SİYASƏT
Azərbaycan ilə İran arasında teleradio yayımının təşkili məsələləri müzakirə edilib
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ilin aprelində İran İslam Respublikasına rəsmi səfəri zamanı Prezident Həsən Ruhani ilə informasiya, teleradio yayımı və mətbuat sahəsində ikitərəfli əlaqələrə dair razılaşdırılmış prinsiplər əsasında Azərbaycanla İran arasında televiziya və radio yayımının təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin dərin tarixi köklərə əsaslandığı bildirilən görüşdə əlaqələrimizin inkişafında qarşılıqlı informasiya mübadiləsinin xüsusi rol oynadığı vurğulanıb.
Söhbət zamanı əməkdaşlığın perspektivləri və həyata keçiriləcək birgə layihələr, xüsusilə hər iki ölkənin tarixi, mədəniyyəti ilə bağlı filmlərin hazırlanması məsələsi barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov da iştirak edib.