Azərbaycan Dünya Xalq Rəqsləri Yarışmasında iştirak edir
İstanbul, 15 iyul, AZƏRTAC
İstanbulda Dünya Xalq Rəqsləri Yarışması keçirilir. Tədbirdə Azərbaycan “Səma” Rəqs Ansamblı tərəfindən təmsil edilir.
AZƏRTAC xəbər verir ki, dünyanın 37 ölkəsindən 2 mindən çox rəqqası bir araya gətirən tədbirin qala gecəsi İstanbulun Cemil Topuzlu Harbiye Açıq Hava Teatrında keçirilib.
Mədəniyyətin, dostluğun və qardaşlığın eyni səhnədə nümayiş olunduğu konsertdə müxtəlif xalqların adət-ənənələri və ortaq dəyərlər xalq oyunlarının dili ilə tamaşaçılara təqdim edilib.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul