Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan ictimai-siyasi, mədəni-mənəvi reallıqları və Elçin yaradıcılığı

Azərbaycan ictimai-siyasi, mədəni-mənəvi reallıqları və Elçin yaradıcılığı

Bakı, 13 may, AZƏRTAC

Elçin yaradıcılığı ilə tanışlığımın yaşı dörd onilliyin o yanından boylanır. Ədəbi cəbhə yönündə irəliləyişı az qala gözlərim önündə baş vermişdir. Sənətkar hər il demək olar ki, bədii məqsədə tuşlanan nəzəri düşüncələrini ovxarlaya-ovxarlaya oxucularla hər yeni görüşündə qələmi ilə özünün fərqli təfəkkür sahibi olduğunu sübut etməkdədir. Elçin yaradıcılığı bu gün elə bir kamil səviyyəyə yetişmişdir ki, o, özünü nəinki ünlü yazıçı-nasir, həm də orijinal dramaturq, avtobioqrafizm janrında öz fərdi möhürünü qoymağı bacaran esseist, ssenarist, ədəbiyyatşünas-tənqidçi kimi təsdiq etmişdir. Oxucular Elçini orijinal bədii yaradıcılıqla yanaşı, praqmatik çaplı məqalələr müəllifi kimi də yaxşı tanıyırlar. Ədəbi tənqid sahəsində çalışanlar, ədəbiyyatşünaslar onun yazdıqlarını nəzərdən keçirdikcə əsərləri ilə bağlı mübahisələr edir, mühakimələr irəli sürür, polemik nəzər nöqtələri sərgiləyirlər.

Bu fikirlər professor, ədəbiyyatşünas-tənqidçi Nizami Tağısoyun Xalq yazıçısı Elçinin 80 illik yubileyi münasibətilə AZƏRTAC-a təqdim etdiyi “Azərbaycan ictimai-siyasi, mədəni-mənəvi reallıqları və Elçin yaradıcılığı” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.

Elçin hələ əvvəllər XX əsrin 80-ci illərində proletar ideologiyasının kəshakəsində “Против провинциализма в литературе” (“Ədəbiyyatda əyalətçiliyə qarşı”) məqaləsində qoyduğu problemlərlə sovet tənqidinin nəzərini yetərincə cəlb etməyi bacarmışdı. Eyni zamanda onun tənqid sahəsində əvvəl yazdıqlarına baxmayıb, söylədiklərinə diqqət yetirməsək belə, XXI əsrdə qələmə aldığı həcmcə kiçik, mahiyyət etibarı ilə dəyərli “Sosrealizm bizə nə verdi?”, “Aqoniya”, yoxsa təkamül?” kimi sanballı monoqrafik tədqiqatlarında tarixi dövrə, ədəbiyyatın və ədəbiyyatşünaslığın problemlərinə sırf fərdi baxış bucağından yanaşdığının şahidi oluruq. Bu yaxınlarda Türkiyəli doktor, professor Salim Conoğlunun oxuduğum belə bir fikri ilə razılaşırıq ki, Elçin modern Azərbaycan ədəbiyyatının yaşayan ən böyük ustadlarından biri olmaqla onu ədəbiyyat məsələlərinin incələnməsi, roman və hekayə janrının ünlü nümayəndəsi kimi dəyərləndırmək daha zəruridir. Elçinin mövzu və obrazları, qəhrəman və personajları, epik, dramatik və perifrastik sənət dünyasının ifadə imkanları o qədər rəngarəngdir ki, o, daim öz kosmosunda, öz qravitasiyasında, öz gəmisinin göyərtəsində oturub, kürrəyi-ərzi dolaşmaqla dünyanı fərdi baxış bucağından seyr edib orada gördüklərini ictimaiyyət və tənqidçilərlə bölüşməkdədir.

Elçin yaradıcılığının nə qədər orijinal olduğunu onun digər əsərləri ilə yanaşı, “Baş” romanının mətninə, infrastrukturında yer almış qəhrəmanların, obrazların və personajların, struktur-kompozisiyasının, ideya-məzmun özəlliyinin, Azərbaycan xalqının tarixi keçmişi, ictimai-sosial, siyasi-kulturoloji, etnik-tarixi, mədəni-mənəvi həyatı ilə birbaşa bağlı olan məqamları, realist, postrealist, modernist və postmodernist, yanaşmalarının Elçinsayağı bədii tryüklərini bilmədən natamam görünərdi.

Elçinin bədii yaradıcılıq axtarışları XX əsrin 60-cı illərinin lap əvvəllərinə təsadüf etsə də, qısa zaman kəsiyində o, ədəbiyyat cəbhəsində imzası daha tez-tez görünən yazıçılardan olmuş, digər tanınmış bədii-poetik təfəkkür sahibləri R.Rza, B.Vahabzadə, N.Xəzri, Anar, İ.Hüseynov, S.Əhmədli, İ.Məlikzadə, İ.Əfəndiyev, X.R.Ulutürk, M.Araz və başqaları kimi 60-cılar ədəbiyyatının yadda qalacaq simalarından birinə çevrilmişdir. Ədibin “Mahmud və Məryəm”, “Bülbülün nağılı”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Dəlixanadan dəli qaçıb”, “Baladadaşın ilk məhəbbəti”, “Dolça”, “Bayraqdar”, “İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti”, “Qarabağ şikəstəsi”, “Canavarlığın anatomiyası”, 10 cildlik “Seçilmiş əsərləri”, tamamilə yeni nəşr olunmuş “Salyerinin son günü” və s. kimi yaratdığı nümunələr geniş auditoriyalara yayılaraq Azərbaycan, sovetlər birliyi, Avropa və dünya xalqlarının oxucu ictimaiyyətinə çatdırılmış, rəğbətlə qarşılanmışdır.

1970-ci illərdən Elçin dramaturgiyada özünəməxsus yeniləşmələr etməyə çalışsa da, 90-cı illərdən bu proses daha intensiv xarakter almışdır. “Ah, Paris, Paris!..”, “Mənim sevimli dəlim”, “Diaqnoz D” (“Mənim ərim dəlidir”) triptixi kimi maraqlı əsərləri ilə o, daha çox gündəmi zəbt edirdi. Elçinin dram əsərləri özünün fərqli dramaturji gedişi, orijinal mövzuları, qeyri-adi süjet xətləri və situasiyaları, yeni obrazlar qalereyası ilə tez-tez diqqət mərkəzinə düşürdü.

“Qatil”, “Teleskop”, “Cəhənnəm sakinləri”, “Şekspir” və s. kimi dram nümunələri tamaşaçını yetərincə duyğulandıran əsərlərdəndir. Təsadüfi deyildir ki, Elçinin dram əsərləri müxtəlif janr formalarını özündə çevrələmək baxımından da diqqətəlayiqdır: komediya, tragikomediya, kədərli komediya, xronika, həyat xronikası, məhəbbət dastanı (“Mahmud və Məryəm”), faciə, absurd, improvizasiya və s. kimi maraqlı dramaturji janrlardakı bu dram əsərlərinin əksəriyyəti Azərbaycanın müxtəlif teatrlarında müxtəlif illərdə tamaşaya qoyulmuşdur.

Elçin barədə söz açdıqda onun elmi-nəzəri yaradıcılığı da bəhs etdiyimiz bu çeşidli təfəkkür sahibinin fəaliyyətinin xüsusi tərkib hissəsi kimi maraqlıdır: “Tənqid və ədəbiyyatşünaslığın problemləri”, “Klassiklər və müasirlər”, “Ədəbiyyatımızın yaradıcılıq problemləri”, “Tənqid və nəsr”, “Ədəbi düşüncələr”, “Azərbaycan ədəbi tənqidinin və ədəbi prosesinin problemləri”. “Klassik aşıq poeziyasında dünya obrazı”, “Nəriman Nərimanov: şəxsiyyəti və fəaliyyəti”, “Şəxsiyyət və istedad (Cəfər Cabbarlı)”, “Cəfər Cabbarlı”, “Sosrealizm bizə nə verdi”, XIX əsr ədəbiyyatına fərdi baxış sərgiləyən “Aqoniya”, yoxsa təkamül?” və s. kimi monoqrafik araşdırmaları və məqalələri, Moskva jurnallarında və müxtəlif dərgilərdə dərc edilmiş ədəbiyyat problemləri ilə bağlı düşüncələri Elçini orijinal və novator ədəbiyyatşünaslar sırasına qoymuşdur.

Elçin bir sənətkar olaraq cəmiyyətdə baş verən proseslərə son dərəcə diqqətlə nəzər salmaqla konkret tarixi dövr üçün hansı problemlərin qabardılmasını, onların diqqət mərkəzinə çəkilməsini özünün bədii prioritetinə çevirir. Çünki o, birbaşa daxilində yaşadığı cəmiyyətin tarixi, mənəvi, siyasi, ictimai problemlərindən qaynaq alıb, özünün bədii əsərlərini həmin cəmiyyətə çatdırmağı sənətkarlıq və vətəndaşlıq borcu hesab edir. Fikrimizcə, digər çoxsaylı əsərlərində (məsələn, “Dəlixanadan dəli qaçıb”, “Mənim ərim dəlidir?”, “Ah, Paris, Paris!..”, “Cəhənnəm sakinləri” və s.), olduğu kimi “Qarabağ şikəstəsi”, “Canavarlığın anatomiyası”, “Baş” və s. bu qəbildən olan nəsr nümunələrində; ədəbi tənqidin ən aktual məsələlərini çevrələyən “Sosrealizm bizə nə verdi?”, “Aqoniya”, yoxsa təkamül?” və s. məhz Elçinin sosial-ictimai və mədəni-mənəvi məsələlərə sayıqbaşlı sənətkar baxışının özünəməxsus konturlarını çevrələməkdədir.

Elçin bədii nəsr, dramaturgiya, absurd teatr və ədəbi tənqid janrlarında son dərəcə produktiv işləyən təfəkkür sahiblərindəndir. Adlarını çəkdiyimiz sənət sahələrində Elçin nə qədər bənzərsiz nümunələr yaratsa da, onun “partiturasının” çoxsəsli “orkestrində” 2015-ci ildə oxuculara və tədqiqatçılara təqdim etdiyi “Baş” romanının mövqeyi tamamilə fərqlidir. Elçin yeni bədii nəsr nümunəsi yaradarkən heç də burada “partituranı” sadəcə olaraq əlləri ilə hərəkət edən dirijor kimi yox, eyni zamanda dispetçer kimi beynində öz “simfoniyanın” bütün mürəkkəb sxemini hər bir anda doğru-düzgün təcəssüm etdirməyi bacaran yaradıcı şəxsiyyətdir. “Baş” romanı nəşr olunduqdan sonra əsərin “tənqid təsərrüfatımızda “oxunuşu”, “təfsiri” sahəsində xeyli fərqli yönlü araşdırmalar aparıldı. Məqalə və materiallar, tədqiqat işləri və monoqrafiyalar işıq üzü gördü. Mübahisələr yarandı, bəzən bir-birini təkzib edən, bir-birinə zidd baxışlar ortaya gəldi. Televiziya kanallarında, media müstəvisində materiallar bir-birini əvəzlədi. N.Cəfərov “Tarixin müasirliyi və ya “Baş”ın metafizikasından “O”nun” apokalipsisinə”, V.Yusifli “Ədəbi hadisə. İsti-isti. Elçinin “Baş” romanı haqqında”, N.Şəmsizadə “Baş”ın səyahəti. Xalq yazıçısı Elçinə ədəbi məktub”, Ə.Cahangir “Baş”lanğıc. Birinci hissə. “Baş” romanında reallıq və metafizika - məsələsi və onun “On üçüncü gecə. Xalq yazıçısı Elçin haqqında məqalələri və yenə də onun “Baş”lanğıc. II hissə. Elçinin “Baş” romanında tarix və metafizika məsələsi (Cahangir Ə. Bakı, “Təhsil”, 2016, 160 s.), V.Nəsib. “Baş qeyrət romanımız - “Baş”, yazıçı Qanturalının Cavanşir Yusifli ilə Elçinin “Baş” romanı haqqında söhbəti”, T.Əlişanoğlunun “Tarixi janrın həqiqətləri. 2015-ci ilin tarixi romanları materialında Elçinin “Baş” və S.Rüstəmxanlının “Şair və şər” romanlarına baxış, T.Vəlixanlının “Azərbaycan tarixi məsələləri ən yeni Azərbaycan nəsrində” və bu sətirlərin müəllifinin 15-dən artıq çeşidli problematikalı məqalələri və əsərin tənqidi oxunuşuna həsr etdiyi “Elçinin “Baş” romanı struktur-funksional təhlil müstəvisində” (Tağısoy N. Elçinin “Baş” romanı struktur-funksional təhlil müstəvisində. Bakı, “Təhsil”, 2017, 272 s.) mövzulu polemik monoqrafiyası nəşr olundu. Bütün qeyd edilənlərə baxmayaraq, hesab edirik ki, Elçinin “Baş” romanı hələ də sona qədər gərək ola biləcək müstəvidə təhlil süzgəcindən keçirilməmişdir. Odur ki, onun digər müstəvilərdə oxunuşu indən sonra da davam etdirlilməlidir.

Elçin yaradıcılığını bir qədər dərinləşdirilmiş aspektdə təhlilə cəlb edərkən “müəllif - mətn - oxucu” triadasını nəzərdən keçirməyə ehtiyac duyulur. Burada biz bir qədər mahiyyətə vararaq onu da söyləməyi vacib hesab edirik ki, bədii mətn yaradıldığı zaman oxucunun kongeniallığı (Kongeniallıq latın dilində olan “con (cum) - birgəlik, eyni vaxtda və genius - ruh” mənasına gəlir. Kongenial ideya istiqaməti, üslub və fikir obrazları ilə uyğunluq deməkdir) fikri heç də bütün hallarda müəllif təfəkküründə yer almır. Bununla belə, bu, oxucu üçün mətnin özünün dil xüsusiyyətləri ilə lap başlanğıcdan ortada dayanır. Bunları söylədikdə böyük amerikan şairi Uolt Uitmenin dedikləri yadımıza düşür - “Dahi poeziya yalnız dahi oxucular olduğu zaman yarana bilər”. Etiraf edilməlidir ki, Elçin nəsri düşündürücü yaradıcılıqdır. Onun əsərlərinin təhlilinə yanaşarkən nəzəri instrumentarilər bolluğundan təyinatına görə istifadə etməyi bacarmaq lazımdır.

Elçinin “Baş” romanının bədii əsər olaraq hansı prinsiplər və yaradıcılıq metodu ilə yazılmasına da birmənalı cavab vermək mümkün deyildir. Çünki burada əsərin baş qəhrəmanı knyaz Sisianov bir tərəfdən mücərrədlik “çəkisizlik” və “şəffaflıq” şəraitində təqdim olunursa, belə olduqda bu romanı mücərrəd idealist roman tipi kimi dəyərləndirmək olar. Lakin burada digər mövqedən Elçinin nəinki Pavel Sisianovun, həm də başqa personajlarının hərəkət və davranışlarına baxsaq, onların əksəriyyətində psixoloji halların, psixologizmlərlə dolu davranışların şahidi oluruq ki, belə olduqda əsərdə qəhrəman və obrazların dünyaya fərqli baxışının şahidi olarıq. Deməli, belə olduqda “Baş”ı psixoloji roman tipi kimi səciyyələndirə bilərik. Yaxud elə ekstremal məqamlarla da görüşürük ki, romanda obrazların davranışları əsərdə müəllifin alt semiotik işarələri onu digər roman formalarından və növündən qoparıb tərbiyəvi roman janrına yuvarlandırdığını görərik.

Elçinin iti müşahidəli sənətkar kimi ədəbiyyatımız qarşısında xidməti ondadır ki, o, müasir dövrdə yeni roman texnologiyaları formalarının və tiplərinin yaranmasından yaxşı xəbərdar olduğunu sübut etməkdədir. Çünki qənaətlərimizə görə Elçin Qabriel Qarsia Markes, Milorad Paviç, Frans Kafka, Ümberto Eko, Cozef Xeller, Filip Dik, Kurt Vonnequt, Orxan Pamuk, Əlif Şəfəq, Murat Munqan, Xaruki Murakami və onlarca başqalarının yaradıcılığı ilə bağlı müvafiq təsəvvürlərə malik olduğunu yaradıcı təfəkkürü ilə sübut etməkdədir. Fikrimizcə, Elçin dünya ədəbiyyatında roman janrında baş verən avanqard istiqamətlərin mahiyyətini, postmodernizmdəki qeyri-müəyyənliyi, fraqmentarlığı, ironiyanı, “dekonstruksiyaya” uğradılmış, hibridləşdirilmiş obrazların bədii yaradıcılıqda hansı rol oynamağı ilə bağlı geniş təsəvvürlərə malik olduğunu da ortaya qoymaqdadır. Postmodernizmdə məlum olan dekonstruksiya simulyakr işarələrin getdikcə daha da güclənərək müasir roman texnologiyalarında “vakuumu” inamla doldurduğunu da yaxşı bildiyindən xəbərdarıq. Odur ki, “Baş” romanın xeyli xüsusiyyətlərinə nəzər salarkən biz burada müəllifin sırf fərdi dekonstruksiya imkanlarından yararlandığını da yaxşı görürük. Elçinin bu romanda ən çeşidli diskurslardan (təbliğati, məişət, tarixi, elmi və s.) istifadə etdiyini də sezirik ki, yaradılan bu mətn məhz Elçinin bədii düşüncəsinin məhsulu olaraq ortaya gəlir. Yeri gəlmişkən qeyd edək ki, postmodernizmin verbal paradiqmasında çoxmənalı anlayışlar strukturalistlər tərəfindən dövriyyəyə buraxılmaqla nitq təşkilinin spesifik üsulu, yaxud spesifik qaydası kimi qəbul edilir. Konkret söz mətninin postklassik düşüncə məkanına məxsus olduğu bildirilir. Odur ki, bu gün roman janrının öz klassik janr formalarından qopub, xeyli dərəcədə deformasiyaya uğradığını da qəbul etməyə ehtiyac duyulmaqdadır.

Elçin “Baş” romanında elə bir özünəməxsus fərdi bədii gedişlər etmişdir ki, biz onların bütün roman mətninin alt qatına enərək əsərin süjet konstruksiyası, süjetin bədii forma kateqoriyası, süjetdənkənar elementlər, tarixi fon və bədii təxəyyül, portret xarakteristikası, Sisianovun prototipi, personajlar sistemi, xarakterlərin psixologiyası, xronotopun süjetyaradıcı element kimi əsərin mətnində yeri, “Baş” romanının poetikasında postmodernist estetika, postrealist və postmodernist xətlər və gedişlər, romandakı mistik-idillik təsvirlər, Elçinin Sisianovun obrazını ikiləşmə və bütövləşmə kontekstində təqdim etməsi bəhs etdiyimiz romanın nəinki Elçin yaradıcılığının Azərbaycan da və türk bədii məkanında, həm də daha geniş çevrədə götürsək, dünya romançılığında nəzərə çarpacaq ədəbi hadisə olduğuna əsaslar yaratmaqdadır.

Xalq yazıçısı Elçin çoxsaylı fundamental nəsr əsərləri, xüsusilə “Baş” romanı ilə Azərbaycan ədəbiyyatı tarixində, yeni paradiqmalı, yeni strukturlu və yeni məzmunlu roman yaratması ilə janra fərdi baxış bucağından yanaşmaqla öz möhürünü vurmuşdur. 80 yaşını tamam edən Elçin bu gün yenə də əvvəlki kimi böyük həvəs və vüsətlə ədəbiyyatımızın və ədəbiyyatşünaslığımızın inkişafı naminə intensivliklə və şövqlə çalışmaqdadır. Ona bu gərəkli fəaliyyətində davamlı uğurlar arzulayırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Политолог: Мы на протяжении 30 лет ждали случая, когда сами сможем реализовать свои планы

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO