Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV GƏNCƏYƏ GƏLMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sentyabrın 12-də Gəncəyə gəlmişdir. 

Respublikamızın dövlət bayraqları, Azərbaycan Prezidentinin portretləri ilə, transparantlarla bəzədilmiş hava limanında dövlətimizin başçısı Heydər Əliyevi təyyarənin pilləkəni yanında şəhər icra hakimiyyətinin başçısı Eyvaz Babayev, Milli Olimpiya Komitəsinin Prezidenti, Milli Məclisin deputatı İlham Əliyev, parlamentin deputatları, şəhərin elm, mədəniyyət, incəsənət xadimləri və ictimaiyyətin nümayəndələri səmimiyyətlə, mehribanlıqla qarşıladılar. Milli geyimli qızlar Azərbaycan Prezidentinə gül-çiçək dəstələri təqdim etdilər.

Məktəbli uşaqlar Heydər babanı şerlə salamladılar.

Ulu Gəncəmizin əsl sorağı,

Ana tək açıqdır doğma qucağı,

Xalqımın alqışı, xeyir-duası,

Ömrünün dayağı olsun el, baba!

Heydər baba, sən gələni cahana,

Xoşbəxtlik bəxş oldu Azərbaycana,

Sevgi ilə dolub-daşan meydana.

Bu meydandan salamlar var sizlərə,

Tanrı Sizi çox görməsin bizlərə!

Üçrəngli bayrağı iftixar seçən,

Müqəddəs Quranın altından keçən,

Bu gündən sabaha nurlu yol seçən,

Yaşa Prezidentim, yaşa, ay baba!

Respublikanın xalq artisti Şahnaz Haşımova dövlətimizin başçısına müraciətlə dedi:

-Cənab Prezident, qədim Gəncə yurduna xoş gəlmisiniz. Allah sizə cansağlığı versin. Siz mənə Prezident mükafatı təyin etmisiniz. Allah Sizi bizə çox görməsin, yüz yaşayın. Yanımda dayanan xalq artisti Ələddin Abbasovdur, “Dəli kür” filmində Cahandar ağa rolunu oynayan görkəmli sənətkarımızdır. O da Prezident mükafatına layiq görülmüşdür.

Hava limanına Gəncənin minlərlə sakini toplaşmışdı. Prezident Heydər Əliyev onları səmimiyyətlə salamladı.

Azərbaycan Prezidenti hava limanından birbaşa Gəncə Olimpiya İdman Kompleksinin açılış mərasiminə yollandı.

X X X

GƏNCƏDƏ OLİMPİYA İDMAN KOMPLEKSİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

Tikintisi yenicə başa çatmış Gəncə Olimpiya İdman Kompleksinin qarşısına minlərlə insan - şəhər ictimaiyyətinin nümayəndələri, idmançılar toplaşmışdı. Onlar əllərində respublikamızın dövlət bayraqlarını, Prezidentin portretlərini, “Millət və dövlət kimi mövcudluğumuza görə cənab Prezident, Sizə minnətdarlığımızı bildiririk!”, “Heydər-xalq, xalq-Heydər”, “Azərbaycan Prezidenti Heydər Əliyevə eşq olsun!”, sözləri yazılmış plakat və transporantlar tutmuşdular.

Mərasim iştirakçıları Azərbaycan Prezidenti Heydər Əliyevi sürəkli alqışlarla qarşıladılar.

Burada Olimpiya İdman Kompleksinin açılışına həsr edilmiş təntənəli mərasimin rəsmi hissəsi keçirildi. Mərasimi Gəncə şəhəri icra hakimiyyətinin başçısı Eyvaz Babayev açdı.

GƏNCƏ ŞƏHƏRİ İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI EYVAZ BABAYEVİN ÇIXIŞI

-Möhtərəm əziz Prezidentimiz, xalqımızın xilaskarı, hamımızın sevimlisi cənab Heydər Əliyev!

Əziz İlham Əliyev!

Gəncə sakinləri həddindən artıq bayram əhval-ruhiyyəsi keçirirlər. Bu gün növbəti tarixi səfəriniz bizim bütün sakinlərimizə xoş ovqat gətirmişdir. Belə diqqətinizə görə Sizə bütün gəncəlilər adından öz minnətdarlığımı bildirirəm və “Gəncə şəhərinə xoş gəlmisiniz!” deyirəm!

Möhtərəm cənab Prezident!

Hörmətli İlham müəllim!

Hörmətli qonaqlar və təntənəli mərasim iştirakçıları!

Bu gün biz əsrlərin sınaqlarından çıxmış qədim mədəniyyət və elm mərkəzi Gəncə şəhərinin ictimai, mədəni həyatında əbədi iz buraxan tarixi bir hadisənin işığına toplaşmışıq. Zəmanəmizin görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti, möhtərəm Heydər Əliyevin Gəncə şəhərinə etdiyi növbəti səfər, böyük şəxsiyyətin bugünkü təntənəli mərasimdə iştirak etməsi hər birimizdə bayram sevinci yaradır. İki il bundan öncə Gəncəyə etdiyiniz tarixi səfərdən sonra bu qədim şəhərin həyatında baş vermiş müsbət dəyişiklikləri məhz ölkə Prezidentinin atalıq qayğısının bariz nümunəsi kimi qiymətləndirən gəncəlilər Sizə və İlham müəllimə öz dərin minnətdarlıqlarını bildirirlər.

Heydər Əliyev Azərbaycan xalqının malik olduğu potensialın, qabiliyyətin, müasir təfəkkürün, ümumən milli varlığımızın ən böyük nümunəsidir.

Milli varlığımız üçün möhtərəm Prezidentimizə əbədi minnətdar olan gəncəlilər aydın dərk edirlər ki, tarixin ayrı-ayrı dövrlərində ölkəmizin həyatında baş verən bütün ictimai proseslərin mərkəzində olmuş Gəncəyə Heydər Əliyevin xilaskar missiyalı səfəri ilə sabitlik nəsib olmuşdur.

Möhtərəm Prezidentimiz!

Sizin siyasi hakimiyyətə ikinci dəfə qayıdışınız xalqımızı, milli varlığımızı, gələcəyimizi və gəncliyimizi xilas etdi. Ölkədə təxribatların, dövlət çevrilişlərinə cəhdlərin, özbaşınalıqların qarşısının alınması istiqamətində, çətin də olsa, ilk gündən qətiyyətli addımlar atmaqla yanaşı, Zati-aliniz elə o dövrdə ölkə gənclərinin problemlərinə də biganə qalmadı, vaxt tapıb onlarla görüşərək gənclərimizi doğru yola çağırdınız. Çox qısa zamandan sonra ölkə gənclərini öz ətrafında birləşdirəcək, onların problem və qayğılarını həll etməyə qadir dövlət idarəetmə orqanının yaradılması ilə əlaqədar tarixi əhəmiyyətli Fərman imzaladınız. Bununla da respublikamızda gənclərin yenidən təşkilatlanaraq, ölkə rəhbərliyinin ətrafında sıx birləşməsinə, cəmiyyətin idarə olunmasında, dövlət və ordu quruculuğunda onların iştirakına hərtərəfli perspektivlər açıldı.

Dərin zəka sahibi, müdrik rəhbər, böyük öndər olan Zati-alinizin görkəmli dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyini xilas edib möhkəmləndirən və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir. Bu mərhələ örnək kimi Azərbaycan gənclərinin yolunda işıqlı mayakdır. Heydər Əliyev ideyalarının, Heydər Əliyev məktəbinin sədaqətli və perspektivli davamçısı, XXI əsrin siyasi lideri İlham Əliyev artıq siyasət aləmində özünəməxsus yeri olan şəxsiyyətdir. Bu gün kimdən soruşsalar ki, Azərbaycan gəncliyinin formalaşmasında həyat idealınız kimdir - tərəddüd etmədən İlham Əliyevi göstərir. Bu, həqiqətdir.

Belə bir müdrik atalar sözü var: “Ot kök üstə bitər”. Bu gün İlham Əliyev təkcə mükəmməl savada malik, kamil şəxsiyyət, ata məhəbbətinə və onun ideyalarına sadiq oğul deyil, o həm də XXI əsr Azərbaycan diplomatiyasında özünə mühüm yer tutan yetkin siyasətçidir. Dediyini əməli ilə sübut edən, Zati-alinizin siyasi xəttinin ən layiqli davamçısı İlham Əliyev Azərbaycanın xoşbəxt gələcəyinin təminatçısıdır.

Bu gün dünyanın və regionumuzun müxtəlif hadisələrlə qarşılaşdığı bir zamanda, zəngin sərvətə malik olan, çox əlverişli coğrafi-siyasi bir məkanda yerləşən, qarşısında həllini gözləyən problemləri, eyni zamanda bədxahları olan Azərbaycan xalqı özünün və dövlətinin gələcəyinə biganə ola bilməz. Çox şükürlər olsun ki, gələcək üçün Azərbaycanda Heydər Əliyev siyasi məktəbinin bir ulduzu parlamaqdadır.

Cənab Prezident! Azərbaycan xalqı sevinir ki, Heydər Əliyevin öz xalqı qarşısındakı saysız-hesabsız xidmətlərindən biri də gələcək cəmiyyətimiz üçün, müstəqil Azərbaycan üçün İlham Əliyev kimi xalqa xidmətdən güc alan, milli mənafeləri hər şeydən üstün tutan bacarıqlı, istedadlı, səriştəli, idarəetmə işində təcrübəsi olan kamil bir şəxsiyyəti yetişdirib bəxş etmişdir. Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti və Azərbaycan Milli Olimpiya Komitəsinin preztdenti kimi çətin və olduqca şərəfli vəzifələrin İlham Əliyevə tapşırılması xalqın ona etimadı və etibarının ən bariz nümunəsidir. Yeni dövrün siyasətçisi kimi yetişən İlham Əliyev gələcəyimizin yol göstəricisi olacağını sübut edir və o, bu böyük siyasətə hazırdır. İlham Əliyev ölkəmizdə Milli Olimpiya Komitəsinə rəhbərlik etməklə sağlam gələcəyimizi və gəncliyimizi yetişdirir. Milli Olimpiya Komitəsinin, bütövlükdə Azərbaycan idmançılarının bugünkü uğurları İlham Əliyev əməyinin bəhrəsidir. Əvvəllər cinayətkarlığa, dövlət çevrilişlərində iştiraka meyllənən gənclərimiz bu gün sağlam bədəndə sağlam ruhla ölkəmizin idarə olunmasında, ordu quruculuğunda fəal iştirakı ilə hamımızı sevindirir. Bütün bunlara görə, möhtərəm Prezidentimiz, gəncliyin böyük xilaskarı kimi Sizə və Sizin ideyalarınızın davamçısı, Zati-alinizin xeyir-duası ilə açılışına toplaşdığımız Gəncə Olimpiya İdman Kompleksinin tikintisi üçün xüsusi təşəbbüskarlıq və diqqət göstərən İlham Əliyevə minnətdarlığımızı bildiririk. Yeni müstəqil Azərbaycan uğrunda möhtərəm Prezidentimiz ətrafında sıx birləşən xalqımızın, onun çox milli sağlam gənclik ordusunun tutduğu yol haqqın yoludur. Bu yol Azərbaycan gəncliyinin qurtuluş yoludur.

Hər gəlişi, hər tarixi səfəri Gəncə üçün yeni ruh, yeni həyat gətirən cənab Prezidentimizin bu gün yenidən bu şəhərə ziyarəti zaman-zaman qürur və iftixar hissi ilə xatırlanacaqdır. Yüzlərlə sənaye, təhsil, mədəniyyət, elm, idman, sosial-məişət obyektlərinin və yaşayış binalarının tikilib istifadəyə verilməsi bu gün bütün gəncəlilər tərəfindən Sizin bu qədim şəhərə göstərdiyiniz əvəzsiz qayğının bariz nümunəsi kimi qiymətləndirilir.

Budur, bu cür obyektlərin sırasına yüzlərlə gənc idmançıların yetişməsində xüsusi rolu olacaq bir obyekt də əlavə edilir və bizə onun açılışında iştirak etmək xoşbəxtliyi nəsib olur. Gəncə Olimpiya İdman Kompleksi istifadəyə verilir. Bu möhtəşəm idman qurğusu şəhərin gənclərinə ölkə rəhbərliyi, gələcəyimizin siyasi lideri tərəfindən böyük töhfədir. Hörmətli İlham müəllim, göstərdiyiniz əvəzsiz qayğıya görə Sizə bütün gəncəlilər adından, o cümlədən dünya, Avropa birinciliklərinin və beynəlxalq yarışların 30-dan çox çempionu və mükafatçıları, çoxminlik idmançılar adından səmimi təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Cənab Prezident!

Hörmətli İlham müəllim!

Sizin buraya hər bir səfəriniz Gəncənin həyatında tarixi və siyasi əhəmiyyətli hadisə kimi yaddaşlarda yaşayır və yaşayacaqdır.

Bütün bunlara görə, cənab Prezident, Sizə və hörmətli İlham müəllimə bir daha Gəncə ictimaiyyəti adından dərin təşəkkür və minnətdarlığımızı bildirir, əmin edirik ki, gənclərimizə göstərilən əvəzsiz dövlət qayğısına yüksək nailiyyətlərlə, əməli işlərimizlə cavab verəcəyik. Çox sağ olun.

Hörmətli Prezident !

Əziz toplantı iştirakçıları !

Çox məmuniyyətlə, hamımızın əzizi, hörmətli İlham Əliyevdən bu gün bizə bəxş etdiyi böyük kompleks önündə öz fikirlərini bildirməyi xahiş edirik. Buyurun, İlham müəllim.

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ OLİMPİYA KOMİTƏSİNİN PREZİDENTİ, MİLLİ MƏCLİSİN DEPUTATI İLHAM ƏLİYEVİN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Bu gün Azərbaycanın idman tarixində çox əlamətdar bir gündür, Gəncədə Milli Olimpiya Komitəsinin yeni idman kompleksi açılır və istifadəyə verilir. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm.

Bu kompleks dünyanın ən yüksək standartlarına cavab verir, iki salondan ibarətdir. Burada həm gözəl məşq etmək, təlim-məşq toplanışları keçirmək, həm də ən yüksək səviyyəli beynəlxalq yarışları keçirmək mümkün olacaqdır. Mən əminəm ki, burada yaşayan idmançılar, gənclər, uşaqlar bu kompleksdən səmərəli istifadə edəcəklər.

Azərbaycanda idman sürətlə, hərtərəfli inkişaf edir. İdmançılarımız Azərbaycanı beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər. Təkcə onu demək kifayətdir ki, son beş il ərzində idmançılarımız beynəlxalq yarışlarda, olimpiya oyunlarında, dünya və avropa çempionatlarında 800-dən çox medal, o cümlədən 300-dən çox qızıl medal qazanıblar. Biz istəyirik ki, idmançılarımızın məşğul olmaq üçün şəraiti yaxşı olsun. Bu məqsədlə Milli Olimpiya Komitəsi xüsusi proqram təsdiq edib və o, həyata keçirilir.

Biz çox istəyirdik ki, idmançılarımızın beynəlxalq yarışlarda çıxışlarını təmin edək və buna da nail olduq. İndi deyə bilərəm ki, elə bir beynəlxalq yarış, çempionat yoxdur ki, bizim idmançılarımız orada iştirak etməsin. Bu, çox önəmli bir amildir, çünki beynəlxalq yarışlarda çıxış edərək, idmançı lazımi təcrübə toplayır.

Eyni zamanda, biz çox istəyirdik ki, Azərbaycanda beynəlxalq yarışlar da keçirilsin. Demək olar ki, keçmişdə bizdə belə bir təcrübə yox idi. Lakin son üç il ərzində Azərbaycan beynəlxalq yarışlar meydanına çevrilibdir. Qısa bir müddət ərzində Azərbaycanda yeniyetmələr arasında boks üzrə Avropa çempionatı, sonra isə dünya çempionatı keçirilmişdir. Şahmat üzrə, bodibildinq, sərbəst güləş üzrə Avropa çempionatları Azərbaycanda keçirilmişdir.

Bu, bir tərəfdən, Azərbaycanda idmanın daha da geniş yayılmasına böyük xidmət edir. Eyni zamanda, Azərbaycanı bütün idman aləmi qarşısında daha da yaxşı tanıdır. Deyə bilərəm ki, Azərbaycanda keçirilmiş bütün beynəlxalq yarışlar ən yüksək səviyyədə təşkil olunmuşdur. Bunu təkcə biz yox, bu yarışlarda iştirak edən qonaqlar, idmançılar da deyirlər. Ümumiyyətlə, beynəlxalq idman qurumları tərəfindən Azərbaycana böyük inam, hörmət var. Bizim fəaliyyətimizə çox yüksək qiymət verilir. Bir faktı diqqətinizə çatdıra bilərəm. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti beynəlxalq konfransların birində Avropa milli olimpiya komitələri prezidentlərinin qarşısında çıxış edərək demişdir ki, Avropanın bütün milli olimpiya komitələri Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətindən nümunə götürməlidirlər. Hesab edirəm ki, bundan yüksək qiymət ola bilməz.

Azərbaycanın Milli Olimpiya Komitəsi təbliğat işləri ilə də ciddi məşğuldur. Bu məqsədlə 1998-ci ildən başlayaraq biz “Olimpiya” jurnalı nəşr edirik və idmanda gedən bütün proseslər bu jurnalda öz əksini tapır. Eyni zamanda, bu yaxınlarda Milli Olimpiya Komitəsi “Olimpiya dünyası” adlı qəzet də buraxmağa başlamışbır.

Biz idmançılara böyük qayğı və diqqətlə yanaşırıq. Milli Olimpiya Komitəsi görkəmli idmançılara, onların məşqçilərinə və idman veteranlarına xüsusi təqaüd təsis edib və bir neçə ildir ki, 60-dan çox idmançı, məşqçi, veteran bu təqaüdü alır.

 

Biz istəyirik ki, idmanla məşğul olmaq üçün yaxşı şərait olsun. İdmanla məşğul olmaq istəyənlərin sayı artsın və son illər ərzində idman bölmələrinə müşahidə olunan axın bunu sübut edir ki, biz buna nail ola bilmişik.

Milli Olimpiya Komitəsi idmanın kütləviliyinə çox böyük diqqət göstərir. Biz istəyirik ki, hər bir uşaq, hər bir gənc idmanla məşğul olsun. Çünki idman insanı həm fiziki çəhətdən sağlam edir, həm də mənəvi cəhətdən gücləndirir, təkmilləşdirir. Bu məqsədlə Milli Olimpiya Komitəsi bir neçə il bundan əvvəl xüsusi proqram təsdiq edib və bu proqramın nəticəsidir ki, bu gün burada gözəl idman kompleksi açılır.

Bundan əvvəl Bakıda, Maştağa qəsəbəsində, Naxçıvanda buna oxşar idman kompleksləri açılmışdır. Bu gün biz bu bayramı Gəncədə də qeyd edirik. Deyə bilərəm ki, Azərbaycanın müxtəlif bölgələrində artıq bu işlər gedir və yaxın gələcəkdə Azərbaycanın hər bir bölgəsində idmanla məşğul olmaq üçün gözəl şərait yaradılacaqdır.

Biz idmançılarımızla fəxr edirik. Hər dəfə Azərbaycanın milli bayrağı qaldırılanda, Azərbaycanın dövlət himni səslənəndə hər bir vətənpərvər insan qürur hüssi keçirir. Fəxr edir ki, onun ölkəsinin nümayəndəsi qələbə qazanıb, onun ölkəsi zəfər çalıbdır.

Mən xüsusilə qeyd etmək istəyirəm ki, idmana dövlət tərəfindən də qayğı çox yüksək səviyyədədir. Cənab Prezident şəxsən bu məsələlərlə mütəmadi olaraq maraqlanır, öz göstərişlərini verir, idmançılara, idmanla məşğul olan bütün insanlara, mütəxəssislərə öz köməyini göstərir. Əgər bu qayğı, diqqət, kömək və xoş münasibət olmasaydı, biz bu uğurları qazana bilməzdik.

Əziz dostlar!

Əziz gəncəlilər!

Mən sizi bir daha bu gözəl idman kompleksinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, burda məşq edəcək, yarışacaq gənclər Azərbaycan idmanının şöhrətini daim yüksək tutacaq, vətənə yeni-yeni qələbələr gətirəcəklər. Sağ olun.

X X X

Sonra Gəncə şəhərindəki 6 nömrəli məktəbin XI sinif şagirdi, yeniyetmələr arasinda Avropa çempionu Elçin Əlizadəyə söz verildi.

YENİYETMƏLƏR ARASINDA AVROPA ÇEMPİONU, 6 NÖMRƏLİ MƏKTƏBİN XI SİNİF ŞAGİRDİ ELÇİN ƏLİZADƏNİN ÇIXLŞI

- Möhtərəm cənab Prezidentimiz!

Bu gün Sizin qarşınızda çıxış etmək xosbəxtliyi mənə də nəsib olduğu üçün böyük qürur və iftixar hissi keçirir, özümü dünyanın ən xoşbəxt adamı hesab edirəm.

Hazırda şəhər 6 nömrəli orta məktəbin X1 sinfində oxuyuram. Məktəbdə müəllimlərim, evdə valideynlərim məndə Sizə, zəmanəmizin ən böyük siyasi və dövlət xadiminə, xalqımızın ümummilli liderinə dərin məhəbbət hissləri aşılayıblar. Bu böyük və ülvi məhəbbətə olan inamım bu gün sözün əsl mənasında reallığa çevrilir. Bütün yaşıdlarımın şəxsində yeni, müstəqil Azərbaycanın memarı, gənclərimizin qayğıkeş atası və xilaskarı, dövlətimizin başçısı qarşısında hesabat vermək məsuliyyəti daşıyıram.

Heç şübhə etmirəm ki, bugünkü xoşbəxtlik gələçək həyatımın simvoluna çevriləcəkdir. Bu gün Sizin müdrik, ağsaqqal xeyir-duanızla açılışına toplaşdığımız Gəncə Olimpiya İdman Kompleksinin tikilib istifadəyə verilməsinə görə Sizə və Milli Olimpiya Komitəsinin prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Milli Məclisin deputatı İlham Əliyevə bütün gənclər adından, bütün idmançılarımız adından dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident!

Bildirmək istəyirəm ki, mən həm də idmançıyam, kompleksin istifadəyə verildiyi ərəfədə, on ay ərzində yeniyetmələr arasında dünya çempionatlarında gümüş və bürünc, Avropa çempionatında isə qızıl medal almışam. Ən yaddaqalan qələbəm Lvov şəhərində keçirilən Avropa çempionatının yarımfinal görüşündə erməni rəqibimə qalib gəlməyim oldu. Sol əlimin zədəli olmasına baxmayaraq, Sizə, gənclərimizin və idmançılarımızın lideri İlham Əliyevə olan məhəbbətimi, işğal edilmiş Qarabağımızı, cadır şəhərciklərində yaşayan soydaşlarımızı gözümün önünə gətirdim, bütün gücümü toplayaraq erməni rəqibimə qalib gəldim və çempion adını qazandım.

Bütün varlığımla inanıram ki, Siz öz müdrik siyasətinizlə erməni qəsbkarlarına ən ağır zərbə vurub, boksçuların dili ilə desək, onları nakauta salıb, Qarabağımızı azad edəcəksiniz.

Möhtərəm Prezident, mən bu gün Sizin, Milli Olimpiya Komitəsinin prezidenti hörmətli İlham Əliyevin qarşısında söz verirəm ki, bundan sonra da bütün həyatımı Azərbaycan idmanının söhrətlənməsinə sərf edəcəyəm.

Diqqətinizə görə sağ olun.

X X X

Sonra ikiqat dünya çempionu Şahmurad Qasımov çıxış etdi.

İKİQAT DÜNYA ÇEMPİONU ŞAHMURAD QASIMOVUN ÇIXIŞI

- Möhrətəm Prezident!

Hörmətli İlham müəllim!

Mən Gəncə şəhərinin çoxsaylı məşqçiləri, bədən tərbiyəsi və idman işçiləri, eləcə də dünya və Avropa birinciliyi yarışlarında qızıl, gümüş və bürünc medallar qazanmış şöhrətli idmançılar adından Sizi salamlayır, “Qədim Gəncəmizə xoş gəldiniz!” deyirəm.

İkiqat dünya və Avropa çempionu kimi mən ikinci dəfədir ki, Sizin qarşınızda çıxış edirəm. Bu əlamətdar və tarixi bir gündə qarşınızda çıxış etdiyim üçün özümü xoşbəxt sanıram.

Möhtərəm Prezident!

Siz xalqımızın tələbi ilə yenidən ölkəmizin rəhbərliyinə qayıdışınızdan sonra dövlət quruculuğunun bütün sahələri ilə yanaşı, idman da dövlət siyasətinin bir qolu kimi inkişaf etdirilməyə başlandı. 1994-cü ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması haqqında imzaladığınız Fərman, daha sonra respublika gəncləri forumlarının keçirilməsi, dövlət gənclər siyasəti haqqında imzaladığınız tarixi Fərman hər birimizin cəmiyyətin fəal qurucusuna çevrilməsinə imkan verdi. Gələcəyə inam hissini, qələbə əzmini bir daha artırdı.

Gənc nəslin lideri kimi, İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini seçilməsi gənclər hərəkatına yeni bir təkan verdi.

Möhtərəm Prezident!

Danılmaz faktdır ki, Sizin rəhbərliyiniz və İlham Əliyevin təşəbbüsü ilə idmançılara, onların məşqçilərinə göstərilən dövlət qayğısı günü-gündən artır. Onlara hər cür şərait yaradılır. Dünya və Avropa yarışlarında yüksək yer tutmuş idmançılar Milli Olimpiya Komitəsinin təqaüdü ilə təmin edilir. Məhz bu cür diqqət və qayğının nəticəsidir ki, idmançılarımız Sidneydə keçirilən XXVII yay Olimpiya oyunlarında müstəqil Azərbaycanımızı layiqincə təmsil edərək, iki qızıl, bir bürünc medal qazanmış, respublikamızın üç rəngli bayrağını yüksəkliklərə qaldırmış, dövlət himnimizi səsləndirmişlər.

Cənab Prezident!

Sizin xeyir- duanızla açılışına toplaşdığımız Gəncə Oimpiya İdman Kompleksinin qisa bir vaxt ərzində idmançılarımızın istifadəsinə verilməsi biz məşqçilərdə və idmançılarda böyük ruh yüksəkliyi yaratmışdır.

Möhtərəm Prezident!

Bu gün beynəlxalq standartlara uyğun belə möhtəşəm idman kompleksini bizim istifadəmizə verdiyinizə görə Sizə və İlham Əliyevə məşqçilər və idmançılar adından dərin minnətdarlığımı bildirir və Sizi əmin edirik ki, 2004-cü ildə Afinada keçiriləcək XXVIII yay Olimpiya oyunlarında bu kompleksdə hazırlanan idmançılar da iştirak edəcəklər.

Yaşasın xalqimizin inam və güvənc yeri olan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev!

Müstəqil Azərbaycan gəncliyinin lideri İlham Əliyevə eşq olsun!

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev təntənəli açılış mərasimində geniş nitq söylədi.

\Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc edilir\.

X x x

Açılış mərasimindən xatirə olaraq, Azərbaycan Prezidenti Heydər Əliyevə üzərində onun portreti toxunmuş xalça hədiyyə edildi.

Rəsmi hissədən sonra Prezident Heydər Əliyev mərasimdə iştirak edən gəncəlilərlə görüşdü, onların problemləri ilə maraqlandı. Bu problemlərin aradan qaldırılması üçün müvafiq orqanların rəhbərlərinə göstərişlər verdi.

Sonra Azərbaycan Prezidenti Heydər Əliyev və Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Gəncə Olimpiya İdman Kompleksinin açılışını bildirən lenti kəsdilər.

Dövlətimizin başçısı beynəlxalq standartlara uyğun inşa edilmiş kompleksin salonlarını gəzdi, idmançılar üçün yaradılmış şəraitlə tanış oldu. Azərbaycan Prezidentinə məlumat verildi ki, iki il ərzində tikilmiş bu kompleksdə idmanın bir sıra növləri üzrə respublika və beynəlxalq miqyaslı yarışlar keçirmək mümkündür. Milli Olimpiya Komitəsinin hədiyyəsi olan bu kompleksin istifadəyə verilməsi Gəncədə, ümumiyyətlə, Azərbaycanda idmanın daha da inkişafına təkan verəcəkdir.

Sonra Olimpiya İdman Kompleksinin açılışına həsr olunmuş bədii-idman proqramı nümayiş etdirildi. Kompleksin böyük salonuna toplaşmış idmançılar, qonaqlar, şəhər ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar.

Azərbaycanın dövlət himni səsləndikdən sonra gənc və yeniyetmə idmançıların nümünəvi çıxışları oldu. Gəncənin incəsənət xadimlərinin, bədii özfəaliyyət kollektivlərinin ifa etdikləri mahnılar, rəqslər də mərasimə toplaşanlar tərəfindən maraqla qarşılandı.

Gəncə Olimpiya Kompleksinin açılış mərasimində baş nazirin müavini Abid Şərifov, bir sıra nazirliklərin, səhmdar cəmiyyətlərinin rəhbərləri, habelə olimpiya çempionları Rəfiqə Şabanova, Lyudmila Şubina, Nazim Hüseynov, Namiq Abdullayev, Zemfira Meftahəddinova, dünya və Avropa birinciliklərinin qalibləri iştirak edirdilər.

X X X

Azərbaycan Prezidenti, Ali Baş komandan Heydər Əliyev sentyabrın 12-də Gəncədəki “N” hərbi hissəsinə gəldi. Əsgər və zabitlər dövlətimizin başçısını hərarətlə salamladılar.

Ali Baş Komandana hərbi hissə barədə məlumat verildi. Dövlətimizin başçısı hərbi hissənin şəxsi heyəti ilə səmimi söhbət etdi, hərbçilərin qayğıları ilə də maraqlandı. Sonra Prezident Heydər Əliyev hərbi hissənin sərəncamında olan döyüş texnikası ilə tanış oldu.

Hərbi hissənin kəşfiyyat qrupunun yüksək peşə hazırlığı ilə nümayiş etdirdiyi təmrinlər böyük maraq doğurdu.

Daha sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin hərbçilərlə görüşünə həsr olunmuş mərasim keçirildi.

Ali Baş Komandan hərbi hissənin geniş təlim meydanında səf sıralarla düzülmüş əsgərlərin qarşısından keçdi, onları salamladı.

Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının dövlət himni əzəmətlə səsləndi.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev mərasimdə çıxış edərək, hərbi hissənin əsgər və zabitləri ilə görüşə gəldiyinə görə dövlətimizin başçısı, Ali Baş Komandan Heydər Əliyevə təşəkkürünü bildirdi. Nazir vurğuladı ki, Ali Baş Komandanın hərbçilərlə hər bir belə görüşü, verdiyi tapşırıq və tövsiyələr milli ordumuzun mətinləşməsində müstəsna əhəmiyyətə malikdir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyev mərasimdə nitq söylədi, əsgər və zabitlərə doğma Vətənə sədaqətlə xidmət etmək üçün dəyərli tövsiyələr verdi, şərəfli işlərində onlara uğurlar arzuladı.

(Dövlətimizin başçısının nitqi böyük maraqla dinlənildi və alqışlarla qarşılandı).

Mərasimin sonunda hissənin xüsusi təyinatlı dəstəsinin üzvləri əlbəyaxa döyüş fəndlərini nümayiş etdirdilər. Hərbi hissənin şəxsi heyəti sərrast addımlarla Azərbaycan Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin dayandığı tribunanın qarşısından keçdi.

X X X

Sentyabrın 12-də Azərbaycan Prezidenti Heydər Əliyevin sədrliyi ilə Gəncə Şəhəri İcra Hakimiyyətində geniş müşavirə keçirildi. Müşavirəni dövlətimizin başçısı Heydər Əliyev açdı. 

Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Eyvaz Babayev, iqtisadi inkişaf naziri Fərhad Əliyev, “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, “Azəriqaz” Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikov müşavirədə çıxış etdilər, şəhərin sosial-iqtisadi problemləri ilə bağlı fikirlərini bildirdilər.

Prezident Heydər Əliyev müşavirəyə yekun vurdu, qaldırılan problemlərin həlli ilə bağlı müvafiq nazirliklərə və təşkilatlara göstərişlər verdi.

Müşavirədən sonra dövlətimizin başçısı jurnalistlərə qısa müsahibə verdi.

Azərbaycan Prezidenti Heydər Əliyev sentyabrın 13-də Goranboy rayonuna yola düşəcəkdir.

AZƏRTAC

Foto Yaşar Xəlilovun və Rafiq Bağırovundurdur

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək