Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV “METRO” BEYNƏLXALQ ASSOSİASİYASININ ÜZVLƏRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Prezidenti Heydər Əliyev noyabrın 7-də Prezident sarayında Bakı metropoliteninin 35 illiyinə həsr olunmuş yubiley şənliklərində iştirak üçün paytaxtımıza gələn “Metro” Beynəlxalq Assosiasiyasının üzvlərini - Assosiasiyanın baş direktoru Yevgeni Dubçenkonu, Moskva Metropoliteninin rəisi Dmitri Qayevi, Kiyev Metropoliteninin rəisi Nikolay Balatskini, Tbilisi Metropoliteninin rəisi Quram Qabuniyanı, Mıtişşi şəhərindəki “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin sədri Yuri Soldatovu, “Moskva vaqon təmiri zavodu” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Leonid Vinniki qəbul etmişdir.

Dövlətimizin başçısı HEYDƏR ƏLİYEV qonaqları salamlayaraq dedi ki, Azərbaycanda metropoliten tikintisinin bünövrəsi 1940-cı illərdə qoyulsa da, metro inşası 1970-1980-ci illərdə xüsusilə intensiv inkikaf etmişdir. Ölkəmiz çoxdan gözlədiyi müstəqilliyə qovuşandan sonra şəhər təsərrüfatı üçün mühüm infrastruktur olan metro böyük rol oynayır. Metropolitenin yaradılması böyük məbləğdə vəsait qoyulmasını tələb edir, buna görə də Azərbaycana qonşu olan ölkələrin bəzisində bu nəqliyyat növü indiyədək öz inkişafının başlanğıc mərhələsindədir. Prezident Heydər Əliyev vurğuladı ki, məhz buna görə də mən bu hadisənin qeyd olunmasını lazım bildim, çünki 35 il az müddət deyil və bu müddət ərzində böyük işlər görülmüşdür. İndi Bakını əla fəaliyyət göstərən metropolitensiz təsəvvür etmək çətindir. Hərçənd mövcud olduğu müddət ərzində Bakı metropoliteni Ermənistanın xüsusi idarələri tərəfindən törədilmiş iki dəhşətli terror aktına məruz qalmışdır. Ermənilərin əlaltılarının - “Sadval” təşkilatından cəlb etdikləri şəxslərin 1994-cü ilin martında törətdikləri cinayət nəticəsində 14 adam həlak olmuşdur. Lakin, 1994-cü ilin mayında atəşkəs haqqında saziş əldə olunmasına baxmayaraq, elə həmin ilin yayında Bakı metrosunda daha bir terror aktı törədilmişdir. Ermənistanın xüsusi idarələrinin planı əsasında həyata keçirilmiş bu cinayətin təşkilatçısı Azərbaycan ordusunun döyüş əməliyyatları zamanı əsir düşmüş keçmiş hərbi qulluqçusu olmuşdur, ermənilər onu öz tərəflərinə cəlb etmişdilər.

 

Azərbaycan Prezidenti sonuncu hadisədən danışaraq dedi ki, həmin şəxs əsir düşdükdən sonra müxtəlif işgəncələrə məruz qalmış, onu ölümlə hədələmişlər. Ermənilər ona Bakı metrosunda təxribat törətmək tapşırığı vermişlər. O, razı olmuşdur, buna baxmayaraq, cinayətin sifarişçiləri onun anasını Gürcüstan vasitəsilə Dağlıq Qarabağa çağırmış və oğluna nə kimi təklif edildiyini bildirmişlər. Nəticədə o da razılaşmışdır. Qadının evə qayıtması üçün belə bir şərt qoyulmuşdur ki, oğlu bu terror aktını törətməlidir. Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində o adam yaxalanmışdır və hazırda cəzasını çəkir.

Dövlətimizin başçısı on illdən artıqdır çadır düşərgələrində ağır şəraitdə yaşayan vətəndaşlarımızın vəziyyətindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dincliklə həlli üçün göstərilən səylərdən də danışdı.

Prezident Heydər Əliyev bəyan etdi ki, “ermənilərin xüsusi idarələri terrorizmlə məşğul olmuşdur və indi də olmaqdadır. İndi, bütün dünya beynəlxalq terrorizmlə mübarizə apardığı bir vaxtda, mən Bakıda baş vermiş iki konkret hadisəyə istinadən bu barədə danışmağı zəruri hesab etdim”. Dövlətimizin başçısı xatırlatdı ki, erməni terrorçuları 1978-ci və 1986-cı illərdə Moskva metrosunda da iki dəfə terror aktı törətmişdilər.

Azərbaycan Prezidenti MDB ölkələrinin metropoliten işçilərinin əməkdaşlığından danışarkən, dedi ki, son vaxtlar, Vladimir Putin Rusiya Prezidenti seçildikdən sonra Azərbaycanla Rusiya arasında bütün sahələrdə münasibətlər çox uğurla və fəal inkişaf edir.

“Metro” Beynəlxalq Assosiasiyasının baş direktoru YEVGENİ DUBÇENKO keçmiş SSRİ məkanındakı 14 metropolitenin üzv olduğu Assosiasiyanın yaranması tarixindən, onun fəaliyyətinin istiqamətlərindən danışdı. O, sərnişindaşımalar üzrə MDB-də ikinci yeri tutan Bakı metropolitenində tətbiq edilən yeniliklərə yüksək qiymət verdi. Yevgeni Dubçenko dedi ki, Bakı metrosunda yanğın nəticəsində baş vermiş faciə vaqonların modernləşdirilməsi üçün başlıca səbəb oldu və indi onların hamısı bu baxımdan təhlükəsizdir.

Yevgeni Dubçenko Prezident Heydər Əliyevə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə bu sahəyə də rəhbərlik edərkən metro haqqında sənədlər qəbul etdiyinə və metroya böyük qayğı göstərdiyinə görə keçmiş SSRİ-nin bütün metropoliten işçiləri adından təşəkkürünü bildirdi. O, Sankt-Peterburqun 300 illiyinə və Romanovlar sülaləsinin 400 illiyinə həsr olunmuş hədiyyə nəşrini dövlətimizin başçısına təqdim etdi.

Qonaqlar Prezident Heydər Əliyev ilə xatirə şəkli çəkdirdilər.

Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunun, Rafiq Bağırovundur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi