Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV İLƏ ERMƏNİSTAN PREZİDENTİ ROBERT KOÇARYANIN TƏKBƏTƏK GÖRÜŞÜ

Avqustun 14-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda, Azərbaycan Respublikası ilə Ermənistan Respublikasının sərhədində Azərbaycan Prezidenti Heydər Əliyev ilə Ermənistan Prezidenti Robert Koçaryan arasında təkbətək görüş olmuşdur. Görüş 4 saatdan çox davam etmişdir.

Azərbaycan və Ermənistan prezidentləri görüşün faydalı olduğunu, bu səviyyədə danışıqların davam etdirilməsinin zəruriliyini vurğuladılar.

Prezidentlər təkbətək keçirilən hər bir görüşün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün əhəmiyyətli olduğunu, münaqişənin həlli ilə bağlı bütün səyləri səfərbər etməyin vacibliyini bildirdilər. Atəşkəs rejiminə bundan sonra da əməl olunmasının zəruriliyini qeyd edən dövlət başçıları münaqişənin sülh yolu ilə nizama salınmasında ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinin davam etdirilməsinin vacib olduğunu vurğuladılar. Prezidentlər MDB ölkələri dövlət başçılarının Kişinyovda keçiriləcək zirvə toplantısında yenidən görüşmək niyyətində olduqlarını bildirdilər.

Təkbətək görüş başa çatdıqdan sonra Prezident Heydər Əliyev və Prezident Robert Koçaryan jurnalistlər qarşısında qısa bəyanatlarla çıxış etdilər.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN

BƏYANATI

- Hörmətli jurnalistlər, Ermənistan Respublikasının və Azərbaycan Respublikasının mətbuat nümayəndələri!

Bu gün iki prezidentin - Ermənistan Prezidenti Robert Koçaryanın və Azərbaycan Prezidenti Heydər Əliyevin görüşü oldu. Bilirsiniz ki, 1999-cu ildən başlayaraq, biz vaxtaşırı görüşürük. O vaxt biz bu görüşlər barədə razılığa gəldik, o mənada ki, ATƏTİ-in Minsk qrupu və onun həmsədrləri ilə yanaşı, biz, iki prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinin uğurla həll olunmasına şəxsi görüşlərimiz vasitəsilə kömək edə bilərik.

Bu gün biz görüşdük və ötən görüşləri xatırladıq. Bilirsiniz ki, bu kiçik otaqda 4 saat söhbət etdik və belə isti havada siz də bizi gözlədiniz. Lakin bütün bunlar münaqişənin nizama salınmasının qarşılıqlı surətdə məqbul yollarını axtarıb tapmaq üçün lazımdır. Hesab edirəm ki, bu görüş faydalı, gərəkli oldu.

Bəzən Azərbaycanda da, Ermənistanda da, dünyanın digər regionlarında da belə deyirlər ki, iki prezident görüşür, nəticə isə yoxdur, onda belə görüşləri davam etdirməyə ehtiyac varmı? Yeri gəlmişkən, bu gün biz həmin məsələni də müzakirə etdik, yəni fikir mübadiləsi apardıq. İkimiz də belə qənaətə gəldik ki, bəli, bu görüşləri davam etdirməyə ehtiyac var. Ermənistan Prezidenti və mən münaqişəni necə nizama salmaq məsələsini bir çox mövqelərdən nəzərdən keçirdik. Biz ötən görüşlərimizin nəticələrini təhlil etdik və hər ikimiz belə bir fikrə gəldik ki, danışıqlar, o cümlədən də prezidentlərin bilavasitə görüşləri üçün potensial hələ tükənməyibdir. Biz, - mən Azərbaycan tərəfindən deyirəm, əslinə qalsa, burada aramızda fikir ayrılığı olmadı, - atəşkəs rejimini qoruyub saxlamalı və möhkəmlətməli, danışıqları davam etdirməli, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini stimullaşdırmalı, məsələnin həllinə kömək etmək üçün digər imkanlardan istifadə etməli və iki prezidentin - Ermənistan və Azərbaycan prezidentlərinin şəxsi görüşlərini davam etdirməliyik.

Hesab edirəm ki, bizim 4 saatlıq söhbətimiz çox faydalı, çox maraqlı oldu və zənnimcə, bizi bir daha inandırır ki, münaqişənin dincliklə nizama salınması üçün,- şübhə yoxdur ki, buna nail olmaq lazımdır,- Minsk qrupu həmsədrlərinin fəaliyyəti ilə yanaşı, biz prezidentlərin görüşlərinin bu formatını davam etdirə bilərik. Bəyan edirəm ki, münaqişənin dincliklə nizama salınması Azərbaycan üçün vacibdir, buna heç bir şübhə yoxdur, bu, Azərbaycana lazımdır. Mənə elə gəlir ki, Robert Sedrakoviç özü bu barədə danışacaqdır, mən onun əvəzinə danışmaq istəmirəm. Ancaq deyə bilərəm ki, biz bu baxımdan da yekdil fikirdə olduq. Mən məmnunam ki, bu gün biz görüşdük, danışdıq, bu qədər vaxt sərf etdik. Zənnimcə, biz bu görüşləri davam etdirməliyik. Ola bilər MDB ölkələri dövlət başçılarının Kişinyovda keçiriləcək toplantısında biz bir daha görüşə bilək. Mənim demək istədiyim bunlardır. İndi isə mikrofonu Robert Koçaryana verirəm. Robert Sedrakoviç, buyurun.

ERMƏNİSTAN PREZİDENTİ ROBERT KOÇARYANIN BƏYANATI

- Heydər Əliyeviç, sağ olun.

Hörmətli jurnalistlər, əvvəla, çöl şəraitində danışıqlar aparılması üçün kifayət qədər yaxşı imkan yaradıldığına görə Azərbaycan tərəfinə təşəkkür etmək istərdim. Həmçinin qeyd etmək istərdim ki, biz bir qədər mürəkkəb vəziyyətdəyik. 4 saatlıq danışıqlardan sonra əhval-ruhiyyəmiz sanki yaxşıdır, deməli, ümumən biz görüşün gedişindən razıyıq. Bununla belə, konkret olaraq heç nə deyə bilmirik, ona görə də bu baxımdan sizi müəyyən dərəcədə məyus edirik. Ona görə deyə bilmirik ki, proses, ümumiyyətlə, mürəkkəbdir, proses yaxın keçmişdə zəifləmişdi və deməliyəm ki, çoxdandır biz, bax, belə görüşməmişdik. Hər halda ümid var ki, bu görüş bir qədər gecikmiş olsa da, prosesə təkan verəcək və biz irəliləyə biləcəyik.

Təəssüflənirəm ki, konkretlik barədə təkrara varacağam. Biz, sadəcə olaraq, danışa bilmərik, indiki halda danışıqlar prosesinin texnologiyası, ümumiyyətlə, texnologiyalar belədir. Heydər Əliyeviç, təkrar edirəm ki, sülh Ermənistana da lazımdır. Biz problemin dincliklə nizama salınması niyyətimizdə, həqiqətən, səmimiyik. Mən bugünkü görüşümüzdən kiçik bir epizod danışacağam. Tam açıq şəkildə dedik ki, problemi biz həll etməsək, kim həll edəcəkdir. Heydər Əliyeviçin tərcümeyi-halını nəzərə alaraq, mənim məhz Dağlıq Qarabağla bağlı, bu problemin 10 illiyi, hətta 12 illiyi ilə bağlı tərcümeyi-halımı nəzərə alaraq hiss edirik ki, bu baxımdan bizim üzərimizə böyük məsuliyyət düşür. Üstəlik, vasitəçilər də daim deyirlər ki, bax, əgər prezidentlər razılığa gəlsələr, onda beynəlxalq birlik əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün lazımi ehtiyatların - həm siyasi, həm də maddi ehtiyatların tam paketini təqdim etməyə hazırdır. Mən bugünkü görüşümüzü müsbət qiymətləndirirəm, bundan sonra da işləyəcəyik. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib