Azərbaycan millisi son 14 ay üçün ən yaxşı nəticəsinə imza atıb
Bakı, 27 noyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan millisi noyabrın 27-də rəsmən açıqlanan FIFA reytinqində 1180 xalla 109-cu olub. Yığmamız son 14 ay üçün ən yaxşı nəticəsinə imza atıb.
AZƏRTAC xəbər verir ki, komandamız sonuncu dəfə 2019-cu ilin sentyabrında belə yüksək mövqedə qərarlaşıb. Həmin vaxt milli indiki kimi 109-cu olub.
Ötən ayla müqayisədə 5 pilləlik irəliləyiş son 29 ayın ən yaxşı nailiyyətidir. Yığma son belə yüksəlişə 2018-ci ilin iyununda nail olub. Həmin vaxt komandamız 21 addım irəliləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]
Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir
- 30.09.2026 [23:21]