Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞININ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyunun 7-də Prezident sarayında Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin sədri Saleh bin Abdulla Hümeydin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Vaxt ayırıb onları qəbul etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirən və bu görüşdən böyük şərəf duyduğunu söyləyən SALEH BİN ABDULLA HÜMEYD dedi:

-Zati-aliləri, icazə verin, iki müqəddəs məscidin xadiminin, vəliəhdin və Nazirlər Şurası sədrinin, eləcə də Səudiyyə Ərəbistanı xalqının səmimi salamlarını, xoş arzularını Sizə yetirim.

Azərbaycan parlamentinin sədrinə səmimi təşəkkürümüzü bildirmək istəyirik ki, bizə belə bir dəvət göndərdi və ziyarətimiz üçün çox yaxşı proqram hazırlandı. Səfərimiz çox maraqlı və səmərəli keçdi. Qəti əminik ki, bu, Sizin müdrik tövsiyələriniz və tapşırıqlarınız əsasında belə təşkil olunmuşdu.

Zati-aliləriniz yaxşı bilir ki, bizim səfərimiz ölkələrimiz arasında qardaşlıq və dostluq əlaqələrinin daha da möhkəmlənməsi işinə xidmət edir. Çox sevinirik ki, ölkələrimiz arasındakı əlaqələr artıq həyatın müxtəlif sahələrində, o cümlədən siyasi, iqtisadi, turizm, mədəniyyət və başqa sahələrdə inkişaf etməyə başlamışdır.

Milli Məclisin sədri ilə danışıqlarımız çox səmərəli keçdi. Biz dostluq qrupu yaratdıq və razılaşdıq ki, parlament nümayəndə heyətlərinin mübadiləsini həyata keçirək, beynəlxalq təşkilatlarda fəaliyyətimizi əlaqələndirək. Bu səfərimiz zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının sabit və qətiyyətli mövqeyini bir daha vurğuladıq. Əlbəttə, Səudiyyə Ərəbistanı Krallığının bu mövqeyi onun islami mövqeyindən irəli gəlir.

Allah-təala Səudiyyə Ərəbistanı Krallığına belə bir şərafət qismət edib ki, məhz Qurani-Kərim orada nazil olub, islamın Peyğəmbəri orada anadan olub və islamın müqəddəs ocaqları bu ölkədədir. Əlbəttə, Səudiyyə Ərəbistanı Krallığı bu şərafətlə fəxr edir və bu şərafətdən doğan məsuliyyətini, müsəlman qardaşları qarşısındakı məsuliyyətini də hiss edir. Səudiyyə Ərəbistanı Krallığının müsəlmanların problemləri ilə bağlı sabit və qətiyyətli mövqeyi məhz bundan irəli gəlir.

Biz ölkəmizin iqtisadi vəziyyətindən və dünya miqyasındakı yerindən çıxış edərək, belə bir mövqe tuturuq. Eyni zamanda, ölkəmizin beynəlxalq forumlardakı yerindən də istifadə edərək bu mövqedəyik. Bu mənada ölkəmiz çalışır ki, onun mövqeyi həmişə haqq və ədalətin müdafiəsi mövqeyi olsun.

Əlbəttə, mənim üçün çox xoşdur ki, Zati-alinizin hüzurundayam. Mənə verilən belə gözəl fürsətdən sui-istifadə edib söhbəti uzatmaq istəmirəm. Amma çox istərdim ki, Sizin hüzurunuzda saatlarla olam.

Mən bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan xalqının qədim tarxi, zəngin adət-ənənələrə malik olması ilə biz də fəxr edirik. Biz Sizin müdrik rəhbərliyinizlə Azərbaycana, xalqınıza daha böyük irəliləyiş və tərəqqi arzulayırıq. Çox sağ olun.

Hörmətli qonağa minnətdarlığını bildirən dövlətimizin başçısı HEYDƏR ƏLİYEV dedi:

-Sizin çox dəyərli sözlərinizi yüksək qiymətləndirirəm. Mən də bu sözləri demək istəyirdim. Amma bu sözlərin hamısını dediniz. Elə bil ki, mənim fikirlərimi oxudunuz.

SALEH BİN ABDULLA HÜMEYD: Zati-aliləri, bu, mənim üçün böyük şərəfdir.

HEYDƏR ƏLİYEV: Amma bir neçə kəlmə demək istəyirəm.

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq əlaqələri var. Mənim Səudiyyə Ərəbistanına səfərimdən sonra bu əlaqələr daha da inkişaf edib, genişlənibdir. Biz buna çox şadıq. Bu əlaqələr bütün sahələri əhatə edir. Mən çox şadam ki, bütün sahələrdə biz dostluq edirik.

Səudiyyə Ərəbistanı böyük tarixə malik olan dövlətdir. İslamın Peyğəmbəri də orada anadan olub, Qurani-Kərim də orada yazılıbdır.

 

Beləliklə, Səudiyyə Ərəbistanı bütün islamiyyətin köküdür. Biz müsəlmanıq və müsəlmanlığımızı qoruyub saxlamışıq. Baxmayaraq ki, elə şəraitdə yaşamışıq ki, bu, mümkün deyildi. Müsəlman kimi biz həmişə Səudiyyə Ərəbistanına hörmət edirik, əlaqələrimizi daha da genişləndirmək istəyirik və bu əlaqələrdən daha da səmərəli istifadə etmək istəyirik. Çünki bütün sahələrdə əməkdaşlıq var. Amma onların böyük nəticələri yoxdur. Lazımdır ki, bizim əməkdaşlığımız daha da sıx olsun və konkret nəticələr versin. Düşünürəm ki, siz də belə fikirdəsiniz.

Səudiyyə Ərəbistanında bizim tələbələr oxuyur. 30 tələbənin oxuması çox yaxşı haldır. Orada Azərbaycandan 180 həkim işləyir.

SALEH BİN ABDULLA HÜMEYD: Səudiyyə Ərəbistanının bəzi sərmayədarları da Azərbaycanda fəaliyyət göstərir.

HEYDƏR ƏLİYEV: Bəli. Amma biz istərdik ki, bu sərmayələr daha da çox olsun. Çünki bizdə buna imkanlar var. Yaxşı olar ki, siz sərmayəmizi burada işə qoyasınız, nəinki başqa yerdə.

SALEH BİN ABDULLA HÜMEYD: Ona görə də biz bu gün İqtisadi İnkişaf Nazirliyində olduq və bu məsələləri nazirlə müzakirə etdik. Bizim Şura Məclisinin bəzi üzvləri biznesmendirlər. Onlar da bizim söhbətimizdə iştirak etdilər və bu məsələlər barədə fikir mübadiləsi apardılar.

HEYDƏR ƏLİYEV: Çox məmnunam. Əməkdaşlıq inkişaf etməlidir. Biz daha da yaxın olmalıyıq. Bizim əlaqələrimiz sarsılmazdır.

Mən Məkkədə, Mədinədə oldum. Məkkədə heyrətamiz bir mənzərə gördüm. Sizin İslam dini qarşısında böyük xidmətiniz ondan ibarətdir ki, bütün çətin dövrlərdə Məhəmməd Peyğəmbərin qəbrini qoruyub saxlamısınız, Qurani-Kərimi qoruyub saxlamısınız və hamısını dünyaya bəxş etmisiniz. İndi o saraylar çox zəngindir. Bəlkə də bir milyon, iki milyon insan bu saraylarda, eyni vaxtda namaz qılır.

SALEH BİN ABDULLA HÜMEYD: Zati-aliləri, binanın özü bir milyon adamın namaz qılmasına imkan verir. Amma binanın, məscidin ətrafındakı sahə ondan da artıq adamların namaz qılmasına imkan verir.

HEYDƏR ƏLİYEV: Çox yaxşı. Mən bunları görəndə düşündüm, Səudiyyə Ərəbistanı indi zəngin dövlətdir. Amma keçmişdə belə zəngin olmayıbdır. Zəngin olmadığı dövrdə oranı qurub, yaradıb və mühafizə edibdir.

 

Sizin dövlətiniz, hörmətli kral çox iş görüblər. Mən bunu yüksək qiymətləndirirəm. Xahiş edirəm, mənim səmimi salamlarımı, əziz dostum krala çatdırasınız, Şura Məclisinə çatdırasınız, orada bütün islam hümmətindən olan adamlara çatdırasınız. Mən sizin parlamentə, onun işinə çox yüksək qiymət verirəm, görünür, çox yaxşı işləyirsiniz. Sizə təşəkkür edirəm. Çox sağ olun.

SALEH BİN ABDULLA HÜMEYD: Zati-aliləri, mən və həmkarlarım doğrudan da böyük fəxarət duyuruq ki, Siz bizim ölkə haqqında ürəkdən gələn belə xoş sözlər deyirsiniz.

Bizim kral həzrətləri hətta kral titulundan imtina edərək, iki müqəddəs məscidin xadimi titulunu üzərinə götürübdür. Doğrudan da Səudiyyə Ərəbistanı Krallığı həmin o iki müqəddəs məscidə xidmət etməklə, ümumən, islam dininə, xalqlarına xidmət etməklə böyük fəxr duyur.

Zati-aliləri, bu hədiyyə Kəbənin üstünə örtülmüş kisvanın bir parçasıdır. Oradan Sizə gətirilibdir. Bu, çox qiymətli hədiyyədir. Bu isə ərəb qəhvəsi içmək üçündür. Xalis qızıldan hazırlanmış dəstdir.

HEYDƏR ƏLİYEV: Təşəkkür edirəm. Çox sağ olun.

SALEH BİN ABDULLA HÜMEYD: Zati-aliləri, Allah amanında qalın, Sizə minnətdarıq.

HEYDƏR ƏLİYEV: Sağ olun.

X X X

Qəbulda Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov, Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfiri Əli Həsən Cəfər və Azərbaycanın Ər-Riyaddakı səfiri Elman Araslı iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunun və

Rafiq Bağırovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsi yad edilib

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO