AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ AŞPA-NIN SƏDRİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan nümayəndə heyəti yay sessiyasının gedişi zamanı Avropa Şurası Parlament Assembleyasının sədri Luis Maria de Puçla görüşmüşdür.
Görüşdə iyunun 30-da AŞPA sədrinin Azərbaycana edəcəyi ilk səfərlə bağlı məsələ müzakirə edilmişdir.
Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov Luis Maria de Puçun bu səfərinin ölkəmiz üçün əhəmiyyətli olduğunu xüsusi vurğulamışdır.
Tərəflər oktyabrda ölkəmizdə keçiriləcək prezident seçkiləri və Azərbaycanda demokratik təssisatların fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparmışdır.
Səməd Seyidov Azərbaycanla bağlı məruzəyə münasibət bildirmiş, məruzəyə dair qətnamə layihəsinə obyektiv əlavələr edildiyini, onların bir qisminin qəbul ediləcəyinə əmin olduğunu diqqətə çatdırmışdır.