Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV TÜRKİYƏ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev avqustun 28-də Prezident sarayında Türkiyənin dənizçilik məsələləri üzrə dövlət naziri Ramazan Mirzəoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı HEYDƏR ƏLİYEV dövlət nazirini və onu müşayiət edən şəxsləri səmimiyyətlə salamlayaraq dedi ki, Türkiyənin hər bir nümayəndəsinin Azərbaycana gəlməsi bizim üçün çox əhəmiyyətlidir. Hökumət üzvlərinin gəlməsi isə, təbiidir ki, ölkələrimiz, dövlətlərimiz, hökumətlərimiz arasında əlaqələri daha da inkişaf etdirir.

Türkiyə böyük gəmiçilik ölkəsidir. Çünki Türkiyənin, demək olar, hər tərəfi dənizdir, okeandır. Azərbaycan Xəzər dənizində gəmiçiliklə həmişə məşğul olubdur. Ancaq Xəzər qapalı dənizdir. Sonralar Xəzər dənizindən Volqa-Don kanalı ilə Qara dənizə, başqa dənizlərə çıxış olubdur. Bizim gəmilərin də bir qismi elə Qara dənizdə, yaxud da başqa dənizlərdə daha çox üzür, nəinki Xəzərdə. Çünki burada onların daşıması üçün o qədər də yük yoxdur.

Azərbaycan gəmiləri Türkiyənin limanlarından istifadə edir. Ona görə də bu sahədə də əməkdaşlığımızı inkişaf etdirmək lazımdır.

Səmimi qəbula görə minnətdarlıq edən RAMAZAN MİRZƏOĞLU bu günlərdə keçirilmiş referendumun Azərbaycan xalqı üçün uğurlu olmasını, faydalı nəticələr verməsini arzulayaraq dedi ki, Bakıda olarkən dənizçilik sahəsində əməkdaşlıq məsələləri barədə baş nazirin müavini Abid Şərifovla, nəqliyyat naziri Ziya Məmmədovla, Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovla çox faydalı müzakirələr apardıq. Sizin gəmilərin bizim limanlardan istifadə etməsi, təmir işlərinin İstanbuldakı Tuzla tərsanəsində həyata keçirilməsi haqqında yekdil qərara gəldik. Bakı çox əhəmiyyətli limandır. Sizin arzu edəcəyiniz təqdirdə, onun genişlənməsi işlərinə kömək edə bilərik. Bizim fikrimizcə, bu, həm Azərbaycana, həm də Türkiyəyə çox xeyir verə bilər.

Biz Türkiyə olaraq, Sizin belə bir fikrinizə çox böyük əhəmiyyət veririk ki, Xəzər dənizi qapalı hövzə olsa da, onun Volqa-Don kanalı vasitəsilə bütün dünyaya çıxışı vardır. 1994-cü ilə qədər bu yoldan fəal şəkildə istifadə edilmiş, daha sonra bir qədər zəifləmişdir. Qarşıdakı illərdə Türkiyə Xəzər dənizi vasitəsilə ildə 2 milyon ton buğda, pambıq, metal daşıyacaqdır. Həmin yolu bağlamaq beynəlxalq hüquq normalarına ziddir. Bu barədə biz Rusiya ilə müzakirələr aparacağıq. Rusiyanın bütün gəmiləri bizim Qara dənizdəki və Mərmərə dənizindəki boğazlardan keçir, Türkiyə limanlarından istifadə edir. Volqa-Don kanalı da eyni şəkildə bütün dövlətlərin gəmilərinə, ilk növbədə də Xəzər hövzəsi ölkələrinin gəmilərinə açıq olmalıdır. Bu su yolunu bağlamaq haqsızlıqdır. Bunu qəbul etmək mümkün deyildir. Ona görə də Türkiyə bu sahədə lazımi tədbirləri görəcəkdir.

Dövlət naziri daha sonra vurğuladı ki, Türkiyə Azərbaycanın işğal olunmuş rayonlarının dərhal boşaldılmasını, qaçqınların öz yurd-yuvalarına qayıtmasını tələb edir. Biz Azərbaycanın ərazi bütövlüyünün qorunmasına böyük əhəmiyyət veririk və bunun sülh yolu ilə həyata keçirilməsini arzulayırıq.

Bütün bunlarla yanaşı, Türkiyə ilə Azərbaycan arasında mədəni və iqtisadi əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi zəruridir, və bu sahədə Sizin apardığınız siyasət bizi son dərəcə məmnun edir.

Prezident HEYDƏR ƏLİYEV bildirdi ki, Volqa-Don kanalı ilə Xəzər dənizindən Qara dənizə çıxış bizim üçün çox əyəmiyyətlidir. 1994-cü ilə qədər bu sahədə heç bir problem olmayıbdır. Sonra Rusiya bu rejimi çox sərtləşdirdi. Rusiya indi bir sıra şərtlər irəli sürür.

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi AYDIN BƏŞİROV məlumat verdi ki, biz üç ay əvvəldən Rusiya hökuməti sədrinin adına teleqram göndəririk. Bundan sonra onlar gəmilərin adları göstərilməklə xüsusi cədvəl üzrə buraxılmasına icazə verirlər ki, bu da ildə 10 gəmidən artıq olmur. Xəzərdə İranın cəmi 4, Türkmənistanın 3 yük gəmisi var. Lakin onlar Qara dənizə çıxa bilmirlər.

Qazaxların hələlik yük tankerləri yoxdur, almaq fikrindədirlər. Rusiya Həştərxan limanından 6 yük gəmisini Dağıstanın balansına keçiriblər. Hazırda Mahaçqaladan İrana yük daşıyırlar. İndi onlar Ukraynadan alınmış 100 min ton metalı İrana daşımaqla məşğuldurlar. Bu yüklər yalnız Rusiyanın gəmiləri ilə daşınır. Bizim gəmilərə yük vermirlər.

Cənab RAMAZAN MİRZƏOĞLU xatırlatdı ki, Türkiyənin boğazlarından, on milyon insanın yaşadığı İstanbuldan Rusiyanın 150 min tonluq tankerləri keçir. Bizim buna heç bir etirazımız yoxdur. Amma eyni şəkildə Türkiyə gəmiləri də Xəzər dənizinə gəlməlidir. Bu, məsələdə ədalətli olmaq lazımdır. Bu birtərəfli ola bilməz. Biz bunu tələb edəciyik, onlarla danışıq aparacağıq. Bunu Xəzər hövzəsi ölkələri - Azərbaycan, Qazaxıstan, Türkmənistan da etməlidir.

Prezident HEYDƏR ƏLİYEV dedi ki, o biri ölkələrin gəmiləri yoxdur, Xəzərdəki gəmilərin 90 faizi Azərbaycanındır. Yükləri Azərbaycan gəmiləri daşıyıbdır. Yəni gəmiçilik, əsasən, Azərbaycanda olubdur. Hətta Həştərxanda da o qədər olmayıbdır.

İndi vəziyyət dəyişibdir. Qonşu ölkələr də gəmilər alırlar. Ancaq gərək nə qədər gəmi alsınlar ki, onların donanması Azərbaycanınkı qədər olsun. Biz onların gəmilərinin də yük daşımasına etiraz etmirik. Hamı Volqa-Don kanalından istifadə etməlidir. Buna məhdudiyyət qoymaq olmaz.

Referendumla bağlı təbriklərinizə görə sizə çox təşəkkür edirəm. Bu, çox əhəmiyyətli bir tədbir idi. Çünki biz Konstitusiyamızda dəyişiklikləri ancaq referendum vasitəsilə həyata keçiririk. Bunu Milli Məclisdə edə bilmərik. Referendumu keçirdik, xalq da bizi dəstəklədi. Referenduma çıxarılan məsələləri həll etdik. Mən də bundan çox məmnunam. Xalq bir daha Azərbaycanın iqtidarına öz münasibətini, öz etibarını göstərmiş oldu.

Dağlıq Qarabağ məsələsinə gəlincə, Türkiyə həmişə bu işdə bizimlə bərabərdir. Biz də çalışırıq ki, münaqişəni sülh yolu ilə həll edək. İşğal olunmuş torpaqlar azad edilsin. Bir milyondan artıq insanımız qaçqın-köçkün vəziyyətindədir, onlar öz yerlərinə qayıtsınlar. Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Biz bu işlə ciddi şəkildə məşğuluq. Bilirsiniz ki, mən avqustun 14-də Ermənistan-Azərbaycan sərhədində, Naxçıvan bölgəsində Ermənistan Prezidenti Koçaryanla görüşdüm. Biz 4 saat söhbət etdik, danışıqlar apardıq. Danışıqları davam etdirmək lazımdır. Münaqişəni sülh yolu ilə həll etmək o qədər də asan deyil, amma mümkündür. Biz bu danışıqları aparırıq və bundan sonra da aparacağıq. Mən də məmnunam, xalqımız da məmnundur ki, Türkiyə bu məsələlərdə Azərbaycanın mövqeyini müdafiə edir, bizimlə birlikdədir, Azərbaycanı dəstəkləyir. Buna görə də biz həmişə Türkiyəyə minnətdar olduğumuzu bildiririk.

X X X

Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Türkiyənin Bakıdakı səfiri Ünal Çeviköz iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma İmperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır