Azərbaycan idmançıları atletika yarışlarında daha iki medal qazanıblar
Bakı, 20 may, AZƏRTAC
Kişilər arasında T12 kateqoriyasında uzunluğa tullanma yarışında təmsilçilərimiz - Kamil Əliyev 7,10 metr nəticə ilə gümüş, Oleq Panyutin isə 6,78 metrlə bürünc medala sahib olublar.
AZƏRTAC xəbər verir ki, yarışın qızıl medalını 7,12 metr göstərici ilə Özbəkistan təmsilçisi Doniyor Salıyev qazanıb.