Azərbaycan paraatleti 4-cü dəfə dünya çempionu olub
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan paraatleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında ikinci qızıl medalı qazanıb.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, T13 kateqoriyasında yarışan idmançı 400 metr məsafəyə qaçış üzrə finişə 55.03 saniyəyə çataraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu, 22 yaşlı paraatletin ümumilikdə dördüncü dünya çempionluğudur. Paralimpiya çempionu yarışın ilk günündə 100 metr məsafəyə qaçışda da birinci yeri tutub. O, ötən il isə Fransanın paytaxtı Parisdə təşkil edilmiş dünya çempionatında 100 metr və 400 metr məsafəyə qaçış üzrə qızıl medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:15]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]