Azərbaycan Premyer Liqası: "Qarabağ" böyük hesablı qələbə qazanıb

Bakı, 10 aprel, Nicat Məmmədov, AZƏRTAC
Aprelin 10-da futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionatın lideri “Qarabağ” klubu “Sumqayıt”ın qonağı olub. "Kapital Bank Arena"da baş tutan matç "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə ilk qolu 16-cı dəqiqədə Kadi Borges vurub. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıda da hücumlarını davam etdirən Ağdam klubu 67-ci dəqiqədə Marko Veşoviçin qolu ilə fərqi artırıb. Oyunda son nöqtəni isə Leandro Andrade qoyub. Matçın 69-cu dəqiqəsində fərqlənən kabo-verdeli yarımmüdafiəçi yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra xallarını 52-yə çatdıran "Qarabağ" zirvədəki yerini möhkəmləndirib və avrokuboklara vəsiqəni təmin edib. On dörd xalı olan "Sumqayıt" isə 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, ilk oyun günündə "Neftçi" səfərdə "Şamaxı"ya 2:1, "Sabah" isə evdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəlib. Tura bu gün keçiriləcək "Səbail" - "Qəbələ" matçı ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2025 [19:45]
Misli Premyer Liqası: “Araz-Naxçıvan” üçüncü yeri təmin edib
- 17.05.2025 [17:20]
AAF “Sürətin evolyusiyası”nda klassik avtomobilləri təqdim edib
- 17.05.2025 [15:25]
Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub
- 16.05.2025 [17:48]
“Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinin açılış mərasimi keçirilib
- 16.05.2025 [17:46]
"Sumqayıt"ın kapitanı futbolçu karyerasını başa vurur
- 16.05.2025 [17:41]
UFC-nin şöhrət zalının üzvü Bakıya gələcək
Dəmir yollarının “şah damarı”nda
- [20:20]
Almaniyanın Azad Demokratlar Partiyasının yeni sədri seçilib
- 16.05.2025 [23:57]
Prezident İlham Əliyevin Albaniyaya səfəri başa çatıb
- 16.05.2025 [22:40]
Rauf Hacıyevin 103 illiyinə həsr olunmuş kitab təqdimatı keçirilib
- 16.05.2025 [22:06]
Ağstafada yol qəzası olub, xəsarət alan var
- 16.05.2025 [21:34]
DİM: “Təqdimat bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib
- 16.05.2025 [21:33]