Azərbaycan neftinin ötənilki orta qiyməti açıqlanıb
Bakı, 16 may, AZƏRTAC
Qlobal enerji qiymətlərində müşahidə edilən dalğalanmalar nəticəsində “Azeri Light” markalı xam neftin bir barrelinin dünya bazarlarında satış qiyməti 2019-cu ilə orta hesabla 66,9 ABŞ dolları səviyyəsində qərarlaşıb və 2018-ci ilə nisbətən 8,5 faiz az olmasına baxmayaraq, büdcədə nəzərdə tutulmuş qiymət göstəricisi ilə müqayisədə 11,5 faiz çox olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatda deyilir.
Qeyd edək ki, hazırda “Azeri Light”ın bir barreli 32,77 dollara satılır. Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]