Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV QAZAXISTAN SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dekabrın 3-də Prezident iqamətgahında Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andar Şukputovun etimadnaməsini qəbul etmişdir. 

Səfir ANDAR ŞUKPUTOV Azərbaycan Prezidentinə müraciətlə dedi:

- Hörmətli cənab Prezident!

Qazaxıstan Respublikasının fövqəladə və səlahiyyətli səfiri kimi ölkənizə gəlmək mənim üçün böyük şərəf və məsuliyyətdir. Qazaxıstan müstəqil və suveren Azərbaycana, onun qardaş və mehriban xalqına çox dərin hörmət və rəğbət bəsləyir.

Möhtərəm Heydər Əlirza oğlu, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Abişoviç Nazarbayevin xoşbəxtlik və firavanlıq arzularını şəxsən Sizə və bütün qardaş Azərbaycan xalqına yetirməkdən şərəf duyuram. Mən zəngin tarixə və mədəniyyətə malik Azərbaycan torpağında işləmək və yaşamaq imkanına görə şadam. Mənim bütün fəaliyyətim dövlətlərimiz arasındakı ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə və dərinləşdirilməsinə yönəldiləcəkdir.

Hörmətli cənab Prezident, icazə verin, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri kimi akkreditə olunmağım barədə etimadnaməni Sizə təqdim edim.

X X X

Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV səfirə müraciət edərək dedi:

- Hörmətli cənab səfir!

Sizi Qazaxıstanın Azərbaycanda səfiri təyin olunmağınız münasibətilə təbrik edir, gələcək işinizdə Sizə uğurlar arzulayıram.

Qazaxıstan və Azərbaycan dost ölkələrdir. Keçmişdən və xüsusən, Azərbaycanla Qazaxıstan müstəqillik əldə etdikdən sonra bizi çox tellər bağlayır.

Biz h əyatımızın bir çox sahələrində fəal əməkdaşlıq edirik. Əminəm ki, Qazaxıstanın Azərbaycanda səfiri kimi fəaliyyətiniz Qazaxıstan-Azərbaycan dostluq münasibətlərinin və əməkdaşlığımızın daha da inkişaf etməsinə və dərinləşməsinə kömək edəcəkdir. Bundan ötrü böyük imkanlar var və Siz onları bilirsiniz. Hesab edirəm ki, burada işlədikcə bu imkanlar barədə daha çox məlumatınız olacaqdır.

Azərbaycanda səmərəli fəaliyyətiniz üçün Sizə bütün lazımi şərait yaradılacaqdır. Burada Siz xalqın, insanların, dostların diqqəti, dostcasına qayğısı ilə əhatə ediləcəksiniz. Ümidvaram ki, fəaliyyətiniz uğurlu olacaqdır.

Qazaxıstanın Azərbaycanda səfiri təyin olunmağınız münasibətilə Sizi bir daha təbrik edirəm. Mənim salamımı və ən xoş arzularımı dostum Nursultan Nazarbayevə yetirməyinizi xahiş edirəm.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev, səfir Andar Şukputov və Qazaxıstan səfirliyinin əməkdaşları xatirə şəkli çəkdirdilər.

X X X

Sonra Azərbaycan Prezidenti Heydər Əliyev ilə Qazaxıstan səfiri Andar Şukputov arasında səmimi, mehribancasına söhbət oldu.

Prezident HEYDƏR ƏLİYEV Qazaxıstan-Azərbaycan əlaqələrinin inkişaf perspektivlərindən danışaraq dedi:

- Dövlətlərimiz arasında yaxşı münasibətlər var, lakin Xəzərlə bağlı məsələdə əməkdaşlığımız xüsusilə böyük əhəmiyyət kəsb edir. Bilirsiniz ki, Xəzərin mineral ehtiyatlarından istifadə imkanlarını müəyyənləşdirmək prosesi illərlə davam etmişdir. Biz bu prosesə 1994-cü ildə başladıq. Qazaxıstan bizi həmişə fəal dəstəklədi, sonra da orta xətt üzrə mövqeyini müəyyənləşdirdi. Şadam ki, Qazaxıstanla Rusiya arasında danışıqlar aparıldı və bu danışıqlar yaxşı nəticəyə - qəti sazişin imzalanmasına gətirib çıxardı. Biz Rusiya ilə qəti saziş imzaladıq, Azərbaycanla Qazaxıstan arasında da saziş var. Bir sözlə, bu məsələdə üç Xəzəryanı dövlət eyni fikirdədir.

Biz artıq neçə illərdir ki, Qazaxıstan neftini tankerlərlə gətirib buradan nəql edirik, bu, ildə təxminən 4-5 milyon ton miqdarındadır.

Azərbaycan Prezidenti daha sonra Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikintisi məsələsinə toxunaraq dedi:

- Biz artıq müəyyənləşdirmişik ki, Azərbaycan bütün hallarda öz nefti ilə kəmərin səmərəli işini təmin edəcəkdir. Sentyabrın 18-də biz, üç prezident - Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri Amerika Birləşmiş Ştatlarının energetika nazirinin iştirakı ilə burada bu neft kəmərinin təməlini qoyduq. Yaxın günlərdə tikinti proqramının əməli surətdə həyata keçirilməsinə başlanacaqdır. Son vaxtlar ləngimə Gürcüstanla bağlı idi, çünki orada onların qeyri-hökumət təşkilatlarının, ekoloqlarının bəzi təklifləri, sualları yaranmışdı. Bununla əlaqədar iş bir qədər çətin gedirdi, onlar əvvəlcə bir marşrut təklif etdilər, lakin bu marşrut bizim üçün məqbul olmadı. Marşrut dəyişdirildi, yenisi müəyyən edildi. Həmin marşrutu da öyrənmək üçün böyük iş görüldü. Bütün bunlar edildikdən və biz kəmərin təmələni qoyduqdan sonra ortaya bəzi məsələlər çıxdı. bp şirkətinin Azərbaycandakı prezidenti Devid Vudvord öz nümyəndə heyəti ilə Gürcüstanda - Ekologiya Nazirliyində və digər təşkilatlarda bir neçə gün danışıqlar apardı, Prezident Eduard Şevardnadze onlarla görüşdü. Mən Prezident Şevardnadzeyə zəng etdim, onunla bu məsələ barədə danışdım. Nəhayət, onlar srağagün axşamdan xeyli keçmiş bu məsələni həll etdilər. Devid Vudvord dünən Bakıya döndü, bu gün mən onu qəbul edəcəyəm, o, nəticələr haqqında məruzə edəcək, ancaq ən başlıcası budur ki, məsələ artıq həll olunmuşdur və tikinti başlanacaqdır.

Səfir Andar Şukputov ona göstərilən mehribanlığa və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, vurğuladı ki, ölkələrimiz arasında heç bir ziddiyyət və fikir ayrılığı yoxdur. O, Asiyada etimad və qarşılıqlı fəaliyyət tədbirlərinə dair müşavirə keçirmək barədə Qazaxıstanın təşəbbüsünü dəstəklədiyinə görə Azərbaycan Prezidentinə təşəkkür etdi. Səfir həmçinin bildirdi ki, Qazaxıstan parlamenti Xəzərə dair ikitərəfli Qazaxıstan-Azərbaycan sazişini yaxın vaxtlarda təsdiqləyəcəkdir.

O, Qazaxıstanın da marağı olan əsrin layihəsinin - Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin həyata keçirilməsinə başlanması münasibətilə Azərbaycan Prezidentini təbrik etdi. O dedi ki, ölkələrimizin iqtisadi potensialından qarşılıqlı surətdə faydalı əməkdaşlığın inkişafı üçün tam istifadə edilmir, halbuki böyük imkanlar vardır. Səfir Azərbaycan Prezidentini əmin etdi ki, gələcək fəaliyyətində bu məsələlərin həllini sürətləndirməyə çalışacaqdır.

X X X

Etimadnamənin təqdim olunması mərasimində xarici işlər naziri Vilayət Quliyev, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO