RƏSMİ XRONİKA
Azərbaycan ilə Fransanın “Total” şirkəti arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilmişdir
Paris, 17 sentyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Parisdə “Total” şirkətinin baş icraçı katibi Kristof de Marjeri ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə “Total” şirkəti arasında “Abşeron” və “Şahdəniz” yataqlarının işlənilməsində, boru kəmərləri layihələrinin həyata keçirilməsində əməkdaşlıq, eləcə də əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.