Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ABŞ-IN NATO KOMİTƏSİNİN HƏMSƏDRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev aprelin 18-də Prezident sarayında Keçid dövrü demokratiyaları layihəsinin rəhbəri, ABŞ-ın NATO Komitəsinin həmsədri Brüs Ceksonu qəbul etmişdir.

Dövlətimizin başçısı HEYDƏR ƏLİYEV qonağı səmimiyyətlə salamlayaraq dedi ki, sizin Azərbaycana diqqət göstərməyiniz, ölkəmizlə tanış olmağınız bizim üçün çox əhəmiyyətlidir. Siz qeyri-adi, mühüm bir proqramın başçısısınız və bu sahədə işləyirsiniz. Təbiidir ki, sizin gördüyünüz və Azərbaycanda görmək istədiyiniz işlər bizim üçün çox maraqlıdır.

Səmimi qəbula görə minnətdarlığını bildirən BRÜS CEKSON dedi ki, cənab Prezident, sizinlə görüşmək həm şərəf, həm də gözəl imkandır. Biz elə fikirləşirik ki, Avropa üçün, xüsusilə də Cənubi Qafqazda yaranan yeni demokratik ölkələr üçün həyəcanlı bir məqamda Sizin ölkəyə səfər edirik.

Siz NATO-nun Praqada keçirilən tarixi sammitinin iştirakçısısınız. Bu, həqiqətən tarixi bir sammit idi. Praqa sammitindən sonra biz siyasi fəallığımızı daha da artırdıq və Albaniya, Makedoniya, Xorvatiya ilə işimizi daha da sürətləndirdik. Sonra isə biz Ukrayna ilə işə başladıq. İndi də Sizin regiona səfər edirik. Burada Sizin nazirlərlə görüşəcəyik, Azərbaycanın və Gürcüstanın Avroatlantik İttifaqına qəbul olunması haqqında məsələlər müzakirə olunacaqdır.

Biz hazırda Polşa, eləcə də Baltikyanı ölkələrin nümayəndələri ilə və NATO-nun yeni üzvləri Rumıniya və Bolqarıstanla danışıqlar aparırıq. Bütün bu danışıqlar zamanı həmin ölkələrin nümayəndələri bizə bildirirlər ki, Azərbaycan və Gürcüstanla sıx işləmək lazımdır, onlar xüsusi nəzərə alınmalıdır, növbəti dəfə həm NATO-ya, həm də Avropa Birliyinə bu ölkələrin inteqrasiyası üzərində iş getməlidir. Bu, bizim dediyimiz yeni Avropa olacaqdır. Ümid edirik ki, Azərbaycan da həmin yeni Avropanın üzvü olacaqdır. İstərdik, bununla bağlı Sizin fikirlərinizi eşidək ki, layihəni nə cür qurmağı əvvəlcədən planlaşdıraq. İstərdik, bizə deyəsiniz ki, Azərbaycan üzv olmaqla bu qurumlara hansı keyfiyyətləri gətirəcəkdir.

Prezident HEYDƏR ƏLİYEV vurğuladı ki, Azərbaycan hələ 1994-cü ildə NATO ilə “Sülh naminə tərəfdaşlıq” müqaviləsini imzalayandan Avroatlantik İttifaqına daxil olmaq məqsədi daşıyır. Biz bu işi daim, müntəzəm olaraq aparmışıq. Ancaq heç vaxt bu barədə, necə deyərlər, səs-küy salmamışıq, biz öz işimizi görürük. İşimiz də bu istiqamətdədir. Bilirsiniz ki, bu illərdə Azərbaycanın nümayəndələri NATO-nun müxtəlif qurumlarında, təşkilatlarında daim iştirak ediblər və öz töhfələrini veriblər.

Praqadan sonra biz də lazımi tədbirlər görməyə başladıq. Məhz bizim bu məqsəd və məramlarımızın nəticəsidir ki, sentyabrın 11-də baş verən hadisələrdən dərhal sonra biz Amerika Birləşmiş Ştatlarının antiterror koalisiyasına qoşulduq. İraqda əməliyyatlar hazırlanan zaman dünya mürəkkəb bir dövr keçirirdi. Amerika Birləşmiş Ştatları əməliyyat aparılmasını və İraqda kütləvi qırğın silahlarının ləğv olunması üçün mütləq lazımi hərbi tədbirlər görülməsini irəliyə sürdü. Ancaq təəssüf ki, çox ölkələr, o cümlədən NATO-nun üzvləri bu təklifin əleyhinə çıxdılar, cürbəcür tədbirlər gördülər və nəhayət, Amerika Birləşmiş Ştatlarının yaratdığı bu koalisiyaya qoşulmadılar.

Bilirsiniz ki, biz bu koalisiyaya dərhal daxil olduq. Amma koalisiyada olan ölkələrin siyahısına baxanda, təəssüf ki, NATO üzvü olan ölkələrin sayının çox az olduğunu görürük. Bu, çox təəccüblü bir haldır. Ancaq cəmi 21 gün keçməmiş Amerika Birləşmiş Ştatları, koalisiya İraqda əməliyyatları sona çatdırdı. Bu əməliyyatların əleyhinə çıxan həmin ölkələr indi İraqda bərpa işləri ilə məşğul olmaq istəyirlər. Belə bir vəziyyət yarandı, çox maraqlı vəziyyətdir. Bunların hamısından nəticə çıxarmaq lazımdır.

Dövlətimizin başçısı xüsusi vurğuladı ki, dediklərimin hamısı onu göstərir və yəqin siz özünüz də belə bir nəticə çıxara bilərsiniz ki, Azərbaycan ardıcıl surətdə Avroatlantik İttifaqına daxil olmaq, hətta başqa üzvlər kənarda qalan vaxtda belə, Amerika ilə bir yerdə olmaq qərarını qəbul etmişdir. Bizim bu məsələyə münasibətimiz bundan ibarətdir.

Siz dediniz, NATO-ya daxil olan bir neçə yeni ölkələr bildirirlər ki, Gürcüstan da, Azərbaycan da NATO-ya daxil olmalıdır. Mən çox məmnunam, demək, onlar bizim istəklərimizi, arzularımızı yaxşı bilirlər. Siz Ukrayna haqqında dediniz. Mən bilmirəm, Ukraynanın NATO-ya daxil olması ilə əlaqədar məsələni dediniz, yoxsa başqa səbəblə bağlı. Çünki Ukrayna daxil olsa, bu, çox yaxşı olardı.

BRÜS CEKSON dedi ki, biz Ukraynaya mühüm ölkə kimi baxırıq. Ukrayna tarixdən nəticə çıxararaq, artıq belə bir qərar verib ki, NATO-nun üzvü olsun. Bu, keçən ilin yayında qəbul olunmuş bir qərardır. Bir həftədən sonra Vaşinqtonda Ukrayna nümayəndələri ilə NATO üzvləri arasında görüş keçiriləcəkdir. Sizinlə tamamilə razıyam ki, Ukraynanın NATO-ya üzv olması çox müsbət hal olar.

Cənab Prezident, hər şeydən əvvəl, amerikalılar Azərbaycanın həmrəyliyinə görə minnətdarlığını bildirirlər və bu işdə liderlik göstərdiyinizə görə şəxsən Sizə minnətdarlıqlarını bildirirlər. Sağ olun ki, bizimlə birlikdəsiniz, bizimlə həmrəysiniz və gələcəkdə birgə addımlar atmaq, birgə işlər görmək üçün zəmin yaradırsınız.

Qonaq vurğuladı ki, Azərbaycanda görülən işlər həm bu ölkənin, həm də onun qonşularının Avroatlantik İttifaqına daxil olmasına yaxşı şərait yaradıbdır.

Bu üzvlüyün müəyyən şərtləri də vardır. Birincisi, demokratik ideyalara sadiq qalmaqdır. Əlbəttə, bu, islahatlara, azad seçkilərə, ümumiyyətlə, demokratiyaya aid olan məsələlərdir.

İkincisi, biz özümüz üçün belə bir fikir formalaşdırmışıq ki, XX əsrdə müstəmləkə halında yaşayan ölkələrin əksəriyyətində korrupsiya çox yüksək olur. Korrupsiya ilə mübarizə aparmaq əzmi Avropa Birliyinə üzv olmağın əsas şərtlərindən biridir. Üçüncüsü, əməkdaşlıq, dördüncüsü, vaxt məsələsidir. NATO-nun növbəti sammiti 2004-cü ilin yayında keçiriləcəkdir. O vaxtadək qərar qəbul olunmaya da bilər. Amma biz indidən fikir formalaşdırmalıyıq ki, Qara dəniz hövzəsi və Cənubi Qafqaz haqqında dərindən düşünülsün. Bunu lazımi səviyyədə çatdıra bilsək, onda 2006-2007-ci illərdə üzvlüyə qəbul məsələləri müzakirə olunan zaman bu məsələyə ciddi baxıla bilər.

Prezident HEYDƏR ƏLİYEV dedi ki, bu şərtləri başa düşürəm. NATO-ya qəbul olsaq da, olmasaq da, bunlar bizim qarşımızda duran problemlərdir. Çünki biz müstəqil dövlətdə demokratik, hüquqi cəmiyyət qururuq və buna görə də siz deyənlər Azərbaycanın həyatında mütləq öz həllini tapmalıdır. Yəni onlar lazımi səviyyədə olmalıdır. Məsələn, seçki ayrıdır, demokratiya məsələləri, korrupsiya ilə mübarizə ayrıdır - bunların hamısını biz bilirik, hamısının həlli ilə məşğul oluruq və bundan sonra da məşğul olacağıq. Yenə də deyirəm, NATO-ya qəbul olsaq da, olmasaq da, biz bu işimizi aparacağıq.

X X X

Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov və ABŞ-ın ölkəmizdəki səfiri Ross Uilson iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsi yad edilib

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO