Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV NAXÇIVAN MUXTAR RESPUBLİKASINA SƏFƏRƏ YOLA DÜŞMÜŞDÜR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev avqustun 10-da Naxçıvan Muxtar Respublikasına səfərə yola düşmüşdür. 

Dövlətimizin başçısı HEYDƏR ƏLİYEV yola düşməzdən əvvəl Binə hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibə vermişdir:

-Mənim səfərimin proqramı məlumdur. Avqustun 14-də sərhəddə, Sədərəkdə Ermənistan Prezidenti Koçaryan ilə mənim aramda görüş olacaqdır. Ancaq ona qədər Naxçıvanda bir neçə tədbirlər həyata keçirmək planlaşdırmışam. Birincisi, Naxçıvanın yeni hava limanının tikilməsidir. Sabah oraya mütəxəssislər, lazımi adamlar gələcəklər. Orada bu məsələni müzakirə edəcəyəm, layihəyə baxacağam və yəqin qərar qəbul edəcəyəm ki, yeni müasir, dünya standartlarına cavab verən, dünyanın hər bir ölkəsi ilə əlaqə saxlamaq imkanı olan hava limanı tikilsin.

İkincisi, sizə məlumdur ki, mən Sərəncam vermişəm, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan şöbəsini yaratmışam. Bu, çox mühüm məsələdir. Orada bir neçə institut yaranacaq və onlar Naxçıvanın qədim tarixini, etnoqrafiyasını, təbii sərvətlərini, tarixi abidələrini öyrənməlidirlər. Çünki Naxçıvan Azərbaycanın çox qədim bir hissəsidir. Amma təəssüflər olsun ki, indiyə qədər orada həm tarixi nöqteyi-nəzərdən, həm də Naxçıvanın sərvətlərinin müəyyən edilməsi nöqteyi-nəzərindən lazımi iş görülməyibdir. Ona görə Milli Elmlər Akademiyasının bir qrup nümayəndəsi oraya gedir. Bu məsələləri onlarla müzakirə edəcəyəm.

Üçüncü məsələ də odur ki, hələ 1981-ci ildə, mən burada işləyərkən biz Naxçıvanda Vayxır çayı üzərində böyük bir bənd tikib su anbarı yaratmaq barədə layihə hazırlamışdıq və həmin il bəndin inşasına başlanmışdı. Mən 1982-ci ilin sonunda Moskvaya getdim. O vaxta qədər, ondan sonrakı bir-iki ildə də xeyli iş görülmüşdü. Ancaq təəssüflər olsun ki, o, yarımçıq qalıbdır. Bu da çox mühüm əhəmiyyət kəsb edir. Çünki Naxçıvanda su qıtlığı var. Dağlardan çaylar çox gəlir, amma aran hissədə torpaqlarımızın suvarılması lazımi qədər təmin olunmur. Bir də, ümumiyyətlə, 1981-ci ildə başlanmış işi o vəziyyətdə saxlamaq olmaz. Mən keçən dəfə orada olanda bu məsələni müzakirə etmişdim. İndi orada böyük tədbirlər görmək lazımdır. Orada həm yerində, bənddə olacağam, həm də mütəxəssislərlə müzakirə edəcəyəm. Güman edirəm ki, onun daha sürətlə tikintisinə başlanması haqqında qərar qəbul edəcəyəm. Əsas bu məsələlərlə məşğul olacağam. Ola bilər, başqa məsələlər də ortaya çıxacaqdır.

SUAL: Cənab Prezident, Ermənistan Prezidenti ilə görüşünüzün təşəbbüsçüsü kimdir- Siz, yoxsa Robert Koçaryan? Görüşdə ATƏT-in Minsk qrupunun təklif etdiyi hansısa ideyalar müzakirə olunacaq, yoxsa prezidentlər özləri bütün variantları müzakirə edəcəklər?

CAVAB: Bilirsiniz, təşəbbüsçüsü deyəndə, burada həm o tərəf təşəbbüsçüdür, həm də bu tərəf. Bizə bir neçə dəfə təklif olunmuşdu ki, görüşmək lazımdır. Biz son dəfə 9 ay bundan öncə görüşmüşük. Koçaryan da bəyan etmişdi ki, yaxın vaxtlarda görüşmək lazımdır. Mən də demişdim. Hətta mən demişdim ki, iyun ayında görüşmək lazımdır. Ancaq imkanım olmadı. Sonra Minsk qrupundan mənə dedilər ki, Koçaryan bir neçə dəfə təşəbbüs göstəribdir, indi yəqin ki, Siz təşəbbüs göstərməlisiniz. Çünki həqiqətən də bu belədir. Mən də təşəbbüs göstərdim və avqustun 14-nə görüş təyin olundu. Burada elə bir qeyri-adi şey yoxdur. Amma nə müzakirə edəcəyimizə gəldikdə isə, görüşəndə çox şey müzakirə olunacaqdır.

SUAL: Cənab Prezident, Ağdam bölgəsində atəşkəsin pozulmasını danışıq prosesinə təzyiq kimi qiymətləndirmək olarmı?

CAVAB: Bilirsiniz, bu şeyləri şişirtmək lazım deyildir. Amma bunu şişirdirsiniz. Mən bilmirəm, sən hardansan?

JURNALİST: “Saman yolu” televiziyasından.

HEYDƏR ƏLİYEV: Sən də bir az düz yola gəl. Bizim müxalifət adamlarının təsiri altına düşmə.

JURNALİST: Atəşkəsin ermənilər tərəfindən pozulmasını deyirəm.

HEYDƏR ƏLİYEV: Qulaq as, axı, sən niyə deyirsən ki, atəşkəs pozulubdur? Axı, kim dedi ki, atəşkəs pozulubdur.

JURNALİST: Müdafiə Nazirliyinin məlumatında belə deyilir.

HEYDƏR ƏLİYEV: Müdafiə naziri deməyib ki, atəşkəs pozulubdur. Bilirsiniz, müxalifətdən bir nəfər bu damğanı vurur, ondan sonra hamınız götürüb bunu təkrar edirsiniz. Siz anlayın, başa düşün, hamınıza deyirəm, bütün Azərbaycan xalqına deyirəm: dünya praktikasında indiyə qədər olmayan şeydir ki, bir neçə il müharibə aparmış iki dövlət müharibə nəticəsində böyük itkilər verildiyi, Azərbaycan torpaqlarının bir qisminin işğal olunduğu halda 1994-cü ildə atəşkəs barədə qərara gəlmişdir.

Bəli, onda cəhd var idi ki, buraya Rusiyanın sülhyaratma güvvələri gəlsinlər, bizim aramızda dursunlar. Mən bunu qəbul etmədim. Ermənistanla o vaxt danışdıq ki, biz özümüz bunu təmin edəcəyik. Özümüz də təmin edirik. Bu, dünyada analoqu olmayan bir şeydir. Bu, təkcə bizim xidmətimiz deyil, Ermənistan tərifinin də xidmətidir. Demək, bu onu göstərir ki, Ermənistan tərəfi də istəyir ki, atəşkəs olsun, biz də istəyirik. Bunu heç kəs pozmur. Amma sərhəddə, siz təsəvvür edin, - sən get o sərhəddə, səngərlərin içində 3-4 gün ol, onda görərsən orada nə cürdür,- erməni əsgərləri ilə Azərbaycan əsgərləri bir-birindən 100 metr məsafədə üz-üzə durublar. Biri səngərdən başını çaxardanda snayper vurur. Oradan da çıxaranda bizimkilər vurur. Bu, keçən illər çox olmuşdu. İldə təxminən 250-300 nəfəri bu tərəfdən də, o tərəfdən də vururdular. Haradan çox, haradan az, onu deyə bilmərəm.

Biz danışdıq, mən göstəriş verdim, Koçaryan da. Bizim Müdafiə nazirləri sərhəddə görüşdülər, danışdılar ki, bunların qarşısı alınsın. Bunun qarşısını almaq bizim ümumi siyasətimizdir. Amma cavan bir əsgər orada durub, o birisi başını çıxaranda həvəslidir ki, atım, görüm vura biləcəyəm, yoxsa yox. Vurdu. Ağdam istiqamətində belə bir şey olubdur. Bizim bir zabiti, deyəsən, baş leytenantı vurublar. Sonra iki əsgər onun meyidini götürmək istəyəndə onlara da güllə atıblar, qılçalarından yaralanıblar. Bu, atəşkəsin pozulmasıdırmı? Amma o dəqiqə bizim bu özəl televiziyalar yayır, qatı müxalifət qəzetləri böyük başlıqla yazır ki, atəşkəs pozuldu. Bunlar hamısı yalan şeylərdir. Ona görə də siz ağlınızı başınıza yığın. Ümumiyyətlə, Ermənistan-Azərbaycan münasibətlərinə aid belə səhvlər buraxmayın. İndi bizim daxilimizdə nə edirsiniz, edin. Nə bilim, Prezidenti təhqir edirsiniz, söyürsünüz, nalayiq sözlər deyirsiniz. Bununla öz mənəviyyatsızlıqlarını göstərirlər. Mən bunu sizə demirəm, həmin bu işləri edənlərə deyirəm. Edin, demokratiyadır. Amma başa düşün ki, biz burada, nə təhər deyərlər, ülgücün üstündə durmuşuq. Atəşkəsin pozulması nə bizə, nə də Ermənistana lazım deyildir. Amma, əlbəttə, cürbəcür şayiə ola bilər - üç gün pozuldu, iki gün pozuldu. Onu aradan qaldırmaq üçün 10 gün lazımdır.

SUAL: Cənab Prezident, son vaxtlar İranın Minsk qrupu səviyyəsində məsləhətləşmələrə cəlb olunması Meğri variantı ilə bağlıdır?

CAVAB: Yox, onunla bağlı deyildir. Onun əsas təşəbbüskarı Ermənistandır. Ermənistan bir neçə dəfə deyib ki, İran da bizim bölgədədir, qoy bunu onlar da bilsinlər. Minsk qrupu da Parisdə İranın nümayəndəsi ilə görüşübdür, onu məlumatlandırıbdır.

SUAL: Cənab Prezident, Sizcə Ermənistandakı siyasi böhran onun mövqeyinə təsir edə bilərmi?

CAVAB: Mən Ermənistandakı siyasi böhranı bilmirəm və buna qarışmaq da istəmirəm.

CAVAB: Cənab Prezident, Gürcüstanda vəziyyət gərginləşibdir. Bakı-Ceyhanın reallaşması ərəfəsində bu, Sizin narahatlığınıza səbəb olurmu?

CAVAB: Yox, narahat deyiləm. Onlardan heç bir şey ola bilməz. Sağ olun.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyevi hava limanında baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər yola saldılar.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib