Azərbaycan Premyer Liqasında daha üç turun oyun cədvəli açıqlanıb
Bakı, 7 sentyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII, VIII və IX turların oyun cədvəli açıqlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, hər üç turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Mövsümün ilk “Neftçi” - “Qarabağ” dueli IX tura təsadüf edəcək. Oktyabrın 8-də “Neftçi Arena”da keçiriləcək görüş saat 19:30-da başlayacaq.
Azərbaycan Premyer Liqası
VII tur
23 sentyabr (şənbə)
18:00. “Sumqayıt” - “Turan Tovuz”
“Kapital Bank Arena”
20:30. “Neftçi” - “Zirə”
“Neftçi Arena”
24 sentyabr (bazar)
17:00. “Sabah” - “Kəpəz”
“Bank Respublika Arena”
19:30. “Səbail” - “Araz-Naxçıvan”
“ASCO Arena”
25 sentyabr (bazar ertəsi)
19:00. “Qəbələ” - “Qarabağ”
Qəbələ şəhər stadionu
VIII tur
29 sentyabr (cümə)
20:00. “Qarabağ” - “Sumqayıt”
Tofiq Bəhramov adına Respublika stadionu
30 sentyabr (şənbə)
16:00. “Turan Tovuz” - “Neftçi”
Tovuz şəhər stadionu
18:30. “Səbail” - “Sabah”
“ASCO Arena”
1 oktyabr (bazar)
16:00. “Kəpəz” - “Qəbələ”
Gəncə şəhər stadionu
18:30. “Araz-Naxçıvan” - “Zirə”
“Dalğa Arena”
IX tur
6 oktyabr (cümə)
19:00. “Zirə” - “Turan Tovuz”
Zirə İdman Kompleksinin stadionu
7 oktyabr (şənbə)
16:00. “Qəbələ” - “Səbail”
Qəbələ şəhər stadionu
18:00. “Sabah” - “Araz-Naxçıvan”
“Bank Respublika Arena”
8 oktyabr (bazar)
16:30. “Sumqayıt” - “Kəpəz”
“Kapital Bank Arena”
19:30. “Neftçi” - “Qarabağ”
“Neftçi Arena”