Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Milli Məclisi deputatının məruzəsi Avropa Şurasında müzakirə edilmişdir

Vyana, 23 noyabr (AZƏRTAC). Avropa Şurası Parlament Assambleyası (AŞPA) Daimi Komitəsinin noyabrın 22-də Vyana şəhərində keçirilən iclası Azərbaycan üçün iki cəhətdən əlamətdar olmuşdur. Həm ölkəmizdə keçirilmiş prezident seçkiləri ilə bağlı məruzənin yekun mətni müsbət qiymətləndirilərək təsdiq edilmiş, həm də qurumdakı daimi nümayəndə heyətimizin üzvü Rafael Hüseynovun hazırladığı “Qeyri-üzv dövlətlərin Avropa Şurası konvensiyalarına qoşulması” adlı məruzə müfəssəl müzakirələrdən sonra yüksək qiymətləndirilərək qəbul olunmuşdur.

Azərbaycan Respublikası Milli Məclisi deputatının AŞPA-nın Hüquqi işlər və insan haqları komitəsinin xətti ilə hazırladığı bu məruzənin başlıca məziyyətlərindən biri odur ki, həmin hesabat ümumavropa səciyyəli bir problemə həsr edilmişdir və mahiyyəti etibarilə Azərbaycanın Avropa Şurasına verdiyi töhfə səciyyəsi daşıyır. Çünki həmin məruzənin araşdırdığı problem Avropa Şurasının hüdudlarını genişləndirmək, Avropa hüquq məkanının əhatə dairəsini daha da artırmaq məqsədi güdür.

Deputat R.Hüseynov bu məruzə üzərində il yarım müddətində tədqiqat aparmış, sənədin əsas tezisləri ilə bağlı dünyanın bir sıra tanınmış hüquq mütəxəssislərinin iştirakı ilə ötən ilin sonlarında Parisdə ayrıca kollokvium keçirilmişdir.

AŞPA-nın sədri Jan Klod Minyon Daimi Komitənin iclasında məruzəni müzakirəyə çıxararkən ilk növbədə azərbaycanlı deputatın əməyini dəyərləndirmiş, hesabatda xüsusi aktuallıq kəsb edən problemin mükəmməl həll yollarının əks etdirildiyini qeyd etmişdir.

R.Hüseynov komitədəki çıxışında demişdir: “Bu araşdırma Avropanın bu günü və gələcəyi üçün ciddi əhəmiyyət kəsb edən bir problemə həsr edilmişdir. Ortaq Avropa Evini formalaşdırmaq, ölkələri bir-birinə daha da yaxınlaşdırmaq, bütün Avropa cəmiyyətinin getdikcə daha geniş çərçivədə uyğun meyarlarla düşünməsini, yaşayıb fəaliyyət göstərməsini təmin etmək müştərək qanun müstəvisinin formalaşdırılması məsələsi ilə bilavasitə bağlıdır. Bu mənada Avropa Şurası konvensiyalarının yalnız bu təşkilatın üzvü olan 47 ölkədə deyil, həm də digər qeyri-üzv dövlətlərdə tətbiq edilməsi çox əhəmiyyətli ola bilər.

Hazırda Avropa Şurasının 213 konvensiyası vardır ki, bunlardan yalnız 41-i qeyri-üzv dövlətlər üçün açıq deyildir. Avropa Şurası konvensiyalarının əksəriyyəti hüquqi baxımdan qeyri-üzv dövlətlərin qoşulmasına açıq olsa da, qeyri-üzv dövlətlərin özlərinin bu prosesdə iştirakı heç də arzulanan səviyyədə deyil. Lakin təəssüf doğuran haldır ki, qeyri-üzv dövlətlərin Avropa Şurası konvensiyalarında iştirakı nadir hallarda müzakirə və müfəssəl tədqiq obyektinə çevrilir. Amma buna da ehtiyac böyükdür. Çünki konvensiyaların hamısının qeyri-üzv dövlətlər üçün açıq olmasını təmin etmək tendensiyası vardır.

Qeyri-üzv dövlətlərin qoşulması üçün açıq olan ilk konvensiya 1953-cü ildə qəbul edilib və arxada qalan 60 il ərzində belə konvensiyaların miqdarı durmadan artsa da, qeyri-üzv dövlətlərin qoşulduğu, yaxud ratifikasiya etdiyi konvensiyaların sayı yalnız 76-dır. Həm də qeyri-üzv ölkələrin diqqəti daha çox 30 konvensiyaya yönəlmişdir. Bunların da demək olar ki, yarısı birbaşa, ya dolayısı ilə hüquqi əməkdaşlıq məsələlərinə aiddir.

Kvalifikasiyaların tanınması, mədəni və təbii irs, televiziyalar və sair bu kimi konvensiyalar qeyri-üzv dövlətlərin nisbətən fəal qoşulduqları konvensiyalardır. Bunları nəyə görə sadalayırıq? Əslində ortada konkret rəqəmlər var və hansı konvensiyaya nə qədər qeyri-üzv dövlətin qoşulması dəqiqliyi ilə bəllidir. Elə həmin rəqəmlər də təhlil və təkliflər üçün əlavə imkanlar yaradır, prosesin daha nizamlı və intensiv davam etməsi üçün yolları nişan verir.

Qeyri-üzv dövlətlərin Avropa Şurası konvensiyalarına qoşulması və onların tətbiqində iştirakını intensivləşdirmək üçün belə təcrübələr diqqətdə saxlanılmalı, maraqların daha çox kəsişmə nöqtələri müəyyənləşdirilərək həmin səmtdə daha ardıcıl iş aparılmalıdır.

Qeyri-üzv dövlətlərin Avropa Şurası konvensiyalarına qoşulması təşkilatımızın ümdə maraqları daxilindədir. Parlament Assambleyası, Nazirlər Komitəsi konvensiyalarla bağlı prioritetləri müəyyənləşdirməli, diqqət isə daha çox ehtiyac duyulan konvensiyalar üzərində cəmlənməlidir. Bizim qənaətimizcə, mədəniyyətlərarası dialoq və transsərhəd cinayətkarlığa qarşı mübarizə iki belə vacib istiqamət kimi seçilə bilər.

Terrorizmə, narkotiklərin dövriyyəsinə, insan alverinə, kibercinayətkarlığa, çirkli pulların yuyulmasına qarşı müştərək mübarizə ortaq hüquqi məkanın daha geniş olmasını və dəqiq işləməsini tələb edir. Hüquqi fəzanın böyüməsi isə nəticədə cinayətkarlığın sərhədlərinin daha artıq daralmasına gətirib çıxarır”.

Müzakirələr zamanı Böyük Britaniyadan olan komitə sədri Kristofer Çop, italiyalı deputat Sandro Qozi, hollandiyalı Tini Kox məruzədə qaldırılan problemin vacibliyini vurğulamış, hesabatın elmi və siyasi cəhətdən yüksək peşəkarlıqla hazırlandığını bildirmişlər.

Sonra məruzə və qətnamə layihəsi səsə qoyulmuş və Daimi Komitə üzvləri tərəfindən yekdilliklə dəstəklənmişdir.

AŞPA-nın rəsmi saytında azərbaycanlı deputat Rafael Hüseynovun müvəffəqiyyətlə qəbul edilmiş “Qeyri-üzv dövlətlərin Avropa Şurası konvensiyalarına qoşulması” adlı məruzəsi haqqında təqdiredici hesabat dərc edilmişdir.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tədqiqat: Həşəratların yox olması artıq qidalanma defisitinə səbəb olur

Utilizasiya proqramı çərçivəsində Naxçıvan Avtomobil Zavodunun istehsalı olan avtomobillərin də satışı həyata keçiriləcək

İlham Bayramov: Dövlət Proqramında müasir suvarma texnologiyalarının tətbiqi prioritet istiqamət kimi müəyyən edilib

BEOC-da transformasiya və texnoloji yeniliklər təqdim olunub

Azərbaycan məktəbliləri Balkan Riyaziyyat Olimpiadasında 3 gümüş və 3 bürünc medal qazanıblar

Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər

Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb

ADSEA: Qazax-Tovuz iqtisadi rayonunda suvarma infrastrukturunun gücləndirilməsi üzrə tədbirlər davam edir

İmtahanda yüksək bal toplayan abituriyent: Sistemli şəkildə hazırlaşmaq nəticə verir

ADSEA sədr müavin: Su ehtiyatlarının səmərəli idarə olunması aqrar inkişafın əsas şərtidir

Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub

Volqa-Xəzər gəmiçilik kanalının bir sahəsində gəmilərin naviqasiyası müvəqqəti dayandırılıb

CGIAR: Rəqəmsal həllərin tətbiqi sağlamlıq təhlükələrinə qarşı daha koordinasiyalı mübarizə aparmağa imkan yaradır

Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb

Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Luvr Muzeyində təhlükəsizlik sistemləri yenilənir

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA

İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür

Nazir müavini: Yeni Dövlət Proqramında əkin sahələrinin genişləndirilməsi əsas məqsəd deyil

Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini beynəlxalq konfransda iştirak edib

Qarabağın geosiyasi perspektivlərinə dair araşdırma “Routledge” nəşriyyatında işıq üzü görüb

Nəqliyyat vasitələrinin utilizasiyası ilə əlaqədar 1 milyon manatdan çox ödəniş olunub

Bu saata olan əsas xəbərlər

Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub

Bakı ilk dəfə Avropa Su İdmanı Federasiyasının konfransına ev sahibliyi edəcək

Əbubəkr Gizligider: Çirkab suların monitorinqi pandemiyanın erkən aşkarlanmasında mühüm rol oynayır

Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib

İlhamə Qədimova: İxracyönümlü istehsalın artırılması nəzərdə tutulur

Xaçmazda ev yanıb VİDEO

Xaçmazda ev yanıb VİDEO

Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilmə imkanları dəyərləndirilib

Şəkidə səslənən ölməz nəğmələr: Arif Babayevin xatirəsi yad olunub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Folklor İnstitutu birgə layihələr reallaşdıracaq

Nazir müavini: Qazax-Tovuz iqtisadi rayonu üzrə buğda istehsalının artırılması əsas prioritetlər sırasında olacaq

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusu alır

Nazir müavini: Hökumətlər üçün riskləri erkən görmək daha tez hərəkətə keçmək deməkdir

Culfada yanğın zamanı xəsarət alan qadın ölüb

Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?

Tokioda ibtidai məktəbdə yanğın baş verib, xəsarət alanlar var

Fransa və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Bu il Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən 1072 hüquqpozma faktı aşkarlanıb

Qərb bölgəsinin qədim tarixi və arxeologiyasına dair yeni elmi nəticələr təqdim edilib

Azərbaycanda intensiv meyvə bağları və istixana komplekslərinin sayı çoxaldılacaq

Natiq Əmirov: Kənd təsərrüfatında rəqabətqabiliyyətli və yüksək məhsuldarlığa əsaslanan yeni inkişaf mərhələsi formalaşdırılacaq

Yay tətilində uşaqlar nə etməlidir? - mütəxəssislərdən tövsiyələr

Azərbaycan regional investisiya mərkəzi kimi mövqeyini möhkəmləndirir

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub

Dünya çempionatının oyunlarını stadionlardan 1,5 milyondan çox azarkeş izləyib

Prezidentin köməkçisi: Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır

Lima və Bakı mədəni əlaqələri gücləndirir: Metropoliten Muzeyinə xalça hədiyyə ediləcək

Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi ölkənin siyasi kursunun uğurlu nəticəsidir ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə aqrar sahəyə dair regional müşavirə keçirilir

Çad “ASAN xidmət” təcrübəsini öyrənmək istəyir

“AzerGold” Qvineya ilə hasilat və geoloji kəşfiyyat sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirib

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib

İİB Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlanıb

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

Almatıda yaşayan şəkili usta: Azərbaycan naxışları ilə sintez edəndə ortaya unikal əsərlər çıxır

Azərbaycan ŞƏT-in energetika nazirlərinin 6-cı iclasında təmsil olunub

Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

Avstraliyada yüksək patogenli H5N1 virusuna ilk şübhəli hal aşkarlanıb

Azərbaycan beynəlxalq əməkdaşlıq, dialoq və inkişaf platforması kimi etimad qazanıb ŞƏRH

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani

“Səbail” yeni baş məşqçisini açıqlayıb

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

DİM iyunun 21-də ümumi orta təhsil səviyyəsi üzrə imtahanlar təşkil edəcək

Tailandda təhlükəsizlik qüvvələrinə qarşı partlayış törədilib

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə 2141 namizəd qeydiyyatdan keçib

Azərbaycanın voleybol yığmaları Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Lənkəran-Astara bölgəsində çiyələk və kartof təsərrüfatlarının fitosanitar vəziyyəti qiymətləndirilib

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Böyük Qayıdış: Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycan ilə İtaliya mədəni əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir

“Reuters”: ABŞ-İran danışıqları iyunun 19-da baş tutmayacaq

Bu gün Xalq artisti Ağababa Bünyadzadənin anadan olmasından 111 il ötür

“Axios”: Vensin İsveçrəyə səfərinin təxirə salınması İranın Livanla bağlı mövqeyi ilə əlaqəli ola bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Pentaqon İrandakı əməliyyatın xərclərini qarşılamaq üçün Konqresdən 80 milyard dollar istəyib

Vitkoff: İran AEBA müfəttişlərini nüvə obyektlərinə dəvət edəcək

Ağ Ev: Vensin İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb

ABŞ-nin narkotik daşıdığı iddia edilən gəmiyə zərbəsi nəticəsində üç nəfər ölüb

Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib

BMT: Afrika daha sürətlə istiləşir

Aİ-də su resurslarının iqtisadi təhlükəsizlik məsələsi kimi qiymətləndirilməsi təklif olunur

Pentaqon Avropanı Ukraynaya ABŞ silahlarının alınmasını genişləndirməyə çağırıb

Almaniya və Ukrayna ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemi istehsal edəcək

Peyklər Günəş panellərindən yaradılmış şəhər boyda nəhəng at təsvirini qeydə alıb

“Volkswagen” 2030-cu ilədək 50 min iş yerini ixtisar edəcək

Makron: Yaxın Şərqdə müharibənin tam başa çatdığını demək hələ tezdir

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

İran Hörmüz boğazında 60 gün müddətində xidmət haqları tələb etməyəcək

Şəkidə Avropa çempionatının mükafatçısı ilə görüş olub

Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub