Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV TÜRKİYƏ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev noyabrın 11-də Prezident sarayında Türkiyənin “Sabançı holdinq” şirkətinin idarə heyətnin sədri Sakip Sabançının başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Dövlətimizin başçısı HEYDƏR ƏLİYEV qonaqları səmimiyyətlə qarşılayaraq dedi:

-Hörmətli Sabançı!

Hörmətli qonaqlar!

Mən sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram. Mənim xahişimlə Azərbaycana belə böyük qrupda gəlməyinizi çox yüksək qiymətləndirirəm.

Hörmətli Sabançı ilə son vaxtlar bir neçə dəfə danışıqlarımız, görüşlərimiz olmuşdur. Mən onu Azərbaycana dəvət etmişdim. Ancaq nəyi isə gözləyirmiş. İndi artıq həm özü gəlib, həm də özü ilə bərabər Azərbaycana çox mötəbər insanlar, Türkiyənin hörmətli iş adamlarını gətiribdir. Bu, Azərbaycan üçün çox böyük hadisədir. Çünki Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyədən Azərbaycana kiçik, orta, böyük çox iş adamı gəlibdir. Amma indi gələn ən böyük iş adamlarından biri Sabançıdır. Ümumiyyətlə, Türkiyədə Sabançıya bərabər ikinci iş adamı yoxdur. Ona görə bunu heç müqayisə etməyə ehtiyac yoxdur. Mən bu səfəri qiymətləndirirəm, bizim ictimaiyyət də buna çox böyük əhəmiyyət verir.

Mən sizi Türkiyədə dəvət edəndən sonra və məlum olanda ki, Azərbaycana gələcəksiniz, sizin bu səfərinizə böyük maraq var idi. Nəhayət, siz bunu həyata keçirdiniz. Ancaq mən burada bir məna da görürəm. Görünür ki, Sabançı 3 noyabr seçkilərinin keçməsini gözləyirmiş ki, məclis seçilsin və ondan sonra Azərbaycana gələsiniz.

SAKİP SABANÇI: Onda daha yaxşı olacaqdı.

HEYDƏR ƏLİYEV: Onda daha yaxşı olur. Mən bilirəm ki, siz bu seçkilərin nəticəsini bəyənmisiniz.

SAKİP SABANÇI: Bəyənmişəm.

HEYDƏR ƏLİYEV: Bəyənmisiniz və demisiniz ki, daha da yaxşıdır ki, indi Türkiyədə bir partiya iqtidarda olaçaqdır. Bu, sizin sözlərinizdir, qəzetdə yazmışdılar, mən oxudum. Mən düşünürəm, yəqin siz gözləyirdiniz ki, Azərbaycana məhz yeni bir parlament, hökumət seçiləndən sonra gələsiniz. Amma baxmayaraq, bilirəm, sizin hökumətdən heç bir asılılığınız yoxdur. Hər bir hökumətin vaxtında, hər bir iqtidarın vaxtında Sabançı Sabançı olaraq qalıbdır. Çox vaxt iqtidarın, hökumətin Sabançıya ehtiyaçı olur, nəinki Sabançının hökumətə.

Çünki bazar iqtisadiyyatının qanunu belədir. Sərbəst iqtisadiyyatdır, iş adamı sərbəstdir, heç kəsdən də asılı deyildir. Öz işini normal görür, ölkəsinə mənfəət gətirir, vergiləri verir, büdcəni doldurur və beləliklə də onun müstəqilliyi başqalarına nisbətən daha da çoxdur, yüksəkdir.

Məmnunam ki, siz Türkiyədə yeni bir həyat başladığı zaman Azərbaycana gəlmisiniz. Mən bunu da çox qiymətləndirirəm. Fürsətdən istifadə edərək, Türkiyə Cümhuriyyəti və xalqını seçkilərin uğurlu keçməsi münasibətilə bir daha təbrik edirəm. Mən seçkilərdə qalib gələn partiyanın başqanı hörmətli Ərdoğanı dərhal telefonla təbrik etdim, ona uğurlar dilədim. Müxalifətdə olan, seçkilərdə ikinci yeri tutan partiyanın başqanı hörmətli Dəniz Baykalı da təbrik etdim, ona uğurlar arzuladım. Güman edirəm, yaxın vaxtlarda yeni hökumət yaranacaq və Türkiyə iqtisadi məsələlərin həll olunmasında daha da uğurlu işlər görəcəkdir. Belə bir vaxtda sizin buraya gəlməyiniz onu göstərir ki, Türkiyə-Azərbaycan iqtisadi əlaqələri daha da genişlənəcəkdir.

Siz Azərbaycanı görəcəksiniz, onun buğunkü həyatını görəcəksiniz və burada hansı işləri görəcəksinizsə, təbiidir, onu da özünüz müəyyən edəcəksiniz. Mən sizə təşəkkür edirəm.

Səmimi qəbula görə minnətdarlığını bildirən cənab SAKİP SABANÇI dedi:

-Hörmətli Prezident, çox sağ olun. Mən bilirəm ki, 35 ildən bəri gözəl bir xalq üçün xidmət göstərirsiniz. Siz bir memar olaraq, bir çox sahələrdə olduğu kimi, ölkənizin irəliyə getməsi üçün də əvəzsiz işlər görmüsünüz. Əgər son on ili keçmiş illərlə müqayisə etsək, yeni ruh insanların gördüyü işi sürətləndirdi. Dövlət müəssisələri vaxtilə çox önəmli və yolgöstərici idi. Bu gün məmləkətinizdə 15-16 ədəd özəl universitet yaratdınız. Dövlətin də universitetləri var idi. Ancaq əskidən yalnız dövlətin universitetləri varkən, rəqabət məsələsi gündəmə gəlmirdi. İndi rəqabət dövrüdür. Müqayisə etsək, dövlət sektorundakı universitetlər özəl sektorlardakı universitetlərlə birlikdə yeniliklər gətirəcəkdir. Hansı sahə olur-olsun, hansı insan idarə edir-etsin, aparılan rəqabət insanlara məmnunluq gətirir.

Mən zati-alinizi İstanbulda dinləyərkən çox təsirləndim. Sonra hörmətli naziriniz Fərhad bəyi dinlədiyim zaman ayrıca təsirləndim. Sizin enerji sahəsində inkişafınızın hədəflərə çatmasını qiymətləndirərkən tamamilə təsirləndim. Zati-aliniz kürsüdə danışarkən, “Çalışsan da, çalışmasan da mən səni dəvət edəcəm”- dediniz. Bu, bir məsələni anladır. Yəni təşəbbüs xeyirlidirsə, insanlığa, ölkələrə fayda verirsə, belə təşəbbüslər həyata keçirilməli, təşviq olunmalıdır. Bu, məhz bunu anladır.

 

Enerji sahəsində Zati-alinizin rəhbərliyi ilə məmləkətinizdə son ildə görülən işlərə, inkişafa görə Sizə hər kəs mütləq təşəkkür edir və biz də təşəkkürümüzü bildiririk. Arzu edirik ki, uzun illər yaşayın, rəhbərliyiniz davam etsin və iki qardaş ölkə kimi dialoqlarımız daha da yaxşı olsun.

Mən bir eyibli işimi də söyləmək məcburiyyətindəyəm. Bu gözəl məmləkətinizə indiyə kimi gələ bilməmişəm. Bundan çox peşmanam. Amma bu, keçmişdir. İndi irəliyə baxmaq daha yaxşıdır. Artıq ölkəmdə seçkilər başa çatdı. Əvvəllər söyləyirdim ki, partiyalar haqqında qanunları dəyişdirin, seçkilər haqqında qanunu dəyişdirin və ondan sonra seçkilərə gedin. Bu qanunların dəyişməsini bir səbəbə görə istəyirdim. Bu səbəb güclü, davamlı hakimiyyətin gəlməsi idi, buna həsrət idik, bunu gözləyirdik. Bunu partiya liderlərinə anlada bilmədik. Söylədik, söylədik - hamısı havada uçub getdi. Amma xalqımız səs verdi, liderlərin görə bilmədiyi işi xalq gördü. Xalq nə etdi? Təkbaşına güçlü bir hakimiyyət yaratdı. Bu, təşəbbüs yolunu açacaq, evimizin içində, digər məmləkətlərdə görəcəyimiz işlərin, qoyacağımız sərmayələrin yolunu açacaqdır. Bundan hər kəs zövq alırsa, deyirəm ki, irəliyə gedəcəyik.

Qonaqpərvərlik göstərib bizi qəbul etdiyinizə görə, zati-alinizə bir daha təşəkkürümü bildirirəm. Cənab Prezident, icazənizlə, dəyərli həmkarlarım Sizə öz fəaliyyətləri barədə qısa məlumatlar versinlər. NİHAT GÖKYİGİT \“Tekfen holdinq”in idarə heyətinin sədri\:

-Möhtərəm Prezident, mən buraya yenidən gəlmişəm. Şirkətimiz neft sənayesində Azərbaycanın yüz ildən də artıq olan çox qiymətli təcrübəsindən istifadə edərək, gözəl bir qrup yaratdı, onu müasir texniki avadanlıqla, tikinti materialları ilə təmin etdik. Bu qrup yaxşı işlər görübdür. Bakı-Supsa boru xəttinin Azərbaycan hissəsini tamamladıq. Eyni zamanda, burada neft sahəsində davamlı işlər görür. Ən önəmlisi isə,

Bakıdakı bir terminalı tikməkdəyik.

Burada ikinci bir iş də görürük. Bayılda sizin gəmi təmiri zavodunuz var. O, sovet vaxtından qalıbdır və köhnəlibdir. Biz onun bir hissəsini aldıq, sərmayə qoyduq və müəyyən xidməti işlər görməyə başladıq.

HEYDƏR ƏLİYEV: O, Dövlət Neft Şirkətinin işləridir?

NİHAT GÖKYİGİT: Bəli. İndi daha böyük işlər var. Biz oranı tamamilə bərpa edirik və 25 milyon dollar sərmayə qoyacağıq. Həmçinin, gələcəkdə burada neft şirkətlərinə 120 milyon dollarlıq iş görəcəyik. Mən başqa işləri demirəm, amma yeri gəlmişkən, bir xahiş edəcəyəm. Hər il İstanbulda keçirilən “Üç dənizin hekayəsi” konfransında Siz buna yeni bir ad tapdınız, “Üç dənizin əfsanəsi” dediniz. Biz buna çox sevindik. Amma dediniz ki, Bakı-Tbilisi-Ceyhan əfsanəsi artıq bitdi. Yeni əfsanələr axtarın. Biz də axtarmağa başlamışıq.

 

Cənab Prezident, hər il iyunun 6-da İstanbulda keçiriləcək toplantımızda Sizin iştirakınızı çox arzu edirik. Bu toplantı dünyadakı ən böyük neft şirkətlərinin inkişafına xidmət edir. Türkiyə və Azərbaycanın iqtisadi inkişafında çox böyük xidmətlər göstərdiniz. Bunlardan biri də İstanbulda hər il keçirilən “Üç dənizin əfsanəsi” adlı konfransda iştirak etməyə qərar verməyinizdir. Təşəkkür edirəm.

HEYDƏR ƏLİYEV: Mən sizin konfransınızı həmişə dəstəkləmişəm. Bunu bilirsiniz. Son dəfə də sizin konfransda iştirak etdim və bundan çox məmnun oldum. Siz konfransın adını “Üç dənizin hekayəsi” qoymusunuz. Mən isə dedim, bu, “Üç dənizin əfsanəsi”dir. Amma biz bu əfsanəyə son qoyduq. Əvvəllər onlar fikirləşirdilər ki, üç dəniz nə olacaqdır. Bakı-Tbilisi-Ceyhan boru xətti ilə biz üç dənizin əfsanəsini qurtardıq. Xəzər dənizini, Qara dənizi və Aralıq dənizini bir-biri ilə bağlayırıq. 15-20 il bundan öncə Türkiyədə, Azərbaycanda heç kəsin ağlına gəlməzdi ki, belə bir şey ola bilər. Amma artıq bu, gerçəklikdir, biz bunu etmişik. İndi sizin şirkətiniz burada terminal tikir. İlk neft bu terminalda toplanacaq, oradan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Ceyhan limanına gedəcəkdir.

NİHAT GÖKYİGİT: Yeni əfsanə üzərində çalışırıq. Sizin dəstəyinizə böyük ehtiyacımız var.

HEYDƏR ƏLİYEV: Siz elə bir əfsanə tapın ki, o, məni cəlb etsin, oraya gələ bilim.

NİHAT GÖKYİGİT: Azərbaycan qazının Türkiyəyə çatdırılması və oradan Avropaya göndərilməsi. Bu da bir əfsanədir, amma həqiqət olacaqdır. Növbəti konfransda bu məsələni müzakirə edəcəyik. Əgər bu konfransa gəlsəniz, çox məmnun olarıq.

HEYDƏR ƏLİYEV: Əgər konfransda bu məsələni müzakirə etsəniz, mən gələrəm.

SAKİP SABANÇI: Hörmətli Cümhur başqanım, bizim bir qərarımız da var. Əgər gəlsəniz, mənim universitetimə, muzeyimə də gedəcəksiniz. Mən də Nihat bəyə qoşularaq deyirəm ki, əgər həmin konfransa gəlsəniz, bundan böyük şərəf duyacağıq.

HEYDƏR ƏLİYEV: İnşaallah.

ZEYNALABDİN ENSEY \”Türk-Amerika” işbirliyinin rəhbəri\: Möhtərəm Prezident, hamınızı hörmət və ehtiramla salamlayıram. Mən İstanbulda yerləşən bir toxuculuq fabrikinin sahibiyəm. Bir ipək fabrikimiz, İzmirdə konteyner zavodumuz da var. Digər sahələrdə də fəaliyyət göstəririk. Mən də Azərbaycana ilk dəfə gəlirəm. Biz digər türkdilli respublikalarını gəzdik, amma buraya gəlmək qismət olmamışdı. Amma indi gəlmişəm, Sizinlə görüşməkdən çox məmnunam. Burada bir çox işlər görmək barədə düşüncələrimiz var. Çünki Sizi çox sevirik. Azərbaycan bizim qardaşımızdır. Siz də onun çox hörmətli, sevimli Cümhur başqanısınız. Ona görə də Sizi bir daha ehtiramla salamlayıram.

HEYDƏR ƏLİYEV: Təşəkkür edirəm, çox sağ olun.

BÜLƏND ƏCZAÇIBAŞI \”Əczaçıbaşı Holdinq”in idarə heyətinin sədri\: Hörmətli Cümhur başqanım, hüzurunuzda olmaqdan çox böyük qürur duyuram. Mən buraya ikinci dəfədir gəlirəm. Çox gözəl ölkənizə birinci dəfə gəlməyimdən xeyli vaxt keçibdir. 9-cu Cümhur başqanımız hörmətli Süleyman Dəmirəl ilə gəlmişdim. Keçən illər ərzində Azərbaycanda baş verən inkişafı, dəyişikliyi gördük, heyran olduq. Buraya gəlməyimdən on il keçib və aradakı fərqi görməmək mümkün deyildir. Biz bu inkişafı həm izləyirik, həm də bunun bir parçası olmaq arzusundayıq. Azərbaycanla bir çox sahələrlə əlaqələrimiz var. Sərmayə qoymaq üçün imkanları araşdırmaq istəyirik. Qarşıdakı illərdə Azərbaycana sərmayə qoymağı gözləyirik və onun həcmini artırmağı planlaşdırırıq. Azərbaycana sərmayə qoymaq bizim üçün şərəfdir. İnşallah, əlaqələrimizi irəliyə aparacağıq. Minnətdaram.

ƏRDOĞAN DƏMİRÖRƏN \”Dəmirörən şirkətlər qrupu”nun sədri\: Cənab Prezident, biz Türkiyədə evlərə qaz sahəsində xidmət göstərən ikinci qrupuq. 25 vilayətdə fəaliyyət göstəririk. Eyni zamanda, ağır sənaye ilə, təhsil və digər işlərlə də məşğuluq. Bir neçə ildir ölkənizlə əlaqədəyik. Buraya sərmayə qoymaq üçün mütəxəssislərimiz araşdırmalar aparırlar. Hazırda son məlumatları gözləyirik. Onları aldıqdan sonra Sizin təbii qaz boru xətləri keçən bölgələrdə stansiyalar qurub, bəzi işləri görmək istəyirik.

Bu, mənim Azərbaycana ikinci səfərimdir. Ölkənizdə əmin-amanlığı, sabitliyi görməkdən məmnunuq. Biz Sizinlə hər zaman çalışmağa hazırıq. İnşallah, birgə işlərimiz olacaqdır. Bizi dinlədiyiniz üçün hörmət və ehtiramımı bildirirəm.

HÜSAMƏDDİN KAVİ \”Kavi Kablo” şirkəti idarə heyətinin və İstanbul Sənaye Palatasının sədri\: Hörmətli Cümhur başqanım, şirkətimiz bir neçə ildir energetika sektorunda fəaliyyət göstərir. Hörmətli nazirinizlə iyun ayında İstanbul Sənaye Palatasında görüşmüşdük. Orada 50-dən çox sənaye şirkətinin rəhbərləri hörmətli naziri dinləmiş, düşüncələrini paylaşmışlar. Həmkarlarımız Azərbaycana sərmayə qoymaq, yeni layihələr həyata keçirmək üçün məlumat əldə etmişlər. İnanıram ki, onların bu sahədəki çalışmaları nəticə verəcəkdir. Çünki Bakı-Tbilisi-Ceyhan boru kəmərinin bölgənin enerji ehtiyatlarından istifadədə oynayacağı böyük bir rol yeni iş yerləri, sərmayə imkanları açacaqdır. Biz bundan sonra da əlaqələrimizi inkişaf etdirməyi və xalqlarımıza sədaqətlə xidmət etməyi düşünürük. Bizi qəbul etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

SAKİP SABANÇI: Hörmətli Cümhur başqanım, bütün həmkarlarım adından Sizə bir daha təşəkkür edirəm.

HEYDƏR ƏLİYEV: Mən sizə təşəkkür edirəm ki, Azərbaycana gəlmisiniz və sizinlə bu qədər iş adamları gəlibdir. Mən bunu sadə bir hadisə hesab etmirəm. Bunun nəticəsi olacaqdır. Mən buna inanıram. Bu da Türkiyə iş adamlarının Azərbaycanda iş alması məsələsini daha da irəliyə aparacaqdır.

Mənim İstanbulda Türkiyənin iş adamları ilə görüşməyim, - çox məmnunam ki, siz o görüşdə iştirak edirdiniz, biz bir yerdə söhbət etdik, - bu məqsədi daşıyırdı ki, onları bir daha Azərbaycana dəvət edim, Azərbaycana gəlməyə həvəsləndirim. Onlara bir daha deyim ki, siz Türkiyədə, başqa ölkələrdə iş görürsünüz. Ancaq Azərbaycanda da iş görməyin sizə də, Azərbaycana da faydası var və Azərbaycan-Türkiyə əlaqələrinin inkişaf etməsində çox böyük əhəmiyyəti var.

Mənim cibimdə Sabançının kartı var. Bunu görürsənmi? Sən bunu mənə orada verdin, elədirmi?

SAKİP SABANÇI: Bəli, görürəm.

HEYDƏR ƏLİYEV: Sən elə bildin ki, mən bunu alıb nə isə edəcəyəm. Cibimdə saxlamışam. Dedim ki, Sabançı Bakıya gələnə qədər bu, mənim cibimdə qalmalıdır. O, gəlsin, burada işlərimizi birlikdə görək.

NİHAT GÖKYİGİT: Cənab Prezident, o, özünü ələ vermişdir. Yəni artıq buradan qaça bilməz.

HEYDƏR ƏLİYEV: Yox, o, buradadır. Bu, onun pasportudur, mənim cibimdədir. Sizə bir daha təşəkkür edirəm.

X X X

Qəbulda Prezidentin iqtisadi siyasət üzrə dövlət müşaviri Vahid Axundov, iqtisadi inkişaf naziri Fərhad Əliyev, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə və Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB