Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV “QARA NİŞANƏ” BƏDİİ FİLMİNİN YARADICI KOLLEKTİVİNİN NÜMAYƏNDƏLƏRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Prezidenti Heydər Əliyev aprelin 18-də Prezident sarayında “Qara nişanə” bədii filminin yaradıcı kollektivinin nümayəndələrini qəbul etmişdir. 

Dövlətimizin başçısı HEYDƏR ƏLİYEV qonaqları salamlayaraq, istedadlı Azərbaycan rejissoru Vaqif Mustafayevin filmində bir sıra ölkələrin tanınmış artistlərinin iştirak etməsindən məmnunluq duyduğunu bildirdi. Azərbaycan Prezidenti “Qara nişanə” filminin yaradılması prosesi barədə danışarkən dedi ki, mən Vaqif Mustafayevin ideyasını dəstəklədim. Bu işin həyata keçirilməsi məsul və çətin bir vəzifədir, lakin “belə kollektivlə, belə yaradıcı xadimlərlə film yaratmaq olar”.

Filmdə keçmiş Sovet İttifaqı respublikalarında son onilliklərdə baş vermiş müxtəlif tarixi hadisələr öz əksini tapacaqdır. Prezident Heydər Əliyev Qazaxıstan rəhbəri Dinmühəmməd Kunayev haqqında, o, vəzifəsindən uzaqlaşdırıldıqdan və yerinə Kolbin təyin edildikdən sonra bu respublikanın paytaxtında baş vermiş faciəli hadisələr haqqında xatirələrini bölüşdü. O, İttifaq rəhbərliyinin, ilk növbədə, Mixail Qorbaçovun insanların həlak olmasına gətirib çıxaran əməllərini “rus şovinizminin təzahürü” adlandırdı.

Rusiyanın xalq artisti ANDREY MARTINOV səmimi qəbula görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirərək, o illərdə hökm sürən mühiti doğru-dürüst canlandırmaq üçün həmin tarixi hadisələrin iştirakçısı ilə belə görüşün vacibliyini vurğuladı, filmdə Heydər Əliyevin rolunu oynayan aktyorun seçilməsini rejissorun uğuru kimi qiymətləndirdi. Vaqif Mustafayev isə dedi ki, Polşa aktyoru Tadeuş Xuk bu rola 105-ci namizəd idi.

Andrey Martınov SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini işləyərkən Heydər Əliyevin Rusiya mədəniyyətinin dəstəklənməsində, incəsənət xadimlərinə qayğı göstərilməsində böyük xidmətləri olduğunu vurğuladı.

Rusiyanın xalq artisti VSEVOLOD ŞİLOVSKİ ölkənin qocaman mədəniyyət ocağı olan Moskva Akademik Bədaye Teatrının yenidən qurulmasında Heydər Əliyevin rolundan söz açaraq, hökumətin iclasında bu işlərə o dövr üçün çox böyük məbləğdə - 25 milyon dollar məbləğində maliyyə vəsaiti ayrılması barədə qərar qəbul etdiyini xatırlatdı. O, Vaqif Mustafayevin “Bir həsədin tarixi” filmini yüksək qiymətləndirdi və dövlətimizin başçısına müraciətlə dedi: “Siz bütün bunlara dözdünüz və görün, indi haradasınız? Buradasınız. Kimsiniz? Prezidentsiniz”.

O, Azərbaycan Prezidentindən çəkiliş prosesinə böyük diqqət yetirməyi xahiş etdi və çəkilişin uğurla başa çatmasını arzuladı.

Dövlətimizin başçısı “Qara nişanə” filminin yaradıcı kollektivinə hərtərəfli yardım göstərəcəyini və onları dəstəkləyəcəyini vəd etdi.

Prezident Heydər Əliyev o illərin hadisələrindən, o cümlədən Kunayevin işdən uzaqlaşdırılmasından danışaraq, bununla bağlı fikirlərini Mixail Qorbaçova bildirdiyini söylədi: “Ona dedim ki, mən insanların milli psixologiyasını bilirəm. Siz səhvə yol verirsiniz. Kolbini Qazaxıstana təyin etmək olmaz. O, isə mənə hirslə, narazı halda baxaraq dedi: “Yaxşı, baxarıq”. Qorbaçovun siyasətinin uğursuzluğu, Sovet İttifaqının süqutu, bunların hamısı onun daxili və xarici siyasətdə buraxdığı səhvlər üzündən baş verdi. Dövlətimizin başçısı daha sonra Qorbaçovun təşəbbüsü ilə Liqaçovun başladığı uydurma “Ozbəkistan işi”ndən də danışdı. Prezident Heydər Əliyev dedi: “Eyni işi Azərbaycanın da başına gətirmək istəyirdilər, lakin burada heç nə alınmadı”.

Azərbaycan Prezidenti görüşdə Mixail Qorbaçovla birgə işlədiyi dövrləri də xatırladı. Dövlətimizin başçısı dedi: ”Mən gedəndən sonra 5 il çiyin-çiyinə işlədiyim, - bundan əvvəl isə Siyasi Büro üzvlüyünə namizəd olmuşam , - Siyasi Büro üzvlərinin heç biri ilə əlaqəm yox idi, hər şey kəsildi, tək qalmışdım. Kimin Moskvada qohumları, ailəsi vardısa, bu, başqa məsələ. Mənim isə heç kimim yox idi. Mənim yalnız uşaqlarım və nəvələrim var idi. 20 Yanvaradək belə yaşadım. Yanvarın 20-də buraya qoşun yeridiləndə, faciə baş verəndə mən dözə bilmədim. Yeri gəlmişkən, mən xəstəxanada idim, qrip olmuşdum. Oradan çıxıb evə gəldim. Qızıma və oğluma dedim ki, Azərbaycanın daimi nümayəndəliyinə gedirəm. Orada çoxlu azərbaycanlı toplaşmışdı. Uşaqlar dedilər ki, biz də səninlə gedirik və mən oraya getdim”.

Artist Canpolad Xuqayev bildirdi ki, o illərdə hamı Heydər Əliyevin yüksələn xətlə gedən siyasi fəaliyyətini izləyirdi. Aktyor dövlətimizin başçısının dəyanətinə heyran qaldığını da gizlətmədi.

Prezident Heydər Əliyev dedi: “Məsələ bundadır ki, kim haqlı idi - Əliyev, yoxsa Qorbaçov? Əliyev artıq 11 ildir ki, burada, öz suveren respublikasında Prezidentdir.

Çətinliklərə baxmayaraq, respublikamız yüksəlişdədir. Bəs indi Qorbaçov kimdir? O, ikinci dəfə prezident olmağı qərara aldı, namizədliyini irəli sürdü və seçicilərin səslərinin cəmi 1,2 faizini topladı. Təsəvvür edirsiniz? O, hətta öz diyarı olan Stavropolda səslərin cəmi 34 faizini topladı. Stavropol diyarının rəhbəri mənə danışırdı ki, Qorbaçov buraya seçicilərlə görüşə gələndə o qədər xoşagəlməz sözlər, o qədər söyüş eşitdi ki, vətəninə gəlməyinə də peşman oldu. Mən isə vətənim Naxçıvana gələndə mənimlə görüşmək üçün meydana 80 min adam toplaşmışdı. Siz bir fərqə baxın!

Mən prezident olmaq istəmirdim, ancaq məni buna vadar etdilər. Bu da məlumdur”.

Heydər Əliyev filmin uğurlu alınacağına tam əmin olduğunu bildirərək dedi: “Çəkiliş zamanı sizə kömək göstərməyi özümə borc, vəzifə hesab edəcəyəm”.

Sonra görüş iştirakçıları Azərbaycan Prezidenti ilə xatirə şəkli çəkdirdilər.

Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə iştirak edirdi.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsi yad edilib

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO