Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV RUSİYA NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev oktyabrın 28-də Prezident sarayında Rusiya Federasiya Hesablama Palatasının sədri Sergey Stepaşin başda olmaqla Rusiya nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı HEYDƏR ƏLİYEV qonaqları salamlayaraq dedi ki, Rusiya nümayəndə heyətinin səfəri Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı üçün və Azərbaycan Hesablama Palatasının əlavə təcrübə əldə etməsindən ötrü çox faydalı olacaqdır. Prezident Heydər Əliyev Sergey Stepaşinin Rusiyanın xüsusi xidmət idarələrinə və Daxili İşlər Nazirliyinə başçılıq etdiyi vaxtlarda onunla dəfələrlə görüşdüyünü xatırladaraq, hüquq-mühafizə orqanları arasında münasibətlərin inkişafı və möhkəmləndirilməsi sahəsində Azərbaycan və Rusiya tərəflərinin xeyli iş gördüyünü vurğuladı. Bu strukturlar arasında əlaqələr yaxşı səviyyədədir və bu əməkdaşlıq Azərbaycanda ağır cinayətlər törədib, Rusiyanın müxtəlif regionlarında, o cümlədən də Moskvada gizlənmiş cinayətkarların tutulub ölkəmizə təhvil verilməsinə imkan yaratmışdır.

Azərbaycan Prezidenti dedi ki, ölkəmizdə Hesablama Palatası xeyli gec yaradılsa da, onun işini sahmanlamaq mümkün olmuşdur. Rusiya Hesablama Palatası nümayəndə heyətinin Azərbaycana səfəri həm ikitərəfli münasibətlərin inkişafına, həm də Rusiya Hesablama Palatasının topladığı böyük təcrübəni azərbaycanlı həmkarları ilə bölüşməsinə kömək edəcəkdir. Prezident Heydər Əliyev dedi: “Siz həmişə Azərbaycanın dostu olmusunuz və düşünürəm ki, yenə də bu mövqelərdə qalırsınız”.

Səmimi qəbula görə təşəkkür edən Rusiya Hesablama Palatasının sədri SERGEY STEPAŞİN Bakida görülmüş işlərdən danışdı. O, Rusiya Prezidenti Vladimir Putinin salamını yetirərək bildirdi ki, cənab Putin Moskvada baş vermiş faciəli hadisələrlə əlaqədar Azərbaycan rəhbərinin yüksək mövqeyinə görə ona təşəkkürünü çatdırmağı xahiş etmişdir. Sergey Stepaşin o ağır günlərdə Rusiyanı dəstəklədiyinə görə Heydər Əliyevə öz adından da dərin minnətdarlığını bildirdi. O dedi: “Sizin istər sovet dövründə, istərsə də indi nümayiş etdirdiyiniz belə açıq və səmimi münasibət çox əhəmiyyətlidir və mənim Azərbaycana bugünkü səfərim də dost səfəridir”.

Hesablama Palatasının başçısı bildirdi ki, bu, Rusiya nəzarət orqanları rəhbərinin Azərbaycana ilk səfəridir. Səfər ərəfəsində böyük iş görülmüş və qısa müddətdə Rusiya mütəxəssisləri azərbaycanlı həmkarlarını öz işlərinin bir çox incəlikləri ilə tanış etmişlər. Səfər zamanı əməkdaşlıq haqqında saziş imzalanacaqdır.

O, Hesablama Palatası yaradılması təşəbbüsünə görə Azərbaycan Prezidentinə təşəkkür edərək dedi: “Büdcə, iqtisadiyyat ilə bağlı vəziyyət barədə müstəqil mənbədən məlumat almaqdan qorxmayan dövlət başçısı məhz Sizin kimi hərəkət etməlidir”. S.Stepaşinin fikrincə, “Azərbaycanda müstəqil maliyyə nəzarəti orqanının var qüvvə ilə fəaliyyətə başlaması çox vacibdir”. O, Rusiya tərəfinin bu prosesdə əməkdaşlığa hazır olduğunu da vurğulayaraq, bildirdi ki, bir sıra birgə nəzarət tədbirləri, o cümlədən sərhəddə vəziyyətlə bağlı tədbirlər keçirilməsi barədə razılaşma əldə olunmuşdur. Bu tədbirlərin nəticələri barədə parlamentlərə də, dövlət başçılarına da məlumat veriləcəkdir.

Rusiya Hesablama Palatasının sədri hazırda ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq dedi ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana ilk rəsmi səfəri və Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasına dövlət səfəri bu əməkdaşlıq üçün böyük stimul olmuşdur. Qonaq bildirdi ki, Rusiya Hesablama Palatasının işi təkcə büdcəyə nəzarət etmək deyil, həm də qəbul edilən qərarların iqtisadi səmərəliliyini müəyyənləşdirməkdən ibarətdir. Rusiya mütəxəssisləri Bakıda öz həmkarları ilə bu təcrübə barədə fikir mübadiləsi aparmışlar.

Prezident HEYDƏR ƏLİYEV Rusiya nümayəndə heyətinin səfərinin əhəmiyyətindən danışaraq dedi ki, bu səfər “istər ölkəmiz üçün, istərsə də Hesablama Palatamız üçün çox faydalıdır”. Ölkədə çoxları Hesablama Palatasının funksiyalarının, səlahiyyətlərinin və imkanlarının nədən ibarət olduğunu hələ təsəvvür etmir, çünki bu, Azərbaycan üçün tamamilə yeni bir strukturdur. Azərbaycan Prezidenti Rusiyanın bu sahədə təcrübəsi ilə tanışlıq baxımından nümayəndə heyətinin səfərini yüksək qiymətləndirdi.

Dövlətimizin başçısı vurğuladı ki, Vladimir Vladimiroviç Putinin əsrin başlanğıcında Azərbaycana səfərindən sonra Rusiya-Azərbaycan münasibətlərində hər iki tərəfin xeyrinə çox şey dəyişmişdir.

Azərbaycan Prezidentinin bu yaxınlardakı səfəri zamanı hər iki ölkə üçün çox vacib olan “Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında saziş” imzalanmışdır. Ölkələrimizin dövlət başçılarının MDB çərçivəsində də əlaqə saxladıqlarını xatırladan Prezident Heydər Əliyev dedi ki, bunun həm Rusiya üçün, həm də Azərbaycan üçün qarşılıqlı faydası vardır.

Azərbaycan terrorçuların Moskvadakı hərəkətlərinə biganə qala bilməzdi. Dövlətimizin başçısı vurğuladı ki, “biz nəinki bu hərəkətləri pislədik, onun narahatlığını keçirdik, sizinlə həmrəy olduğumuzu bildirdik, həm də konkret qərarlar qəbul etdik və bu da Rusiya tərəfinə məlumdur”.

Prezident Heydər Əliyev Xəzər dənizində insanların həlak olmasına gətirib çıxarmış faciə - “Merkuri-2” gəmi-bərəsinin qəzaya uğramasından və xilasetmə tədbirlərindən də danışaraq dedi ki, hazırda faciənin səbəbləri araşdırılır. Faciə ilə əlaqədar Azərbaycanda matəm elan olunmuşdur.

Azərbaycanın dövlət başçısı gələn ilin büdcəsindən söhbət açaraq bildirdi ki, bu büdcə sosial yönümlüdür, daxil olacaq gəlirin yarıdan çoxu sosial ehtiyaclara sərf ediləcəkdir ki, bu da büdcədən əmək haqqı alanların hamısının maaşlarını artırmağa imkan verəcəkdir. Özü də bu artım hissediləcək dərəcədə olacaqdır. 1996-cı ildən bəri Azərbaycanda orta əmək haqqı 3,4 dəfə artmışdır, pensiyalarla bağlı vəziyyət də belədir. Lakin bütün bunlara baxmayaraq, bu artım Azərbaycan qaçqınlarının öz evlərini, öz torpağını əvəz edə və onların əziyyətlərini yüngülləşdirə bilmir.

X X X

Qəbulda Azərbaycan Hesablama Palatasının sədri Namiq Nəsrullayev, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Rusiyanın Bakıdakı səfiri Nikolay Ryabov iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib