İDMAN
Azərbaycan kapoeyraçıları onlayn “Joga Maneiro” dünya çempionatında iki medal qazanıblar
![Azərbaycan kapoeyraçıları onlayn “Joga Maneiro” dünya çempionatında iki medal qazanıblar](/files/2021/1/1200x630/16177071551966930574_1200x630.jpg)
Bakı, 6 aprel, AZƏRTAC
Dünya Kapoeyra Federasiyasının (WCF) təşkilatçılığı ilə onlayn “Joga Maneiro” dünya çempionatı keçirilir.
AZƏRTAC xəbər verir ki, çempionatda Azərbaycan idmançıları ilə yanaşı, Koreya Respublikası, İtaliya, Yaponiya, Polşa, ABŞ, Estoniya, Avstraliya və digər ölkələrdən kapoeyraçılar iştirak edirlər. Bu ölkələr arasında kapoeyranın vətəni olan Braziliya idmançıları da çoxluq təşkil edirlər.
Azərbaycan Kapoeyra Federasiyasının yığma komandası yarışda iki medal qazanıb. İdmançımız Oxçu Şahmuradov (82 kq) yarışa uğurla start verib. Finaladək inamla irəliləyən idmançımız finalda cüzi fərqlə polşalı rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.
Digər medalı isə komandamıza Fərid Allahverdiyev (82 kq) qazandırıb. Təmsilçimiz yarışı üçüncü pillədə başa vurub.
Yığmamızın digər üzvü Fərid Səlimov (76 kq) turnirin finalına vəsiqə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [14:14]
“Kəpəz” klubu daha üç futbolçu ilə vidalaşıb
- 03.07.2024 [14:00]
“Sumqayıt” Rusiya və Türkiyə klubları ilə qarşılaşacaq
- 03.07.2024 [13:38]
UEFA Türkiyə millisinin futbolçusuna qarşı intizam işi açıb
- 03.07.2024 [13:06]
Ukraynalı futbolçu “Sabah” klubuna qayıda bilər
- 03.07.2024 [11:10]
Amerika Kubokunda 1/4 final cütlükləri bəlli olub
- 03.07.2024 [11:07]