Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV BAZAR GÜNÜ PAYTAXTDA GƏZİNTİYƏ ÇIXMIŞDIR

Azərbaycan Prezidenti Heydər Əliyev noyabrın 17-də, Milli dirçəliş günü paytaxtda gəzintiyə çıxmışdır.

Gəzinti böyük ədibimiz Cəfər Cabbarlının adını daşıyan meydandan başlandı. Burada Bakı sakinləri və şəhərin qonaqları dövlətimizin başçısını səmimiyyətlə, mehribanlıqla salamladılar. Prezident Heydər Əliyev onlarla görüşüb söhbət etdi. Gəncəli qadın ölkəmizin rəhbərinə müraciətlə dedi:

-Cənab Prezident, Sizinlə görüşmək olarmı? Mən Gəncədən gəlmişəm...

HEYDƏR ƏLİYEV: Haradan gəlmisən?

GƏNCƏLİ QADIN: Gəncədən gəlmişəm. Allah Sizə cansağlığı versin.

HEYDƏR ƏLİYEV: Gəncə şəhəri indi necədir? Mən gələndən sonra şəhər yaxşılaşıb?

GƏNCƏLİ QADIN: Bəli, Siz Gəncədən qayıtdıqdan sonra lap dəyişibdir.

HEYDƏR ƏLİYEV: Onda, bir də gəlib baxacağam. Sağ olun, salam söyləyin.

GƏNCƏLİ QADIN: Qonaq gəlin, şəhərimizə bir də baxın. Allah Sizi başımızın üstündən əskik etməsin. Mən Bakıya Sizi görmək üçün gəlmişdim.

Meydana toplaşanların hər biri Prezident Heydər Əliyevin əlini sıxmaq, ona dərin hörmət və ehtiramını, sonsuz məhəbbətini bildirmək istəyirdi. Pirallahı qəsəbəsinin sakini olan qadın dövlətimizin başçısını səmimiyyətlə salamlayaraq dedi:

-Mən Pirallahıdan gəlmişəm. Allah Sizi bizə çox görməsin.

HEYDƏR ƏLİYEV: Orada işlər neçədir?

PİRALLAHI SAKİNİ: Yaxşıdır, çox sağ olun.

HEYDƏR ƏLİYEV: Camaat necədir?

PİRALLAHI SAKİNİ: Yaxşıdır, hamı Sizdən razılıq edir.

HEYDƏR ƏLİYEV: Yaxşıdır? Hamı razıdır?

PİRALLAHI SAKİNİ: Bəli, razıdır. Allah Sizdən razı olsun.

Prezident Heydər Əliyevlə görüşənlərdən biri də Masallı rayon sakini oldu. O dövlətimizin başçısına müraciətlə dedi:

-Mən ömrümdə ilk dəfədir Sizinlə rastlaşıram. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Bir oğlum var, səhv iş tutmuşdur, indi həbsxanada yatır. Anası da xəstədir.

HEYDƏR ƏLİYEV: Nə üçün həbsxanada yatır?

MASALLI SAKİNİ: Fərarilik edibdir.

HEYDƏR ƏLİYEV: Fərarilik edib?

MASALLI SAKİNİ: Bəli, səkkiz aydır həbsxanada yatır. Təvəqqe edirəm, onu bağışlayın.

HEYDƏR ƏLİYEV: Axı, cinayət edibdir...

MASALLI SAKİNİ: Bilirəm. Amma, xahiş edirəm.

Dövlətimizin başçısı daha sonra Cəfər Cabbarlının abidəsini seyr etdi, onun 1982-ci ildə ucaldıldığını xatırlatdı.

Prezident Heydər Əliyev metronun “28 May” stansiyasının qarşısına gəldi, burada toplaşanlarla hal-əhval tutdu.

- Necəsiniz? Kefiniz necədir? Rahat yaşayırsınız, sakitlikdir, sabitlikdir, elədirmi?

ŞƏHƏR SAKİNLƏRİ: Çox sağ olun, Allah Sizi salamat eləsin.

HEYDƏR ƏLİYEV: Bu gün istirahət günüdür, dincəlirsiniz. Görürsünüz, şəhər də necə gözəlləşir. Buralar təmizlənibdir. Gəldim, baxım görüm necədir. İnsanlar burada istirahət edir. Hər şey yaxşıdır, elədirmi? Metropolitendən istifadə edirsiniz, yoxsa yox?

ŞƏHƏR SAKİNLƏRİ: Bəli, istifadə edirik.

HEYDƏR ƏLİYEV: Hər gün istifadə edirsiniz? Yaxşı işləyirmi?

ŞƏHƏR SAKİNLƏRİ: Yaxşı işləyir. Metroda səliqə-sahman var. Hər şey öz qaydasındadır.

HEYDƏR ƏLİYEV: Çox yaxşı haldır ki, bizim şəhərin belə metropoliteni var. Mən də metropolitenlə getmək istəyirəm. Yoxsa, Prezident həmişə avtomaşınla gəlib-gedir, bir az da metropolitenlə getsin.

Ağsaqqallardan biri dövlətimizin başçısına müraciətlə dedi:

- Yoldaş Əliyev, həmişə xalq, cavan insanlar arasında olasınız.

HEYDƏR ƏLİYEV: Mən elə cavanların içərisindəyəm.

YERDƏN SƏS: Mənim də familyam Əliyevdir. Azərbaycanda Əliyevlər, Məmmədovlar çoxluq təşkil edir.

HEYDƏR ƏLİYEV: Azərbaycanda hamı Əliyevdir, Məmmədovdur. Çünki bizim Məhəmməd Peyqəmbərimiz, Həzrət Əlimiz var. Vaxtilə valideynlərimiz bu adlardan istifadə edib, bizə də belə adlar veriblər. Ona görə Azərbaycanda Əliyev də çoxdur, Məmmədov da.

YERDƏN SƏS: Bu gün mən arzuma çatdım. Sizi görmək, söhbətinizi eşitmək mənim üçün çox xoşdur. Başqa heç bir arzum, ehtiyacım yoxdur. Ailəlikcə Sizi sevirik. Siz çox gümrahsınız.

HEYDƏR ƏLİYEV: Bəs sən necə təsəvvür edirdin? Televiziyada görürdün ki, gümrah deyiləm? Televiziya həmişə bir az səhv edir. Əsl həqiqət buradadır.

YERDƏN SƏS: Cənab Prezident, Masallı camaatı Sizin xətrinizi o qədər istəyir ki, Azərbaycanda daim Prezident olmağınızı arzulayır. Mən 20 ilə yaxındır ki, Viləşçayda meliorasiya sahəsində işləyirəm. Biz Sizdən çox razıyıq.

Burada yaşlı bir qadın dövlətimizin başçısına yaxınlaşaraq dedi:

- Mənim bir xahişim var. Oğlum Qarabağ əlilidir, evdə oturub, işi-gücü yoxdur. Gözünü aldığı pensiyaya dikib, mümkünsə, ona kömək edin. Sənə qurban olaram. Allah balalarını, nəvələrini saxlasın, ömrünü uzun etsin.

HEYDƏR ƏLİYEV: İşi yoxdur... Hacıbala Abutalov, sən bunları yaz. Yaxşı, sağ olun.

Sonra Azərbaycan Prezidenti bu günlərdə 35 illiyini bayram etmiş metropolitenin “28 May” stansiyasına daxil oldu.

Metro işçisi Prezident Heydər Əliyevi salamlayaraq dedi:

- Cənab Prezident, bizim metropolitenə xoş gəlmisiniz.

HEYDƏR ƏLİYEV: Necəsiniz? Necə işləyirsiniz? Metropolitenin yubileyini də qeyd etdik.

METRO İŞÇİSİ: Çox sağ olun, Sizə minnətdarıq.

Sonra dövlətimizin başçısı qatara əyləşərək, “Sahil” stansiyasına gəldi.

Azərbaycan Prezidenti stansiyanın çıxışında satışa qoyulmuş dövri mətbuatla, kitablarla maraqlandı, rəsmi qəzetlərin göz qabağında qoyulmamasına, Azərbaycan dilində kitabların son dərəcə az olmasına iradını bildirdi.

Kütləvi informasiya vasitələrinin nümayəndələri dövlətimizin başçısını Milli dirçəliş günü münasibətilə təbrik etdilər. Prezident Heydər Əliyev də onları təbrik edərək dedi ki, dirçəliş günü Azərbaycan xalqının milli oyanış günüdür. Ona görə həmin gün bizim üçün əzizdir.

Bakı sakinləri dövlətimizin başçısını “Sahil” stansiyası qarşısında böyük ehtiramla salamladılar. Prezident Heydər Əliyev Bülbül və Azərbaycan prospektlərinin tinində yerləşən, akademik Zərifə Əliyevanın barelyefi vurulmuş evin yanında ayaq saxladı. Dedi ki, vaxtilə bu evdə yaşamışam, ona görə də indi buradan keçərkən dayandım.

Azərbaycan Prezidenti burada paytaxt sakinləri ilə söhbət zamanı onların qayğıları ilə maraqlandı. Bakı sakini SEVDA HÜSEYNOVA Prezident Heydər Əliyevə müraciətlə dedi:

- Möhtərəm Prezident, Sizi görməyimə çox şadam. Bu xoşbəxtlik hər adama nəsib olmur. Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm, Sizin yeritdiyiniz siyasətlə həmişə fəxr etmişəm.

Sizə deyiləsi sözüm var. “Qlobal Türkiyə” müəssisəsi şəxsi mülküm olan evimi sökmüş, məni küçəyə atmışdır. Öz evimdən məcburi qaydada Yasamal rayonunda 1 otaqlı mənzilə köçürmüşdür. Məni məhkəməyə veriblər, hüquqlarımı pozublar. Hacıbala müəllimin yanında olmuşam. Kömək göstərməyə çalışıb, amma bacarmayıb. Çox çalışdı ki, mənə kömək etsin.

HACIBALA ABUTALIBOV (şəhər icra hakimiyyətinin başçısı): Cənab Prezident, bu xanım 10 dəqiqə bundan əvvəl mənə müraciət etdi. Ona dedim ki, sabah yox, o biri gün gəlsin, özü də mənimlə razılaşdı.

SEVDA HÜSEYNOVA: Mən evimin yerində tikilən binada iki otaqlı mənzil istəmişəm, ayrı heç nə istəmirəm.

HEYDƏR ƏLİYEV: Bilirsən, mən bu məsələni həll edirəm. Nə istəyirsən?

SEVDA HÜSEYNOVA: İki otaqlı mənzil istəyirəm. Mənim köhnə mənzilim 61,5 kvadratmetr idi.

HEYDƏR ƏLİYEV: Mənzilin harada olub?

SEVDA HÜSEYNOVA: Maliyyə Nazirliyi ilə üzbəüz.

HACIBALA ABUTALIBOV: Sənə elə orada da iki otaqlı mənzil verirəm.

SEVDA HÜSEYNOVA: Mən həyatımda heç nə istəməmişəm.

HEYDƏR ƏLİYEV: Adın nədir?

SEVDA HÜSEYNOVA: Hüseynova Sevda Kərim qızı. “Azərsənayetikinti” Səhmdar Cəmiyyətində aparıcı mühasib işləyirəm, iki institut bitirmişəm.

HEYDƏR ƏLİYEV: Hacıbala Abutalıbov, mənzili nə vaxt verəcəksən?

HACIBALA ABUTALIBOV: Cənab Prezident, sabah yox, o biri gün gəlsin, orderini götürsün.

SEVDA HÜSEYNOVA: Çox sağ olun, minnətdaram.

Sonra dövlətimizin başçısı Milli Parka gəldi. Dəniz kənarında gəzintiyə çıxmış Bakı sakinləri Prezident Heydər Əliyevi mehribanlıqla qarşıladılar.

Azərbaycan Prezidenti Milli Parkda aparılmış yenidənqurma işləri ilə maraqlandı, tövsiyələrini bildirdi, yarımçıq qalmış işlərin tezliklə başa çatdırılması haqqında tapşırıqlar verdi.

Sonra dövlətimizin başçısı Milli Parkda istirahət edən Bakı sakinləri ilə hal-əhval tutdu, səmimi söhbət edərək dedi ki, hələ, bəlkə də, hər şey əla deyil, amma ümumiyyətlə, yaxşıdır. Hava da yaxşıdır. Sabitlikdir, insanlara dəyən-toxunan da yoxdur.

Dövlətimizin başçısı Heydər Əliyev valideynləri ilə birlikdə gəzintiyə çıxmış uşaqlarla xatirə şəkilləri çəkdirdi, şəhər sakinləri ilə mehribancasına sağollaşdı.

Prezident Heydər Əliyevin Müstəqil Azərbaycanın paytaxtında, qədim, lakin həmişəcavan, gündən-günə gözəlləşən Bakıda növbəti gəzintisi, onun sakinləri ilə yaddaqalan daha bir görüşü beləcə başa çatdı.

AZƏRTAC

Foto: Oqtay Aydınoğlunun və

Rafiq Bağırovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB