Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MƏRMƏRƏ QRUPU VƏQFİNİN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev avqustun 23-də Prezident sarayında Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suvərin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Heydər Əliyev qonaqları salamlayaraq dedi: Mən sizə təşəkkür edirəm ki, vaxtınızı sərf edib Azərbaycana gəlmisiniz və referendumun gedişini müşahidə edəcəksiniz. Sizin Azərbaycanla, xüsusilə mənimlə çox yaxın dostluq əlaqəriniz yəqin ki, sizi bu dəfə Azərbaycana gətirən əsas səbəblərdən biridir. Mən buna görə sizə təşəkkür edirəm, çox sağ olun. Ancaq eyni zamanda, siz mənim çox yaxın dostlarımsınız. Şəxsən çox məmnunam ki, mənə yenə də dostlarımla görüşmək nəsib oldu.

Mən Türkiyədə olanda bəzən görüşürük. Azərbaycana gəlirsiniz, çox sağ olun, görüşürük. Bunların hamısı lazımdır. Çünki dostlar görüşməlidir, danışmalıdır. Görüşmək, danışmaq olmasa, bəzən dostluq əlaqələri də soyuyur. Düzdür, bizim əlaqələrimiz soyumaz, çünki dostluğumuz böyükdür, dərindir. Doğrudur, bəzi böyük tədbirlərinizdə iştirak etməyə məni dəvət edirsiniz, lakin vaxt olmur, gələ bilmirəm. Amma gərək bir dəfə xüsusi olaraq sizin vəqflə bağlı Türkiyəyə, İstanbula gələm. Axı, mən sizin vəqfin fəxri başqanlarından biriyəm. Ona görə gəlməliyəm, bu, mənim borcumdur. Amma siz də görürsünüz ki, bizim işlərimiz olduqca çoxdur, ona görə də imkan edə bilmirəm. Bir müddət əvvəl mən İstanbulda, Qara Dəniz İş Birliyinin toplantısında oldum, sizinlə görüşdüm. Amma vəqfi ziyarət etməyə imkanım olmadı. Çünki Ankaraya getdim. Orada bir çox işlər vardı, oradan da Qarsa getdim, yəqin ki, eşitdiniz. Qarsdakı Qafqaz Universiteti mənə fəxri doktor adı veribdir.

Düzdür, Türkiyədə bir çox universitetlər mənə fəxri doktor adı veriblər, hələ almamışam. Ancaq Qarsa getdim, çünki Qars mənim üçün çox əhəmiyyətli bir yerdir. Mən Naxçıvanda yaşayanda Türkiyəyə İğdırdan, Qarsdan keçib gəlirdim. Qarsın Azərbaycanla əlaqələrdə də xüsusi yeri var. Bilirsiniz ki, məşhur Qars müqaviləsi var, 1921-ci ilin oktyabr ayında Qarsda Rusiya, Azərbaycan, Türkiyə, Gürcüstan, bir də Ermənistan tərəfindən imzalanıbdır. Bu müqavilə Azərbaycan, Ermənistan, Türkiyə sərhədlərinin müəyyən edilməsi haqqındadır. O vaxt ermənilər iddia edirdilər ki, Türkiyənin şərqində olan torpaqlar guya onlara məxsusdur. Bizim bəzi başqa torpaqlara da iddia irəli sürürdülər. Bu baxımdan Qars müqaviləsi çox əhəmiyyətli bir sənəddir. Bunu çoxları unutmuşdu, tarixdə qalmışdı. Amma mən Naxçıvanda işləyəndə bu bölgənin problemləri ilə məşğul oldum, Naxçıvanı qorumaq lazım idi. Mən bilirdim ki, Qars anlaşması var. 1992-ci ilin fevral ayında Ankaraya gəldim. Orada Qars anlaşması haqqında mətbuata geniş məlumat verdim. Beləliklə, bu anlaşma yenidən gündəliyə çıxdı.

Xatirimdədir ki, Moskvada buna çox mənfi reaksiya verdilər. Naxçıvanda bir dəfə televiziyaya baxırdım. Moskvadan Qars müqaviləsinə aid bir veriliş verdilər. Axırda isə bildirdilər ki, bu müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur, hətta Qars müqaviləsinin mətnini elə studiyadaca yandırdılar. Amma onu yandırmaq mümkün deyil, bu müqavilə o vaxt həmin dövlətlər tərəfindən imzalanıb, hər dövlət tərəfindən ratifikasiya olunub və ümumdünya, beynəlxalq təşkilatlarda qeydə alınıbdır, onu pozmaq mümkün deyildir.

Səmimi qəbula görə minnətdarlıq edən Mərmərə qrupu vəqfinin sədri Akkan Suvər nümayəndə heyətinin üzvlərini dövlətimizin başçısına təqdim edərək dedi:

 

Möhtərəm Cümhur başqanımız, yenidən Sizin hüzurunuzda olduğumuz və fəxri sədrimiz kimi Sizə vəqfimizin ötən ilki fəaliyyəti barədə hesabat təqdim etdiyimiz üçün böyük sevinc duyuruq. Sözlərimə başlamazdan əvvəl, Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin salamını və ehtiramını Sizə çatdırmaqdan bəxtiyarlıq duyduğumu bildirmək istəyirəm. Buraya qədəm qoyduğumuz ilk andan gördük ki, sanki köhnə Bakı yox olmuş, yeni Bakı yaranmışdır. Tər-təmiz küçələri və işıqları ilə şəhər tanınmayacaq dərəcədə dəyişmiş, son dərəcə gözəlləşmişdir. Doğrusu, Bakını tanıya bilmədik. Sizin hüzurunuzda Bakının bələdiyyə rəisini ürəkdən təbrik edirik.

Dəyərli Cümhur başqanımız, Siz böyük bir iş gördünüz və Azərbaycan televiziyasının Türkiyəyə yayımını təşkil etdiniz. Bu, bizim Azərbaycanla olan əlaqələrimizin qüvvətlənməsinə, artmasına böyük təkan verir. Türkiyədə, demək olar, hamı hər axşam Azərbaycan televiziyasına baxır. Bu barədə dost-tanışdan çox eşitmişəm. Sizə deyim ki, bu, çox gözəl bir iş oldu. Nəticədə həm Sizi televiziyada görmək, həm də on il bundan əvvəlki hadisələrin ildönümlərini seyr etmək türk ziyalılarına çox ləzzət verir.

Buraya gəlişimizin bir səbəbi də keçiriləcək referendumla bağlıdır. Dünyada çox az ölkə var ki, Konstitusiyada dəyişiklik aparmaq üçün öz xalqının ayağına gedir. Məsələn, bizim ölkəmizdə belə şeyləri məclisdə həll edirlər.

Parlament üzvləri əl qaldırmaqla Konstitusiyada istənilən dəyişikliyi edə bilərlər. Ancaq Siz bunun ən gözəlini həyata keçirirsiniz. Bizdən fərqli olaraq, bunu xalqın müzakirəsinə verirsiniz. Bu münasibətlə biz zati-alinizin şəxsində bütün azərbaycanlı qardaşlarımızı təbrik edirik. Bu, demokratiya üçün çox böyük xeyirxahlıq, insan haqlarına böyük hörmət nümunəsidir.

Vəqfin sədri Azərbaycan Prezidentinin Türkiyəyə səfərinin çox uğurla keçdiyini xatırladaraq vurğuladı ki, Siz Türkiyədə çox az dövlət başçısına göstərilən bir səmimiyyət, hörmət və qardaşlıq duyğuları ilə qarşılandınız. Bu, türk millətinin həm zati-alinizə olan məhəbbətinin, həm də qardaş Azərbaycana bəslədiyi duyğuların parlaq təzahürü idi. Başqa bir hadisə də Türkiyədə çox böyük əks-səda doğurdu. Türkiyə futbol komandası dünya birinciliyində üçüncü yer qazandıqda, Türkiyə Prezidenti və baş naziri də daxil olmaqla,- bunu tam səmimiyyətimlə söyləyirəm, - heç kimdən səs-səmir çıxmazdan əvvəl Siz türk millətinə təbrik göndərdiniz. O, Türkiyə televiziyaları tərəfindən dəfələrlə göstərilirdi. Xüsusilə, “qardaşım Əhməd Necdət Sezər” kəlmələri ilə başlayan və “bu zəfər yalnız Türkiyənin deyil, bütün türk dünyasınındır” sözləri ilə davam edən təbrikiniz Türkiyədə çox böyük reaksiya doğurdu.

Cənab Akkan Suvər vəqfin fəaliyyətindən söhbət açaraq dedi ki, ötən il biz BMT-nin keçirdiyi toplantılarda Türkiyəni qeyri-hökumət təşkilatı kimi təmsil etmişik. Keçən il Özbəkistanda keçirilən prezident seçkilərində mən BMT tərəfindən müşahidəçi kimi iştirak etdim. 2001-ci ildə 10 nəfərlik bir heyətlə Sofiyada səfərdə olduq. Bolqarıstanın Prezidenti, baş naziri, parlamentin sədri, xarici işlər naziri, habelə keçmiş Prezident Jelyu Jelev tərəfindən qəbul edildik. Bütün bu görüşlərdə zati-alinizin bizim vəqfin fəxri sədri olduğunu vurğuladıq.

Bundan əlavə, 2001-ci ildə 4-cü Avrasiya İqtisadi Zirvəsini və Dünya İdarəçi Qadınlar Forumunu uğurla keçirdik. Bu mühüm tədbirlərə göndərdiyiniz təbrik məktublarınıza görə Sizə minnətdarlığımızı bildirirəm.

Mərmərə qrupu vəqfi keçən il Türkiyənin ən nüfuzlu 125 qurumu ilə birlikdə “Avropa Birliyinə - bəli!” kampaniyasını təşkil etmişdir. Bu kampaniya çox böyük uğurla başa çatmış və bildiyiniz kimi, Türkiyə Böyük Millət Məclisi Avropa Birliyinə üzv olmaq üçün lazım olan bütün qanunları təsdiq etmişdir. Vəqfimiz Türkiyədəki mühüm bir tədbirdə də təşəbbüskar kimi çıxış etmişdir. Ölkənin ən nüfuzlu qurumları ilə birlikdə Türkiyə Etika Dərnəyini yaratmışıq. Bu dərnək hazırda və gələcəkdə ölkəmizdə mühüm məsələlər barədə doğru və dürüst qərarlar qəbul olunmasına nəzarət edəcək bir mexanizm rolunu oynayacaqdır.

Müntəzəm olaraq aylıq toplantılarımızı da keçirmişik. Bu toplantılarda Süleyman Dəmirəl, Tansu Çillər, Məsud Yılmaz, Rusiya və Çin səfirləri, hərbçilər, milli təhlükəsizlik şurasının üzvləri, konstitutsiya məhkəməsinin sədri, tanınmış qurumların rəhbərləri iştirak etmişlər.

Bu il sentyarbrın 26-28-də İstanbulda keçirəcəyimiz 5-ci Avrasiya İqtisadi Zirvəsinə zati-alinizin təbrik məktubu göndərəcəyinə, yüksək səviyyəli Azərbaycan nümayəndə heyətinin bu tədbirdə iştirak edəcəyinə ümid edirik. Bundan başqa, oktyabrın 17-dən 19-dək keçiriləcək “Türkiyə və qonşu ölkələrin qadın parlament üzvlərinin Sülh və əməkdaşlıq konfransı”na yüksək səviyyəli nümayəndə heyətinin iştirakını da ürəkdən arzulayırıq.

Vəqfin sədri daha sonra dedi: Böyük Atatürkün latın əlifbasını qəbul etmək barədə 9 avqust 1928-ci il tarixli qərarının və zati-alinizin Azərbaycanda latın əlifbasına keçmək haqqında 9 avqust 2001-ci il tarixli fərmanının xoş təsadüf nəticəsində eyni günə düşməsi münasibətilə idarə heyətimizin Azərbaycandan gələn deputatlarla iyunun 15-də İstanbulda keçirdiyi birgə iclasın qərarına əsasən, Siz Azərbaycana və türk dünyasına bu günədək bacarıqla rəhbərlik etdiyinizə görə yekdilliklə 2002-ci ilin “Baş müəllim Atatürk” mükafatına layiq görülmüsünüz.

Sizi təbrik edirik. Latın əlifbası yolunda atdığınız bu böyük addım münasibətilə Sizə və şəxsinizdə azərbaycanlı qardaşlarımıza bir daha təbriklərimizi yetirir, mükafatı qəbul etməyinizi xahiş edirik.

Bu, İstanbuldakı məşhur “Yıldız Porselen”də əllə hazırlanmışdır. Kənarları qızıl işləməlidir. Burada “Baş müəllim Atatürk ödülü” sözləri yazılmışdır.

Prezident Heydər Əliyev vəqfin sədrinə təşəkkür edərək dedi: Vəqfin işləri haqqında verdiyiniz məlumat məni çox sevindirdi. Türkiyədə vəqflər çoxdur, hər kəs vəqf yarada bilər, ona görə də bəzən başa düşmək olmur ki, bu necə, böyük, dəyərli vəqfdir, yoxsa adi bir vəqfdir.

Sizinlə İstanbulda tanış olanda məni öz vəqfinizə dəvət etdiniz. Böyük bir mərasim keçdi, nitq söylədik, ziyafət də verdiniz. Orada çox adam var idi, mən onda hiss etdim ki, sizin vəqfiniz həqiqətən çox dəyərli işlər görmüşdür, Türkiyədə böyük hörmətə malik olan vəqfdir. O vaxt Siz məni fəxri sədr seçdiniz və bundan çox məmnun oldum. Son dövrlərdə, xüsusən də keçən il gördüyünüz işlər haqqında verdiyiniz məlumat fəxri sədri olduğum bu vəqfin fəaliyyətinə məndə böyük ehtiram yaratdı. Çünki doğrudan da siz böyük işlər görürsünüz. Bütün bunlar məni çox sevindirir. Mən arzu edirəm ki, vəqfiniz bundan sonra daha da genişlənsin, yalnız Türkiyədə deyil, bütün dünyada fəaliyyətini genişləndirsin. Türkiyə Cümhuriyyətinə, xalqına fayda versin və Türkiyə ilə Azərbaycanın dostluq və qardaşlıq əlaqələrinin inkişafına yeni-yeni töhfələr versin.

Mənim sizin vəqfin fəxri sədri seçilməyim, ilk növbədə, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin inkişaf etməsi və genişlənməsi üçün yeni bir vasitədir.

Mən 9 ildir Azərbaycanın Prezidentiyəm, bu müddətdə Türkiyə ilə əlaqələrimiz çox inkişaf edibdir. Bu, həm Azərbaycan xalqının iradəsidir, həm də Prezident kimi mənim iradəmdir. Mən bu xətti bundan sonra da aparacağam. Biz bundan sonra da əlaqələrimizin daha da canlı olması üçün yeni-yeni imkanlar axtarıb tapmalıyıq. Çünki dünyada çox böyük dəyişikliklər əmələ gəlir, hər ay, hər il dəyişir. Biz bütün bu dəyişikliklərlə ayaqlaşmalıyıq.

 

Siz mənə “Baş müəllim Atatürk” mükafatını verdiniz. Bu, böyük bir mükafatdır. Siz bilirsiniz ki, mən Atatürk adına beynəlxalq sülh mükafatı laureatıyam. Onu mənə Ankarada təqdim etdilər. İndi isə siz məni baş müəllim adlandırırsınız. Mən bunu məmnuniyyətlə qəbul edirəm, çünki Atatürkün ideyalarını yaymaq, təbliğ etmək və xalqımıza çatdırmaq, həm də bu ideyalardan faydalanmaq, istifadə etmək sahəsində çox işlər görmüşəm. Bu, bir siyasi xadim, lider və Prezident kimi mənim fəaliyyətimdə çox mühüm yer tutur. Təsadüfi deyil ki, mən Azərbaycanda Atatürk Mərkəzi yaratdım. Siz bunu bilirsiniz, orada böyük işlər görüləcəkdir.

Türkiyə Cümhuriyyətinin yaradıcısı Atatürk elə bir şəxsiyyətdir ki, onun haqqında nə qədər danışsan, yenə də azdır. Atatürkün həyatını, fəaliyyətini daim öyrənmək lazımdır. Bizdəki Atatürk Mərkəzi bu işləri də görəcəkdir. Atatürkün indiyə qədər Azərbaycanla əlaqədar dediyi sözləri, gördüyü işləri, naməlum qalan cəhətləri aşkara çıxaracaqdır.

Belə çıxır ki, mən də bu sahədə öyrətmənlik, müəllimlik etməliyəm. Baş müəllim kimi, gərək başqa müəllimlərə də öyrədəm ki, Atatürkün ideyalarını necə həyata keçirmək lazımdır. Mənə təqdim etdiyiniz bu hədiyyə də çox qiymətlidir. O mənada yox ki, bunun müəyyən maddi dəyəri var, o mənada ki, siz Azərbaycanın cümhur başqanı kimi məni Atatürklə bir yerdə təsvir edibsiniz və gözəl ornament içində göstəribsiniz.

Mən sizə təşəkkür edirəm. Düzdür, mənim Atatürklə yan-yana şəklim olmayıbdır. Çünki məm Atatürkün yanında olmamışam, özüm də öz şəklimi Atatürkün şəklinin yanına qoya bilmərəm. Amma siz bunu etmisiniz. Çox təşəkkür edirəm.

Bir sözlə, mən Mərmərə qrupu vəqfinin fəaliyyətindən çox razıyam. Gördüyünüz işləri çox yüksək qiymətləndirirəm. Güman edirəm ki, bundan sonra daha böyük işlər görəcəksiniz. Mən vəqfinizin fəxri sədri olmağımdan iftixar duyuram.

X X X

Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə və Türkiyənin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Gürsel Evrən iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH