Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ABŞ-IN BAKIDAKI SƏFİRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev avqustun 20-də Prezident sarayında Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfiri Ross Uilsonu qəbul etmişdir. 

Dövlətimizin başçısı səfiri salamlayaraq hal-əhval tutdu, istirahətini necə keçirdiyi ilə maraqlandı.

Ailəsi ilə birlikdə ABŞ-da yaxşı istirahət etdiyini bildirən cənab Uilson dedi ki, bu müddətdə hamımız Azərbaycan üçün çox darıxırdıq və çox şadıq ki, yenidən buraya qayıtmışıq. Vaşinqtonda maraqlı görüşlərim də oldu. Həmişə olduğu kimi, bu dəfə də Azərbaycana çox böyük maraq vardı. Xüsusilə də Bakı-Tbilisi-Ceyhan layihəsi və ümumiyyətlə, enerji məsələləri haqqında söhbət edərkən görüşdüyüm bütün adamlar razı qalırdılar. Terrorizmə qarşı mübarizə məsələlərində Azərbaycanın mövqeyi və Sizin şəxsi dəstəyiniz Amerika Birləşmiş Ştatlarında böyük rəğbət hissi ilə qarşılanır. Görüşdüyüm rəsmi şəxslərin hamısı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Prezident Koçaryanla keçirdiyiniz görüşlərlə çox maraqlanırlar. Səfir vurğuladı ki, Azərbaycanda keçiriləcək referendum da ABŞ-da böyük maraq doğurur. Söhbət etdiyim bütün rəsmi şəxslər soruşurdular ki, bu, demokratiyanın, siyasi plüralizmin və sabitliyin inkişafına necə kömək edəcəkdir? Mən isə bilirəm ki, demokratiya, siyasi plüralizm və sabitlik Sizin əsas məqsədlərinizdir.

Diplomat xatırlatdı ki, o, istirahətə getməzdən əvvəl Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafına dair proqram da tərtib edilmişdir. Həmin proqram çərçivəsində sentyabrda ABŞ-ın energetika naziri Spenser Abrahamın Azərbaycana gəlməsi gözlənilir. O, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təməlinin qoyulması mərasimində iştirak edəcəkdir.

Səfir ölkəsinin energetika nazirinin məktubunu Prezident Heydər Əliyevə təqdim etdi.

Cənab Uilson bildirdi ki, ilin sonunda Amerika Birləşmiş Ştatlarından Azərbaycana yüksək rütbəli şəxslərin gəlməsi gözlənilir. Zənnimcə, tərtib etdiyimiz proqram görüşlərlə, səfərlərlə zəngin olacaqdır.

Prezident Heydər Əliyev səfirə təşəkkür edərək dedi ki, Amerika Birləşmiş Ştatlarında olarkən istirahətlə yanaşı, eyni zamanda görüşlər də keçirməyiniz sevindirici haldır. Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında əlaqələrin genişlənməsi, inkişaf etməsi haqqında sizinlə əvvəllər də xeyli danışmışdıq, indi bu barədə lazımi tədbirlərin həyata keçirilməsinə biz də çox maraq göstəririk, sizdə də böyük təkliflər var. Mən bunları çox müsbət qarşılayıram.

Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin tikintisinə başlanması ilə əlaqədar təntənəli mərasimi biz sentyabrın 18-nə təyin etmişik. Mən çox məmnunam ki, Amerika Birləşmiş Ştatlarının energetika naziri də Azərbaycana gələcəkdir. Bu tədbiri biz Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, yəni bp və onun ətrafında olan şirkətlərlə, habelə Türkiyə və Gürcüstanla birlikdə keçirəcəyik. Bilirsiniz ki, Azərbaycan da bu layihənin maliyyələşdirilməsi üçün öz payını veribdir. Biz bu məsələyə çox ciddi yanaşırıq və güman edirəm ki, inşaat işləri başlanan kimi kəmərin tikintisi sürətlə həyata keçiriləcəkdir.

Dövlətimizin başçısı vurğuladı ki, beynəlxalq terrorizmlə mübarizə sahəsində Azərbaycanın ABŞ-la birgə fəaliyyəti bundan sonra da davam edəcəkdir. Bunu biz çox vacib bir vəzifə kimi qəbul etmişik. Təkcə ona görə yox ki, biz Amerika Birləşmiş Ştatlarının bu çağırışına qoşulmuşuq. Ona görə ki, bu həqiqətən indi dünyada, xüsusən bizim bölgədə çox vacib bir işdir. Mən çox məmnunam ki, bizim bu əməkdaşlığımızı Amerika Birləşmiş Ştatlarında qiymətləndirirlər və xidmətlərimizi qeyd edirlər. Əmin ola bilərsiniz ki, bu barədə bizim heç vaxt, heç bir tərəddüdümüz olmayacaqdır.

 

Siz dediniz ki, avqustun 24-də Azərbaycanda keçiriləcək referenduma Amerika Birləşmiş Ştatlarında çox böyük maraq var. Mən düşünürdüm ki, bu, Amerika Birləşmiş Ştatları üçün o qədər böyük bir şey deyil ki, belə maraq olsun. Amma indi görürəm ki, Azərbaycanda hər şeyə Amerika Birləşmiş Ştatları böyük maraq göstərir. Mən çox məmnunam ki, bu maraq var. Əgər maraq olmasaydı, daha da pis olardı. Yaxşı ki, maraq var, əgər bu varsa, deməli münasibət də var.

Referenduma çox böyük hazırlıq görülüb, bizim televiziya, radio, özəl televiziya kanalları, bütün mətbuat orqanları vasitəsilə təbliğat aparılıbdır. Hakimiyyətdə olan insanlar, Milli Məclisin deputatları bu müddətdə çox yerlərdə olublar. Televiziya ilə də mütəmadi olaraq verilişlər təşkil edilir ki, insanlar bu dəyişikliklərin mənasını bilsinlər və şüurlu olaraq referendumda iştirak etsinlər. Dünən mən həm mərkəzi, həm də yerli icra hakimiyyəti orqanlarının başçıları ilə görüşmüşəm. Onlara aid olan vəzifələrin yerinə yetirilməsi haqqında çox ciddi tapşırıqlar vermişəm, eyni zamanda, xəbərdarlıq etmişəm ki, referendum prosesinə onlar heç bir müdaxilə etməməlidirlər. Qalan günlərdə də iş aparılacaqdır. Güman edirəm ki, referendum lazımi səviyyədə keçəcək və bu, demokratiyanın inkişafına kömək edəcəkdir. Çünki referenduma hazırlıq mətbuatda çox qızğın mübahisələr dövrü oldu. İqtidar nümayəndələri, orqanları referendumun əhəmiyyətini və onun zəruriliyini insanlara anlatmağa çalışırlar. Eyni zamanda o dəyişikliklərin hər birini seçicinin anlaması üçün əllərindən gələn köməyi ediblər.

Eyni zamanda müxalifət qüvvələri, partiyaları, hətta qeyri-hökumət təşkilatları,- onların bir çoxu müxalifətin mövqeyindədir, hesab edirdim ki, onlar gərək bitərəf olsunlar, - hamısı birlikdə referendumun əleyhinə təbliğat aparıblar. Ümumiyyətlə, Azərbaycan iqtidarının əleyhinə, təbliğat aparıblar. Qəzetlərində, bütün informasiya orqanlarında açıq-aydın təbliğat aparıblar.

Hesab edirəm ki, ATƏT çox yaxşı iş görübdür. Onlar burada bir neçə “dəyirmi masa” keçiriblər və bu gün də keçiriblər və yaxud keçirdəcəkdilər. “Dəyirmi masa”larda 4-5 saat həm müxalifət, həm də iqtidar tərəfindən insanlar öz fikirlərini bildiriblər. Bunların hamısını dövlət televiziyası axşamlar veribdir. Mən demək olar ki, onların əksəriyyətini 4 saat, lazım olsa, 5 saat televizorda dinləmişəm. ATƏT-in bu təşəbbüsünü yüksək qiymətləndirirəm. Çünki bunun özü referendumu uğurla keçirməyimizə kömək edir. Biz istəmirik ki, referendumda iştirak edənlər kor-koranə gəlib ya lehinə, ya da əleyhinə səs versinlər. Bütün təbliğatımızla bildirmək istəyirik ki, bu dəyişikliklərin mənası nədir. Televiziya vasitəsilə tam verilən “dəyirmi masa” verilişlərində isə bu, daha aşkar görünür. Çünki orada müxalifət və iqtidar nümayəndələri iştirak edir, bəzən çox qızgın mübahisələr aparırlar. Bu da bütün ictimaiyyətin gözü qarşısındadır. Hesab edirəm ki, bunun özü də Azərbaycanda həm mətbuat azadlığını nümayiş etdirir, həm də aşkarlığın, şəffaflığın olduğunu göstərir.

Prezident Heydər Əliyev vurğuladı ki, müxalifət referendumu boykot etmək, iqtidar isə bunu keçirmək istəyir. Hər halda, avqustun 24-də hər şey məlum olacaqdır. Ancaq mən bir şeyi başa düşdüm ki, bizim müxalifət üçün nə edirsənsə et, onlar referendumun əleyhinə çıxacaqlar. Bəzən düşünürəm ki, bəlkə biz müxalifəti tərifləsək, dəstəkləsək də, onlar yenə də bunun əleyhinə çıxacaqlar. Niyə? Çünki bunu iqtidar edir, bunu Heydər Əliyev edir. Ancaq güman edirəm ki, belə tədbirlər hamını tərbiyələndirir, hamını təkmilləşdirir.

Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib