Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN MÜƏLLİMLƏRİNİN XII QURULTAYINA

Hörmətli qurultay iştirakçıları!

Əziz müəllimlər!

Sizi - Azərbaycan müəllimlərinin XII qurultayının iştirakçılarını ürəkdən salamlayır, hər bir Azərbaycan müəlliminə, ölkənin bütün təhsil işçilərinə ən xoş arzularımı yetirirəm.

Müəllimlik şərəfli bir sənətdir. Azərbaycan müəllimləri bu yüksək adı ləyaqətlə daşıyırlar. Mən həmişə müəllimlərimizin əməyinə hörmətlə yanaşmışam. Bu gün də Azərbaycan müəllimlərinə cəmiyyətin inkişafı naminə göstərdikləri fədakarlığa görə öz adımdan və bütün xalqımız adından minnətdarlığımı bildirirəm. Biz hamımız Azərbaycan məktəbinə, Azərbaycan müəllimlərinə, Azərbaycanın təhsil işçilərinə borcluyuq.

Təhsilimiz qədim və zəngin tarixə malikdir. XX əsrdə isə Azərbaycan maarifinin əldə etdiyi böyük nailiyyətlər tariximizin parlaq səhifələrini təşkil edir. Bu dövrdə Azərbaycanda savadsızlığın aradan qaldırılması və xalqın maariflənməsi istiqamətində böyük irəliləyiş əldə olunmuşdur. Bu dövrün üstün cəhəti, misilsiz uğuru təhsilin bütün pillələrində xalqın doğma ana dilində təhsil almaq hüququnun təmin edilməsi olmuşdur. Bütün bunların sayəsində Azərbaycan qısa müddətdə əhalisinin təhsil və elmi səviyyəsinə görə qabaqcıl və inkişaf etmiş ölkələrdən birinə çevrilmişdir.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi milli dövlətçilik prinsiplərinə və ümumbəşəri dəyərlərə cavab verən islahatların aparılmasını zəruri etmişdir. Ölkəmizdə dövlət proqramına uyğun olaraq, təhsil quruculuğu sahəsində əsaslı islahatlara başlanılmış, bu proses dönməz xarakter alaraq təhsil sisteminin bütün pillələrini əhatə etmiş, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyasının dərinləşməsini təmin etmişdir.

Təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir. Azərbaycan Respublikasının Prezidenti kimi sizi əmin etmək istəyirəm ki, təhsil sahəsi, təhsil islahatları hər zaman mənim diqqət və qayğım altındadır. Hesab edirəm ki, dövlət ən çətin vaxtlarında belə təhsilə və təhsil işçilərinə, məktəbə və müəllimə kömək etməlidir. Bu, fəaliyyətimin bütün dövrlərində mənim prinsipial mövqeyim olmuşdur.

Birləşmiş Millətlər Təşkilatının “Təhsil əsri” elan etdiyi XXI əsrin inkişaf strategiyasının tələbləri Azərbaycan təhsilinin qarşısında da mühüm vəzifələr qoyur. Ümidvaram ki, yeni əsrdə keçirilən bu ilk qurultayınız ötən qurultaydan sonrakı müddət ərzində ölkəmizdə milli təhsilin inkişafı sahəsində qazanılmış nailiyyətləri layiqincə qiymətləndirəcək, bu sahədə mövcud olan problemləri aşkar edəcək və milli təhsilimizin tərəqqisi naminə qəbul edəcəyi qərarların yerinə yetirilməsinə ölkənin bütün intellektual potensialını səfərbər edəcəkdir.

Qurultayın işinə uğurlar diləyir, hər birinizə cansağlığı, xoşbəxtlik və nəcib fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram!

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

3 oktyabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xocalıda Azərbaycan Bayrağının dalğalanması Ermənistana və havadarlarına göz dağıdır - AÇIQLAMA

Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir

Balakəndə narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər məsuliyyətə cəlb olunub

Azərbaycan səfiri İtaliya qəzetinə müsahibəsində Xocalı həqiqətlərindən danışıb

Sakit okeanda güclü zəlzələ baş verib

Almaniyanın 50-yə yaxın şirkətinin nümayəndələrindən ibarət heyətin Azərbaycana səfəri planlaşdırılır

Avropanın ən yaxşı iki çimərliyi Türkiyədə yerləşir

Monqolustanda sərt keçən qış 1,5 milyon ev heyvanının qırılmasına səbəb olub

İsveçrədə qəddar üsulla əldə edilən xəz məhsullarının idxalına qadağa qoyula bilər

Türkiyədə ilk dəfə turistlər üçün yaşı 5 min il olan yeraltı şəhər istifadəyə veriləcək

Amerika və Avropa aviaşirkətləri bu il də biletlərin qiymətini artırmağa çalışacaqlar

Tahir Gözel: “Qarabağ”ın qələbəsi bütün xalq üçün ilham oldu

Ermənistan KTMT-də iştirakını dayandırıb

Yassin Benzia: "Braqa"ya qarşı matçda emosional hisslər yaşadıq

“Qarabağ”ın qapıçısı: Sevinirəm ki, nəticə bizim xeyrimizə oldu

Avropa Liqasında 1/8 finalın bütün iştirakçıları bəlli olub, “Qalatasaray” mübarizəni dayandırıb

“Qarabağ”ın legioneri: Şadam ki, bu tarixi qələbədə mənim də rolum oldu

Konfrans Liqası: 1/8 finala vəsiqə qazanan son komandalar müəyyənləşib

Qurban Qurbanov: Əldə etdiyimiz qalibiyyət sanki Qarabağda görülən işlərin nəticəsidir

Müasir həyatda müəyyən səbəblərdən yaranan stress və narahatlıq xroniki xəstəlikləri artırır

“Braqa”nın baş məşqçisi: “Qarabağ”ın vurduğu ikinci qol oyunun taleyini həll etdi

Nuland: Rusiyaya qarşı yeni sanksiyalar paketinə çoxlu sayda məhdudiyyətlər daxil ediləcək

“Doha Ekspo 2023”də Azərbaycanın Milli Günü çərçivəsində konsert proqramı təşkil olunub

Avropa Liqası: “Qarabağ” tarixində ilk dəfə 1/8 finala vəsiqə qazanıb YENİLƏNİB-7

Husilər Yəmən yaxınlığında gəmilərə hücumları gücləndirəcəklərini vəd ediblər

Ərdoğan: Türkiyə Hərbi Hava Qüvvələrinə ilk yerli beşinci nəsil döyüş təyyarələri 2028-ci ildə veriləcək

Basketbol üzrə Azərbaycan millisi İsveçrəyə məğlub olub

İsveçin bəzi nazirləri öz tərcümeyi-hallarını “bəzəyiblər”

Bakıda Vladimir Vısotskinin mahnı və şeirlərindən ibarət konsert təşkil edilib

Naxçıvan şəhərində Cəlil Məmmədquluzadənin 155 illiyi qeyd olunub

ADY Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarın gecikmə səbəbini açıqlayıb

"YAŞAT" Fondu antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanın yeni doğulan övladının zəruri xərclərini qarşılayıb

İsmayıllıda avtomobil qəzasında bir nəfər ölüb YENİLƏNİB VİDEO

Bişkekdə “Planetlə dialoq” sənədli filminin nümayişi olub

Rusiya və Türkiyə xarici işlər nazirləri Rio-de-Janeyroda görüşüblər

Səlahiyyətli nümayəndə “Açıq mikrofon” layihəsi çərçivəsində tələbələrin suallarını cavablandırıb

YAP Veteranlar Şurası Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirib

Sahibə Qafarova: Azərbaycan və İraq arasında münasibətlər xalqlarımızın ortaq dini və mədəni dəyərlərinə söykənir

Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə tədbir keçirilib

Avropa Liqası: “Qarabağ” və “Braqa”nın start heyətləri açıqlanıb

Biləsuvarda əkin sahəsindən "Kalaşnikov" avtomatı aşkarlanıb

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyi muzeydə qeyd edilib

Üzeyir Hacıbəylinin ev-muzeyində bəstəkarların yubileyləri qeyd olunub

Yasamal rayonunda restoranda baş verən yanğın söndürülüb YENİLƏNİB VİDEO

Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasının ilk gününə yekun vurulub

Dövlət Məşğulluq Agentliyi Qazaxıstanın Əmək Resurslarının İnkişafı Mərkəzi ilə əməkdaşlıq edəcək

Ersin Tatar: Prezident İlham Əliyevin məni TDT-nin Zirvə toplantısına dəvət etməsindən çox məmnun oldum

Konsaltinq şirkətlərinin nümayəndələri ilə məlumatlandırma görüşü keçirilib

Stirlinq Fondunun prezidenti: Azərbaycana hər səfərimdən mənəvi zövq alıram

Professor Lalə Allahverdiyeva: Qlobal istiləşmə ilə bağlı bütün dünyada artıq epidemiya baş verir

Vüqar Rəhimzadə: Faciələrimizi unutmamalı, nəsildən-nəslə çatdırmalıyıq

Ukrayna Azərbaycana yeni səfir təyin edib

Həmyerlimiz Amil Səlimov Latviya Seymində deputat kimi fəaliyyətə başlayıb

Hesablama Palatasının sədri Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş keçirib

Keniya telekanalında Azərbaycan reallıqlarından danışılıb VİDEO

Azad Qarabağ Türk dünyasının birliyini, həmrəyliyini dünyaya çatdıracaq ŞƏRH

Azərbaycan parabadmintonçusu dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb

Daxili işlər naziri Saatlı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib VİDEO

Pakistan Mədəniyyəti Mərkəzində Xocalı faciəsinin 32-ci ildönümü qeyd olunub

Respublika Uşaq Klinik Xəstəxanasına 14 yaşlı pasiyent üzərində bağırsaq keçməzliyi ilə bağlı əməliyyat uğurla keçirilib

Sloveniyada Xocalı qurbanlarının xatirəsi yad edilib

Lerikdə məktəblilərə narkomaniya haqqında məlumat verilib

Vətən Müharibəsi Qəhrəmanı: Azərbaycan dünyaya istehsal etdiyi silahların gücünü və dəqiqliyini göstərdi

QMİ sədri beynəlxalq forumda medianın ictimai rəyə təsirlərindən danışıb

Meksika COP29 üçün “Gənc iqlim səfirləri” proqramına başlayıb

Qarabağ Dirçəliş Fondu “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinə start verir

Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı layihə regionlarda uğurla icra olunur

Sabirabadda külli miqdarda pul vəsaitinin mənimsənilməsi ilə əlaqədar cinayət işi başlanıb

Cəlil Məmmədquluzadənin xatirəsi Nehrəm qəsəbəsindəki xatirə muzeyində anılıb

Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası işini komitə iclasları ilə davam etdirib YENİLƏNİB

Azərbaycan Premyer Liqası: XXIV turun hakimləri açıqlanıb

Binalar üçün enerji səmərəliliyi bazarının qiymətləndirilməsinin ilkin nəticələri ilə bağlı seminar keçirilib

Şəkidə fermerlərə aqrar sığorta ödənişi verilib

® Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Araz” supermarketlər şəbəkəsini mükafatlandırdı

Fransa Azərbaycana qarşı yürütdüyü çirkin siyasətə son qoymalıdır –deputat

Baş Prokurorluq Ağdam rayon sakininin itkin düşməsi faktı ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib

Cəlilabadda daşınmaz əmlakla bağlı vətəndaşlarla görüş keçirilib

Əcnəbilər Ukraynanın Milli Qvardiyasında xidmət edə bilər

“Doha Ekspo 2023”də Azərbaycanın Milli Günü təşkil olunub

Muxtar Babayevlə Qazaxıstanın Azərbaycandakı səfiri COP29-a hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparıblar

Asiya Parlament Assambleyasının cari il üçün büdcəsi təsdiq edilib

Xətai Sənət Mərkəzində “Xocalıya qayıdış” adlı sərgi açılıb

“Qərbi Azərbaycan mətbuatı tarixi” kitabının təqdimatı olub

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancıdan

Xarici işlər naziri Ceyhun Bayramov Toivo Klaarla Azərbaycan-Aİ əlaqələrinin cari vəziyyətini müzakirə edib

“Azərbaycan şərqşünaslıq elminin akademik Həmid Araslı mərhələsi” - elmi sessiya

İqtisadiyyat naziri COP26 prezidenti ilə görüşüb

Əhməd Əhmədovun Psixiatriya xəstəxanasına yerləşdirilməsi barədə yayılan xəbərlərlə bağlı Baş Prokurorluqdan açıqlama

Azərbaycan millisinin məşqçisi: Heyətdə sürpriz adlar ola bilər

Türkiyənin Müdafiə Nazirliyi: Həftə ərzində regionda 60 terrorçu zərərsizləşdirilib

Qədir Xəlilov: Ölkədə istehsal olunan silahlarla tanışlıq gənclərdə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rol oynayır

Süni intellektin yeni modeli sözlü işarələri videoya çevirəcək

İstiqlal Muzeyində Xocalı soyqırımının qurbanları yad olunub

Asiya Parlament Assambleyasının komitə iclasında müzakirə olunan 7 qərar layihəsi təsdiqlənib 

Malayziyanın Baş naziri Ənvər İbrahimdən

Startapçı: Qürurla qeyd edə bilərik ki, Azərbaycanda kibertəhlükəsizlik üçün yerli həll mövcuddur – MÜSAHİBƏ

® Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “OBA” marketlər şəbəkəsini mükafatlandırdı!

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru Vadim Vorobyovdan

Ötən il korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub