcəyinin anonsu ola bilər.

Prezident İlham Əliyev öz müsahibəsində müasir cəmiyyətin inkişafındakı xüsusi rolunu və mühüm əhəmiyyətini nəzərə almaqla, dünya nizamı və ölkə reallıqları ilə birlikdə elm və təhsil məsələlərini bir daha ictimaiyyətin diqqət mərkəzinə çəkib. Prezidentin Azərbaycan cəmiyyətinə ünvanladığı aşağıdakı mətləblər elm və təhsil vasitəsilə yeni inkişafa nail olmağın siyasi düsturudur: “Mən bunu dəfələrlə demişəm, bir daha deyirəm, …inkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır, neftlə, qazla yox. Baxın, neftlə, qazla zəngin olan ölkələrin və inkişaf etmiş ölkələrin vəziyyətinə… Onların texnologiyaları haradan gəlir? Onların özləri onları idarə edir? Yox, o, beyin mərkəzlərindən, texnoloji mərkəzlərdən gəlir. O da nəyə bağlıdır? Təhsilə, elmə. Ona görə də biz bu istiqamətdə fəal işləməliyik… Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun. Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik”.

Bu baxımdan yanaşdıqda son vaxtlarda Elm və Təhsil Nazirliyinin xətti ilə tabeliklərində olan elmi-tədqiqat institutlarında optimallaşdırma üzrə aparılan islahatlar yeni tarixi şəraitdə elmin və təhsilin inkişafını təmin edə biləcək mühüm addımlar kimi qiymətləndirilə bilər. Eyni zamanda da Elm tarixi və Qafqazşünaslıq institutlarının fəaliyyətinə xitam verilməsi, ayrı-ayrı elmi-tədqiqat institutlarında lazımsız şöbələrin bağlanılması, müəyyən ixtisarların aparılması, yeni tarixi dövrün çağırışlarına xidmət edən struktur vahidlərinin yaradılması da Elm və Təhsil Nazirliyində aparılan islahatlarla bir-birini tamamlayan proseslərdir.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin müstəqil dövlətçilik və azərbaycançılıq təlimində ana dili – dövlət dili məsələsi həmişə xüsusi aktuallığa və əhəmiyyətə malik olub. Daha doğrusu, ana dili – dövlət dili siyasəti ölkəmizin azərbaycançılıq siyasətinin aparıcı istiqamətlərindən biridir. Hələ 2015-ci ildə Milli Elmlər Akademiyasının 70 illik yubileyində Prezident İlham Əliyev çıxış edərkən Azərbaycan dilinin saflığının qorunması və xarici kəlmələrdən yersiz istifadə edilməsinin qarşısının alınması haqqında problemlərin olmasına dair mülahizələrini geniş ictimaiyyətə çatdıraraq demişdi: “Bizim bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır... Bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu məni doğrudan da çox narahat edir... Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər dil bilsələr, o qədər yaxşıdır. Ancaq ilk növbədə öz ana dilini bilməlidirlər. Digər tərəfdən imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun. Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə olunur. Buna ehtiyac yoxdur”.

Milli Elmlər Akademiyasının 80 illik yubileyində də Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının, xarici təsirlərdən qorunub saxlanılması və daxili imkanlar hesabına zənginləşdirilməsinin dövlət siyasətinin əsas müddəalarından biri olduğunu bəyan edib, yad kəlmələrdən yersiz ifadəni sərt şəkildə “təxribat” adlandırıb. Dövlət başçımızın 5 yanvar 2026-cı il tarixdə yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan dilinin qorunub inkişaf etdirilməsi məsələsini yenidən gündəmə gətirməsi bu faktorun ölkənin və xalqın taleyində və təkamülündə nə qədər məsuliyyətli rol oynadığını bir daha nümayiş etdirir. Prezidentin yeni müsahibəsindəki Azərbaycan dili mövzusu Milli Elmlər Akademiyasının 80 illik yubileyində bu istiqamətdə irəli sürdüyü mülahizələrin daha da genişləndirilmiş, “çərçivələri daha da açılmış” və əsaslandırılmış davamıdır. Dil məsələlərinə ardıcıl münasibəti İlham Əliyevin müstəqil dövlətçilik və milli kimliklə bağlı olan Azərbaycan dili siyasətinin davamlı və dönməz olduğunu göstərir. Azərbaycan dilinə haqlı olaraq “dövlətin əsas atributlarından biri” kimi xüsusi əhəmiyyət verən Prezident İlham Əliyevin Azərbaycan dilinin statusuna, qüdrətinə, zənginliyinə və ahəngdarlığına verdiyi yüksək qiymət ana dilimizi nə üçün qoruyub saxlamağın ən mükəmməl cavabıdır: “Dil dövlətin əsas atributlarından biridir, bəlkə də birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə... Dil o amildir ki, milləti millət edir... Bizim dilimiz böyük xalqın dilidir, bunu heç vaxt unutmamalıyıq və bizim dilimiz heç bir millətin kölgəsində ola bilməz”.

Prezident İlham Əliyev geniş mənada dünya azərbaycanlılarının milli kimlik möhürü və pasportu olan ana dilimizin – dövlət dilimizin qorunub saxlanılmasını hər bir Azərbaycan vətəndaşının, yazıçı və şairin, jurnalistin, ziyalının, alimin məsuliyyətli və şərəfli borcu hesab edir. Dövlətimizin başçısı dili qorumağın Ana Vətəni, doğma torpağı, mənsub olduğu xalqı qoruyub saxlamağın ən mühüm vəzifələrindən biri olduğunu bəyan edir. Bu sahədə hər hansı bir məsuliyyətsizliyin törədə biləcəyi fəlakətin mahiyyətini açıb göstərməklə dərindən əsaslandırılmış şəkildə nəzərə çatdırır: “Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruyub saxlaya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bu gün bu dilimizi qorumayaq. Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr – onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir... Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş... Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamam uyğunlaşandan sonra, onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə də dilimizi qorumaq hər birimizin vəzifəsidir. Bunu mən əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm”.

Prezident İlham Əliyevin dövlət dilimiz haqqında böyük həyəcanla meydana qoyduğu aydın mövqe xalqımızın böyük mütəfəkkirlərinin bir neçə əsr ərzində uğrunda mübarizə apardıqları Ana dili mücadiləsinin yeni tarixi dövrdəki daha aydın və qətiyyətli nümunəsidir. Azərbaycanın yazıçı və şairlərinin ana dili uğrunda ədəbiyyat və mətbuat cəbhəsində apardıqları mübarizəni Prezident İlham Əliyev dövlət səviyyəsinə qaldırıb.

Ana dilinin qorunub saxlanılması, mövqeyinin möhkəmləndirilməsi, daxili imkanlar hesabına zənginləşdirilməsi yollarının və vasitələrinin elmi cəhətdən müəyyən edilməsi, xalqımıza çatdırılması Azərbaycan Milli Elmlər Akademiyasının, xüsusən də humanitar və ictimai elmlər üzrə elmi-tədqiqat institutları əməkdaşlarının müqəddəs borcu və vəzifəsidir. Azərbaycan dilinin qrammatik əsaslarının elmi şəkildə tədqiq edilib öyrənilməsi, yeni nəsillərə mənimsədilməsi son yüzilliyin ən mühüm nailiyyətlərindən biridir. Bununla belə, humanitaryönlü tədqiqatlarda, dilçilik araşdırmalarında elmi-nəzəri yanaşmalarla bərabər, ana dilinin müqəddəs sərvət kimi qorunub saxlanılması, zənginləşdirilməsi, yan təsirlərdən mühafizə olunması və daxili imkanlar hesabına inkişaf etdirilməsi üsullarının, vasitələrinin müəyyən edilib xalqa çatdırılması, lazım gələrsə, vətəndaş narahatlığını ifadə edən həyəcan təbilinin çalınması daha ayıq-sayıq olmaq sahəsində elmi müəssisələrin, alimlərin üzərinə daha məsuliyyətli vəzifələr qoyur. Azərbaycan elmi ana dilinə – dövlət dilinə münasibətdə alim zəhmətkeşliyi ilə bərabər, vətəndaş narahatlığını da ifadə etməyə borcludur. Çünki ana dili – ana Vətən və Ana torpaq deməkdir. Elm, təhsil və ədəbiyyat sahəsindəki xüsusi əhəmiyyətini nəzərə almaqla AMEA Azərbaycan Yazıçılar Birliyi ilə də Azərbaycan dili müzakirələri keçirməyi planlaşdırır. Alimlərimiz xaricdə Azərbaycan dili proqramlarında da yaxından iştirak etməlidirlər. AMEA Nəsimi adına Dilçilik İnstitutunda professor Mayıl Əsgərovun hazırladığı “Salam, Azərbaycan dili” proqramı və çap etdirdiyi eyniadlı dərs vəsaitləri bu cəhətdən faydalı ola biləcək hazır materiallardır.

Azərbaycan dilinin saflığının qorunması istiqamətində AMEA-da atılmış addımlar haqqında da bəzi məlumatları diqqətinizə çatdırmaq istəyirəm. Bu baxımdan ilk növbədə lüğətçilik haqqında bir neçə söz demək lazımdır. Bu sahədə Akademiyada davamlı və dayanıqlı ənənə vardır və həmin ənənə bu gün də davam etməkdədir.

Son illərdə ulu Öndər Heydər Əliyevin siyasi irsinin leksik tərkibinə dair çap edilmiş izahlı lüğəti yüksək qiymətə layiqdir. Azərbaycan Dilinin ikicildlik Frazeoloji lüğəti də çoxillik böyük zəhmətin nəticəsində meydana çıxmış mühüm xidmətdir. Hazırda Dilçilik İnstitutunda yeni Orfoqrafiya lüğəti tamamlanmaq üzrədir. Orfoepiya lüğəti üzərində isə iş davam etdirilir. Azərbaycan dilinin izahlı lüğətinə də ciddi ehtiyac var.

Məlum olduğu kimi, düzgün yazı və normal tələffüz nitq mədəniyyəti məsələsini ön mövqeyə çıxarır. Bunu nəzərə alaraq, AMEA Nəsimi adına Dilçilik İnstitutundakı “Müasir Azərbaycan dili” şöbəsinin bazasında “Müasir Azərbaycan dili və nitq mədəniyyəti” şöbəsinin yaradılmasını təklif edirik. Bu, hazırda müzakirə edilən ədəbi dil normalarına əməl edilməsi sahəsindəki mövcud başlıqların aradan qaldırılmasına elmi-əməli köməyin ifadəsi ola bilər. Fikrimcə, əvvəllər ali məktəblərin filologiya fakültələrində tədris edilən “Nitq mədəniyyəti” fənninin bərpa edilməsi də faydalı olar.

Hazırda terminoloji lüğətlərin rəqəmsallaşdırılması, Milli Terminologiya Korpusunun yaradılması, geniş istifadə üçün onlayn lüğətlərin yaradılması zərurəti meydana çıxıb. Dilçi alimlərimiz bu məsələlər ətrafında düşünüb-daşınmalı, əməli addımlar atmalıdırlar.

Fikrimcə, Nazirlər Kabinetinin nəzdindəki Terminologiya Komissiyasının tərkibinə də yenidən baxılması və fəaliyyətinin canlandırılmasının zamanı çatıb.

Prezident İlham Əliyevin 5 yanvar 2026-cı il tarixdə yerli televiziya kanalları qarşısında “Sizin üçün torpaq nədir” sualına cavab verərkən torpaq haqqında dediyi çoxmənalı ürək sözləri ölkə rəhbərimizin müstəqil dövlətçilik və azərbaycançılıq baxışlarının obrazlı və ümumiləşdirilmiş ifadəsindən ibarətdir: “Bilirsiniz, bizim hamımız üçün torpaq anlayışı, ilk növbədə itirilmiş torpaqlarla bağlı idi... Vətən müharibəsi dövründə torpaq mənim üçün hər azad edilmiş kəndin timsalında, necə deyərlər, ortalığa çıxırdı və hər bir şəhidin şəhid olduğu yer torpaq idi mənim üçün... Hər dəfə bayrağımız bir kəndə, bir şəhərə sancılanda mənim üçün Azərbaycan məhz o torpaq idi. Nə deyim, noyabrın 8-dən sonra nəzarətdə olmayan torpaq mənim üçün Azərbaycan idi. O torpağı qaytarmaq necə?... Amma mənim üçün torpaq o vaxt o idi, Azərbaycan o idi. Azərbaycan o idi, Xankəndi idi, Xocalı idi, o da artıq azad olundu.

İndi necə deyərlər, torpaq deyəndə, sözün düzü, mən daha çox torpağın keyfiyyətinə baxıram, harada daha münbit torpaq var, harada yaxşı əkin aparmaq olar. Qarabağa gedəndə baxıram, görürəm, orada qara torpaqdır. Deyirəm, nə gözəl məhsuldar torpaqdır. Artıq o torpaq anlayışı, yəni o zədəli, yaralı torpaq anlayışı yoxdur... Çünki artıq sülh dövrüdür, quruculuq dövrüdür. Biz bu dövrü yaşayırıq... Hər an torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kəsin tapdağı altına düşməyəcək. Bunun üçün güc var, xalqın birliyi var, güclü Azərbaycan dövləti var”.

Bu, müdrik və dərinmənalı sözlər Prezident İlham Əliyevin ölkəmizin televiziya kanallarına verdiyi müsahibənin möhtəşəm və ümumiləşdirilmiş yekunudur. Bu, Ana torpaq haqqında dövlət başçısı səviyyəsində verilmiş vətənpərvərlik dərsləridir. Bu qısa və lakin çox mənalı fikirlər – Ana torpaq haqqında manifestdir. Prezident İlham Əliyevin Ana torpaq sevgisi və torpağı qorumaq andı hər bir Azərbaycan vətəndaşı üçün nümunədir. Ana dilini qorumaq və inkişaf etdirmək də Ana torpaq fəlsəfəsinin üzvü tərkib hissəsidir.

Bu gün Azərbaycan elmi və Milli Elmlər Akademiyasının alimləri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elmi fikrin daha da inkişaf etdirilməsi, elmin ölkəmizin inkişafına daha çox xidmət etməsi, milli-mənəvi dəyərlərin dərindən mənimsənilməsi, yeni elmi nəsillərin hazırlanması yollarında dönmədən çalışaraq, özlərinin məsuliyyətli tədqiqatçılıq vəzifələrini və vətəndaşlıq borclarını yerinə yetirmək üçün səfərbərdirlər.

Prezident İlham Əliyevi AMEA-nın kollektivi adından əmin etmək istəyirəm ki, dövlət başçımızın AMEA-nın 80 illik yubileyindəki nitqində və Azərbaycanın yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirilən fikirlər, qarşıya qoyulmuş vəzifələr, irəli sürülmüş çağırışlar alimlərimiz, elmi-tədqiqat müəssisələrimiz tərəfindən dönmədən həyata keçiriləcək. Ana dilini qoruyub inkişaf etdirmək hər bir vətəndaşın işi olsa da, hamıdan çox Azərbaycan alimlərinin borcu və vəzifəsidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yağışlı hava şəraiti sabah da davam edəcək

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – Dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb