AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİ ATƏŞƏ TUTULMUŞDUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 19-da saat 14.20-dən 14.30-dək və avqustun 20-də saat 5.50-dən 6.00-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi, saat 22.20-dən 22.30-dək Goranboy rayonunun Tap Qaraqoyunlu, saat 23.10-dan 23.20-dək Ağdam rayonunun Yusifcanlı, avqustun 20-də saat 6.20-dən 6.45-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]