Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan islam dünyasının inkişaf mayakıdır

Azərbaycan islam dünyasının inkişaf mayakıdır

Bakı, 14 dekabr, AZƏRTAC

Avrasiya ərazisində heç bir ölkənin İsrail ilə Azərbaycan qədər sıx və səmimi münasibətləri yoxdur. Bu iki ölkənin münasibətləri ilk baxışda təəccüb doğurur, çünki Azərbaycan əhalisinin əksəriyyəti müsəlmanlardır. Bu sıx qarşılıqlı münasibətlər isə azərbaycanlılarla bu ölkədə firavan yaşayan yəhudilərin çoxdankı dostluğundan qaynaqlanır.

AZƏRTAC xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut bu barədə Amerikanın nüfuzlu “The Algemeiner” qəzetində yazıb.

Məqalə müəllifinin fikrincə, Azərbaycan İslam dünyasının inkişaf mayakı və iqtisadiyyatı yüksək sürətlə inkişaf edən, Qərb praqmatizminin Şərq qonaqpərvərliyi və ənənələri ilə sıx çulğalaşdığı unikal dünyəvi ölkədir. İsrailli ekspert yazır: “Azərbaycan bir çox dinlərin və xalqların nümayəndələrinin vətəni olub və indi də belədir. Qədim Azərbaycan torpağında yəhudilik və islam, atəşpərəstlik və xristianlıq yanaşı mövcud olub. Elə bu günün özündə bu torpaq tolerantlığa və dini dözümlülüyə misli görünməmiş cəhdlər göstərir. Bir sıra başqa xalqlardan fərqli olaraq, azərbaycanlılar yəhudilərə heç vaxt əcnəbi kimi baxmayıblar. Azərbaycan əsilli israilliləri iqtisadi və sıx siyasi qarşılıqlı əlaqələrin inkişafı, hətta Azərbaycanla İsrail arasında geosiyasi əməkdaşlıq bağlarının möhkəmlənməsi üçün əllərindən gələni edirlər”.

Arye Qutun fikrincə, Azərbaycanın yaxud dünyadakı yəhudi icmalarının hüdudlarından kənarda nisbətən az adam bilir ki, yəhudi icması Azərbaycan dövlətçiliyinin təşəkkülü və inkişafı tarixində mühüm rol oynayıb. O vurğulayır: “Məsələn, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri yəhudi - doktor Yevsey Gindes olub, yəhudi fraksiyalarının nümayəndələri Cümhuriyyətin parlamentində təmsil olunublar. Bundan əlavə, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 1918-1920-ci illərdə yəhudi icması “Kavkazskiy yevreyskiy byulleten” jurnalı, “Palestina” qəzeti, habelə “Molodyoj Siona” jurnalı nəşr edirdi. Həmçinin, sovet hakimiyyətinin mövcud olduğu bütün dövrdə yəhudilər Azərbaycanın elmi-intellektual, iqtisadi və siyasi həyatında mühüm rol oynayıblar”.

Arye Qut yazır ki, Sovet İttifaqının dağıldığı dövr Azərbaycanda dini və milli dözümlülük ənənələri üçün əsl sınaq oldu. O vurğulayır: “Həmin dövrdə ermənilər Azərbaycan ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağ ərazisini və yeddi ətraf rayonu işğal etdilər. Ermənilər tərəfindən işğal və amansız etnik təmizləmə nəticəsində 1 milyondan çox azərbaycanlı məcburi köçkün oldu. 1992-ci ildə Azərbaycanın Xocalı şəhərinin sakinlərinə qarşı dəhşətli kütləvi qırğın və soyqırımı aktı erməni vəhşiliyinin miqyası barədə real təsəvvür yaradır. Bu faciənin qəddar və amansız səhnələri Azərbaycanın qəlbində sağalmaz yara kimi əbədi qalacaq. Bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələr şəhəri və onun həndəvərini tərk etməyə macal tapmamış Xocalı sakinlərinin heç birinə rəhm etməyiblər. Xocalı şəhərinin mülki əhalisinin qəsdən və kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi bu idi ki, onların hamısı azərbaycanlılar idi. Xocalıda ağlasığmaz vəhşiliklə, barbarlıqla törədilmiş qanlı soyqırımı aktı XX əsrin sonlarında ən dəhşətli faciələrdən biri olub. Erməni silahlı dəstələrinin vəhşiliyi nəticəsində 613 nəfər qətlə yetirilib, 487 adam şikəst edilib, 1275 dinc sakin - qocalar, uşaqlar , qadınlar əsir götürülərək görünməmiş əzab-əziyyətlərə, təhqirlərə məruz qalıb. Bu faciə bütün bəşəriyyətə qarşı cinayətdir”.

İsrailli ekspertin fikrincə, Azərbaycan Respublikası ikili standartlardan əziyyət çəkməsinə və çox mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, bu gün Cənubi Qafqaz regionunun tanınmış lideri, eyni zamanda əsl sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir. O yazır: “Bu gün Azərbaycan Cənubi Qafqazın güclü və qüdrətli müstəqil dövlətidir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil və çoxvektorlu xarici siyasət həyata keçirir. Bu onu təsdiqləyir ki, İsrail Dövləti və onun xalqı Azərbaycana və Prezident İlham Əliyevə böyük ehtiram bəsləyir. İsrail Dövləti beynəlxalq aləmin mühüm, güclü və müstəqil aktoruna çevrilməkdə olan Azərbaycan iqtisadiyyatının möhtəşəm inkişafı istiqamətində ölkə rəhbərliyinin səylərini yüksək qiymətləndirir. Azərbaycan sübuta yetirib ki, regionun şəksiz lider dövlətidir. Onun iştirakı olmadan Cənubi Qafqazda heç bir geosiyasi və geoiqtisadi layihəni həyata keçirmək mümkün deyil”.

Məqalə müəllifi vurğulayır ki, Azərbaycan-İsrail münasibətləri müsbət, strateji tərəfdaşlıq xarakteri daşıyır. O yazır: “Azərbaycan-İsrail əməkdaşlığı və tərəfdaşlığı çiçəklənir, bu ölkələr arasında ticarət dövriyyəsi təqribən 4 milyard dollar təşkil edir. Əvvəllər bu dövriyyə neft və qaz sənayesində cəmləşsə də, hazırda qarşılıqlı münasibətlərin inkişafı iqtisadiyyatın digər sektorlarına şaxələnib. Qeyd edək ki, İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir. İsrailin Azərbaycan ilə daha sıx əməkdaşlığa can atmasının digər səbəbləri də var. Əvvələn, İsrail beynəlxalq birliyə ona dost münasibət bəsləyən dünyəvi müsəlman ölkələrinə loyallığını göstərmək istəyir. Azərbaycan energetika resurslarının etibarlı təchizatçısı kimi mühüm rol oynayır, o cümlədən İsrailin istehlak etdiyi neftin 40 faizini təmin edir. Azərbaycanın isə kənd təsərrüfatında, hərbi sənayedə, telekommunikasiyalar sahəsində İsrailin müasir yüksək texnologiyalarına ehtiyacı var və bu siyahını davam etdirmək olar”.

Arye Qut yazır ki, bu il dünyada Osvensimin azad edilməsinin 70 illiyi qeyd edilib. Ekspert nüfuzlu “The Algemeiner” qəzetində vurğulayır: “Mən ailəsi Ukraynada nasistlər tərəfindən məhv edilən sovet ordusunun zabiti Boris Stoyanovskinin nəvəsiyəm. Bu il də məhz həmin gündə Bakıda Holokost qurbanlarının beynəlxalq xatirə gününə həsr olunmuş konfransda iştirak etmişəm. Bu konfrans müsəlman əhalinin çoxluq təşkil etdiyi Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Bakı Slavyan Universitetinin dəstəyi ilə keçirilib. Konfransda azərbaycanlı dostlarım və həmkarlarım faşist rejiminin 6 milyon yəhudinin başına gətirdiyi dəhşətləri və onların soyqırımını pislədilər. Konfransda daxilən duydum ki, azərbaycanlılar yəhudi xalqının ağrı-acısını öz ağrı-acısı kimi qəbul edirlər. İsrail Dövlətinin vətəndaşı kimi bilirəm ki, Azərbaycan (burada heç vaxt antisemitizm olmayıb) rəhbərliyi multikulturalizmi və tolerantlığı ölkənin həyat tərzi sayır. Azərbaycanda yəhudilər və müsəlmanlar həmişə qardaş kimi dinc yanaşı yaşayıblar, onları ümumi tarix və tale bağlayır”.

Tarix heç vaxt İkinci Dünya müharibəsində Vermaxtın tərkibində 20 minlik erməni legionunun qəddarlığını unutmayacaq. Məqalə müəllifi yazır: “Millətçi sərkərdə Dronun (minlərlə yəhudinin öldürülməsində şəxsən iştirak edib) başçılıq etdiyi Erməni legionunun məqsədi talanlar törədilməsi, yəhudiləri və alman ordusu üçün “arzu edilməyən” digər şəxsləri məhv etmək olub. Bununla yanaşı, Erməni legionu həbs düşərgələrində ölüm marşları təşkil edib. Mərhum tarixçi Rövşən Mustafayevin “Ölüm tanqosu” kitabında erməni silahlı dəstələrinin yəhudi soyqırımında iştirakına aid çoxsaylı faktlar göstərilir. Məsələn, həmin “Dromedar” komandasının Qərbi Krımdakı əməliyyatı haqqında hesabatda 17645 yəhudinin Vermaxtın erməni qüvvələri tərəfindən məhv edildiyi bildirilir. Bu gün Ermənistanda Dro və Njdeyə geniş pərəstiş yaranıb. Onların şərəfinə xatirə sikkələri döyülür, bədii və sənədli filmlər çəkilir, Ermənistan paytaxtında isə Qaregin Njdenin adını daşıyan meydan var. Qeyd edək ki, pərəstiş hər hansı kənar siyasi qruplaşmaların gücü ilə həyata keçirilmir, bunun arxasında dövlət durur”.

İsrailli ekspertin fikrincə, ölkənin yəhudi icmasına qardaşcasına səmimi münasibət Azərbaycanda tolerantlığın parlaq nümunəsidir. Məqalə müəllifi vurğulayır: “Bu gün məşhur Qırmızı Qəsəbədə təxminən 5000 yəhudi yaşayır. Qəsəbədə 3 məktəb və 3 sinaqoq fəaliyyət göstərir. Bu faktlarla fəxr etməyə dəyər. İvrit dilinin öyrədilməsi, yəhudi maddi mədəniyyətinə aid artefaktlar və əşyalar, Azərbaycan xalçalarının zəngin naxışları, müxtəlif mədəniyyətlərin və müxtəlif xalqların qaynayıb-qarışması - bütün bunlar Azərbaycanın nail olduğu real mədəni tolerantlığa böyük və sanballı töhfədir. Qədim Qırmızı Qəsəbə - Azərbaycanın əsl qürur mənbəyidir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu dinc yanaşı yaşayır, özlərini doğma qardaş kimi hiss edirlər. Onları ümumi tale birləşdirir və təsadüfi deyil ki, erməni daşnakları 1918-1919-cu illərin faciəli hadisələri zamanı Azərbaycanın şəhərlərində qanlı qırğın törətdikləri bir vaxtda azərbaycanlılarla bərabər, 3000-dən çox yəhudi də həlak olub”.

Müəllifin gəldiyi qənaət budur: “İsrail və Azərbaycan arasında münasibətləri müsəlman azərbaycanlılar və Azərbaycan yəhudilərinin sadəcə qarşılıqlı marağı ilə izah etmək olmaz. Ümumi dəyərlər və ümumi tarix müasir münasibətlərə də öz təsirini göstərir. Sıx insani əlaqələr və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq əzmi hər iki ölkəni zənginləşdirir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb